Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

“Mənim üçün fərq etmir, ora ”Kino Agentliyi"dir, yoxsa Roma papasının iqamətgahı...“ - Ayaz Salayev
Tarix: 22-04-2022, 08:19 | Çap et
 “Mənim üçün fərq etmir, ora ”Kino Agentliyi"dir, yoxsa Roma papasının iqamətgahı...“
Prezident İlham Əliyev “Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində olan “Azərbaycan Respublikasının Kino Agentliyi” kinematoqrafiyanın inkişafının, o cümlədən yerli və müştərək kino istehsalının dəstəklənməsi, kino mədəniyyətinin təbliğinin təşkili, kinematoqrafiya müəssisələrinin və kino sənayesi iştirakçılarının fəaliyyətinin, eləcə də kinematoqrafiya sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılmasını həyata keçirəcək.

Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr və onun iki müavini daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılacaq. Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsinin vəsaiti və qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçiriləcək.

Bəs kino xadimlərinin yeni qurumdan hansı gözləntiləri var? diaaz.space xəbər verir ki, mövzu ilə bağlı əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ayaz Salayev “Yeni Müsavat”a danışıb: “Onu deyə bilərəm ki, kino təşkilatı sahəsində islahatlar vəziyyəti kökündən dəyişə bilməz. Vəziyyəti yalnız yaradıcı, ideoloji məsələlər kökündən dəyişə bilər. Yəni kinoya sənətkar, böyük şəxsiyyətlər, vətəndaşlar və mövqeyi olan, dünya mədəniyyətinə mənsub gənclər gəlməlidir ki, nəsə dəyişsin. Yerdə qalan məsələlər kosmetik detallardır. Buna görə də, sözün doğrusu, mənim üçün fərq etmir ki, ora kino şöbəsidir, agentliyidir, yoxsa Roma papasının iqamətgahı”.

Ayaz Salayev kino sahəsinin Mədəniyyət Nazirliyindən ayrılmasının tərəfdarı olmadığını qeyd etdi: "Mənə elə gəlir ki, kino Mədəniyyət Nazirliyindən ayrı olmamalıdır. Səbəb isə ondan ibarətdir ki, kino milli mədəniyyətimizin bir hissəsidir və ona bu cür yanaşmaq lazımdır".

Xalq artisti, kinorejissor-aktyor Şeyx Əbdül Mahmudbəyov isə məsələyə bu cür mövqe bildirdi: "Hər zaman demişəm ki, kino Mədəniyyət Nazirliyindən ayrı olmalıdır. Yəni kinonun bugünkü Mədəniyyət Nazirliyinə heç bir aidiyyəti yoxdur. Çünki kinoya qəpik-quruş ayrılır. Səbəb də odur ki, Mədəniyyət Nazirliyinin hər yerə borcu var, yəni teatrlara və digər yerlərə də vəsait xərcləyir, nəticədə biz kinoçulara həmin pul gəlib çatmır.

Ümumiyyətlə, kino heç vaxt Mədəniyyət Nazirliyinin tərkibində olmayıb. Ən gözəl filmlərimiz də o zaman çəkilib ki, kinomuz müstəqil fəaliyyət göstərib. Prezidentimizə çox təşəkkür edirəm ki, nəhayət ki, bizim dualarımızı, arzu-istəklərimizi reallaşdırