Orta Asiya zehni işğala son qoyur: .....                     Ukrayna ordusu Mariupolu vurdu .....                     Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək? .....                     “PAŞA Maliyyə Holdinqi”ndə yeni təyinat .....                     Adı “Rabitə işi”ndə keçən Əməkdar mühəndis VƏFAT ETDİ .....                     Anar Bayramovdan yeni təyinat .....                     Ermənistan ordusunda nə baş verir? .....                     Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər .....                     Hərbçilərin guya Laçınla həmsərhəd ərazilərdə gərginlik yaratmasıyla bağlı xəbərə təkzib gəldi... .....                     Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların əl-ələ çəkilmiş fotosunu “TikTok”da gördüm...” .....                     "Bir ay ərzində işimi qüsursuz yerinə yetirdim, hər gün satış etdim" .....                     Şəhidlərin adlarını orada görmək məyus etdi .....                     Paşinyan sülhə görə nə qədər pul alıb... .....                     30 ilin pərdəarxası: saziş nə vaxt olacaq? .....                     Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır .....                     Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz .....                     Nəhayət ki, Behrudun dərdinə əncam qılındı... .....                     Vuçiç belə asanlıqla gedənə bənzəmir... .....                     Belə pis gündə meydançada heç domino da oynamazlar... .....                     "Hətta bütün bunlara “ideoloji” don da geyindirdilər" .....                     ""Biz "səs verib seçdiyimiz" o Millət Vəkillərini niyə seçmişik?" .....                     Şəhid bacısı kiberdələduzun TORUNA NECƏ DÜŞDÜ... .....                     Azərbaycanda etnik, təriqət gərginliyi üçün meydan varmı .....                     Bu, ölkənin damarlarına zərbə endirmək cəhdidir... .....                     Keçmiş polis rəisi Çevikin döyülməsinə belə REAKSİYA VERDİ .....                     Naxçıvandan olan şəhid ailələri illərdir ki, çox sadə bir haqqın həyata keçirilməsini gözləyir... .....                     “Neft Daşları” NQÇİ-də ƏCAİB İŞLƏR .....                     Azərbaycan heç kimin İranla hesablaşmasının aləti deyil! .....                     Hümbətov ailəsi necə milyonlar qazanır .....                     "Budaqov bunu sizin üçün həll etməyəcək axı..." .....                     "Hər kəsin problemini həll etməyə və hamını xilas etməyə məcbur deyilsən..." .....                     Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib .....                     "Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." .....                     Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? .....                     "Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" .....                     "Heç kim sizi işdən azad edə bilməz!" .....                     "Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." .....                     Trampın gerçək Rusiya siyasəti... .....                     Hər yandan bir təhlükə gəlir... .....                     Pentaqon rəhbəri İranı hədələdi .....                 

Regional Su Meliorasiya Xidməti “AZSUR GROUP” MMC-ni 20 gündə 28 tenderin qalibi seçdi – Antiinhisar hara baxır?
Tarix: 24-09-2025, 12:22 | Çap et

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə tabeli “Regional Su Meliorasiya Xidməti” tərəfindən keçirilmiş açıq tenderlərə yekun vurulub. Dövlət satınalmalarının portalına yerləşdirilmiş məlumatlara görə “Regional Su Meliorasiya Xidməti” 03.09.2025-ci ildən 23.09.2025-ci ilə qədər keçirilmiş 28 açıq tenderdə “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçib.

Qeyd edək ki, “AZSUR GROUP” MMC “Regional Su Meliorasiya Xidməti”ndən 23.09.2025-ci ildə 7 açıq tender, 12.09.2025-ci ildə 11, 12.09.2025-ci ildə isə 7 açıq tenderin qalibi olub. onlardan bir neçəsinə diqqət yetirək.

Torpaq məcralı Malikumudlu kanalının (PK 19+00÷PK 29+00,L=1,0 km) beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri üzrə açıq tender 11.09.2025-ci ildə yekunlaşıb və 295.181,61 manat məbləğində müqavilənin bağlanılması gözlənilir.

Əhmədalılar Haramı beton kanalının (PK26+00-PK 35+00, L= 900 m) beton üzlüyünün üzərindəki qurğularla birlikdə əsaslı təmiri üzrə açıq tender 11.09.2025-ci ildə yekunlaşıb və 217.415 manat məbləğində müqavilənin bağlanılması gözlənilir.

Torpaq məcralı Nadirşah kanalının (PK 99+00-PK104+00, L=500 m) beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə əsaslı təmiri üzrə açıq tender 12.09.2025-ci ildə yekunlaşıb və 189.804,41 manat məbləğində müqavilənin bağlanılması gözlənilir.

Torpaq məcralı Zülfəli kanalının (PK 00+00-PK 10+00 (L=1 km) beton üzlüyə alınması üzrə açıq tender 12.09.2025-ci ildə yekunlaşıb və 189.744 manat məbləğində müqavilənin bağlanılması gözlənilir.

3 aqreqatlı 1 saylı tərpənməz nasos stansiyasının təzyiqli boru xəttinin (D=900mm,L=450 m) əsaslı təmiri üzrə açıq tender 23.09.2025-ci ildə yekunlaşıb və 276.710 manat məbləğində müqavilənin bağlanılması gözlənilir.

S -1-3 (LR-80 nov kanalının (PK 4+00+PK 30+6(h L=2,66 km) üzərindəki qurğularla birlikdə əsaslı təmiri üzrə açıq tender 23.09.2025-ci ildə yekunlaşıb və 363.558 manat məbləğində müqavilənin bağlanılması gözlənilir.

Axiya sarvanı kanalının beton üzlüyə alınması (PK18+48-PK38+48) (L=2000m) üzrə açıq tender 23.09.2025-ci ildə yekunlaşıb və 208.270 manat məbləğində müqavilənin bağlanılması gözlənilir.

Göründüyü kimi “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətini qalib seçildiyi bu tenderlərin hərəsi bir rayonda həyata keçiriləcək işlərlə bağlıdır. Məsələn, Malikumudlu kanalı Zərdab rayonunda, Əhmədalılar Füzuli rayonunda, ı Zülfəli kanalı Ağdaş rayonunda, Mərzəndiyə kanalı Şamaxı rayonunda, Qandax kanalı Zaqatala rayonunda, “Qızıl-Nohur nasos stansiyası Abşeron rayonunda, Muğan kanalı İmişli, Saatlı və Sabirabad rayonlarında, Ağalıq-1 kanalı Şabran rayonunda, Həmzəlli kəndi Qəbələ rayonunda, Quşqara kəndi Göygöl rayonunda, Tuğ suvarma kanalı Xocavənd, Qarayeri Samux rayonunlarında yerləşir.

Bəs “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti bu dövlət sifarişlərini eyni vaxtda, ayrı-ayrı rayonlarda yerinə yetirmək iqtidarındadırmı?

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZSUR GROUP” (VÖEN: 1503949491) Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.02.2018 il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, NƏRİMANOV RAYONU, ƏHMƏD RƏCƏBLİ, ev.21F, m.21F, qanuni təmsilçisi kimi isə İmanlı Rəşad Yasəf oğlu qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Musayev Sərxan Mətləb oğlu olub.

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində MMC -nin tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya alması barədə məlumat var. MMC 02.05.2024-cü ildə yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri üzrə, 02.05.2024-cü ildə Qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri üzrə, 06.05.2024-cü ildə təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi üzrə lisenziyalar alıb.

Rəsmi dövlət qurumlarının məlumatlarından da göründüyü kimi “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti 02.05.2024-cü ildə yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri üzrə ilk lisenziya alıb. MMC-yə 08.08.2025-ci ildə isə meliorasiya qurğularının layihələndirilməsi üzrə lisenziya verilib.

Bütün bunlara baxmayaraq, “Regional Su Meliorasiya Xidməti” son 20 gün ərzində “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətini 28 açıq tenderdə qalib seçib. Bu tenderlərin ümumi dəyəri 20 milyon manatdan çoxdur. Qeyd edək ki, “AZSUR GROUP” MMC yalnız sentyabr ayının 1-dən bu günə qədər 33 açıq tenderin qalibi seçilib. Maraqlıdır bu MMC-nin nə qədər işçi qüvvəsi var və eyni vaxtda bu işləri necə həyata keçirəcək.

Qeyd edək ki, “Regional Su Meliorasiya Xidməti” Dövlət Su Ehtiyatları Agentliyinə tabeli publik hüquqi şəxsi kimi əvvəlki “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin varisidir. Regional Su Meliorasiya Xidmətinin rəisi isə uzun illər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini olmuş Zakir Quliyevdir. O, bu vəzifəyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 26.06.2024-cü ildə təyin edilib.

Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Orta Asiya zehni işğala son qoyur: - Moskva simvolik təsirini itirir
Bu gün, 10:20
Ukrayna ordusu Mariupolu vurdu
Bu gün, 10:15
Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək? - AÇIQLAMA
Bu gün, 10:11
“PAŞA Maliyyə Holdinqi”ndə yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:09
Adı “Rabitə işi”ndə keçən Əməkdar mühəndis VƏFAT ETDİ - FOTO
Bu gün, 10:02
Anar Bayramovdan yeni təyinat - FOTO
Bu gün, 09:54
Ermənistan ordusunda nə baş verir? - İLGİNC
Bu gün, 09:50
Paşinyan yaxın vaxtlarda Moskvaya səfər edə bilər - KİV
Bu gün, 09:36
Hərbçilərin guya Laçınla həmsərhəd ərazilərdə gərginlik yaratmasıyla bağlı xəbərə təkzib gəldi... - RƏSMİ
Bu gün, 08:40
Bacısının sevgilisini öldürən yeniyetmə: “Onların əl-ələ çəkilmiş fotosunu “TikTok”da gördüm...” - TƏFƏRRÜAT
Bu gün, 08:38
"Bir ay ərzində işimi qüsursuz yerinə yetirdim, hər gün satış etdim" - GİLEY
Bu gün, 08:34
Şəhidlərin adlarını orada görmək məyus etdi – Yolverilməzdir!
Bu gün, 08:25
Paşinyan sülhə görə nə qədər pul alıb... - KİV
Bu gün, 07:50
30 ilin pərdəarxası: saziş nə vaxt olacaq? - İNCƏLƏMƏ
Bu gün, 07:47
Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır - Diplomat
Bu gün, 07:44
Üç övladı olanların NƏZƏRİNƏ: 420 manat ala bilərsiniz – YENİ QAYDA
Bu gün, 07:41
Nəhayət ki, Behrudun dərdinə əncam qılındı... - REAKSİYA
Bu gün, 07:33
Vuçiç belə asanlıqla gedənə bənzəmir... - GƏLİŞMƏ
Bu gün, 07:29
Belə pis gündə meydançada heç domino da oynamazlar... - REPLİKA
Bu gün, 07:27
"Hətta bütün bunlara “ideoloji” don da geyindirdilər" - partiya sədri
Bu gün, 07:21
""Biz "səs verib seçdiyimiz" o Millət Vəkillərini niyə seçmişik?" - ETİRAZ
Bu gün, 06:49
Şəhid bacısı kiberdələduzun TORUNA NECƏ DÜŞDÜ... - TƏFƏRRÜAT
Bu gün, 06:45
Azərbaycanda etnik, təriqət gərginliyi üçün meydan varmı - AKTUAL
Bu gün, 06:37
Bu, ölkənin damarlarına zərbə endirmək cəhdidir... - FAKT BUDUR!
Bu gün, 06:33
Keçmiş polis rəisi Çevikin döyülməsinə belə REAKSİYA VERDİ - "Dini bilən insan..."
Bu gün, 06:28
Naxçıvandan olan şəhid ailələri illərdir ki, çox sadə bir haqqın həyata keçirilməsini gözləyir... - şəhidlərinin adının əbədiləşdirilməsini!
Bu gün, 06:23
“Neft Daşları” NQÇİ-də ƏCAİB İŞLƏR - Oğurluğu ifşa edirsən, gəlib yerdə qalanı da aparırlar...
Bu gün, 06:19
Azərbaycan heç kimin İranla hesablaşmasının aləti deyil! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:02
Hümbətov ailəsi necə milyonlar qazanır - İLGİNC FAKTLAR
Bu gün, 05:59
"Budaqov bunu sizin üçün həll etməyəcək axı..." - ÇÜNKİ...
Bu gün, 05:45
"Hər kəsin problemini həll etməyə və hamını xilas etməyə məcbur deyilsən..." - Nura Suri
Bu gün, 05:39
Ukrayna Ryazan neft emalı zavoduna PUA zərbəsi endirib - “Exilenova Plus”
Dünən, 09:37
"Heç bir səbəb olmadan kartlarımın bloku davam edir.." - ETİRAZ VAR!
Dünən, 09:31
Əslində Xudayarın xatirəsinə hörmətsizlik edən kimdir? - Şəhid anası bütün Bərdəni boğaza yığıb, bu dəfə də…
Dünən, 09:13
"Rəsmi qurumlar ciddi olmalıdır, ciddiyətini qorumalıdır" - Partiya sədrindən ÇAĞIRIŞ
Dünən, 09:03
"Heç kim sizi işdən azad edə bilməz!" - MÜRACİƏT
Dünən, 08:50
"Sifarişlərimi ləğv edib, hesabımı bloklayıblar..." - GİLEY
Dünən, 08:42
Trampın gerçək Rusiya siyasəti... - AKTUAL
Dünən, 08:34
Hər yandan bir təhlükə gəlir... - Beli sınan millət olacaq...
Dünən, 08:22
Pentaqon rəhbəri İranı hədələdi
Dünən, 08:17
"Guya Azərbaycanda dini ayrı-seçkiliyə məruz qalıblar..." - deputat
Dünən, 07:53
Moskvanın Ermənistan üçün hazırladığı təzyiq ssenarisi - Pul, qaz və 300 minlik təhlükə
Dünən, 07:49
Rusiya və ABŞ nümayəndələrinin müzakirə etdiyi məsələ məlum olub - "Reuters"
Dünən, 07:45
“Azərbaycan Ordusu başımızın üstündədir, hər yeri görür” – Zəngəzurun Şıxovuz və Kilsəkənd sakinləri
Dünən, 07:42
Universitetlər bu rayonlara köçürülə bilər - AKTUAL
Dünən, 07:39
Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü - TƏFƏRRÜAT
5-09-2026, 16:35
Hələ Avropa İttifaqına üzv olmağa hazır deyilik - Ermənistan Prezidenti
5-09-2026, 16:33
"Süni şəkildə düşmənçilik yaradılır" - İlahiyyatçıdan “Çevik” olayına maraqlı ŞƏRH
5-09-2026, 16:24
"Edənlər nə qazandı ki, sən də qazanasan..."
5-09-2026, 16:17
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib - AÇIQLAMA
5-09-2026, 16:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru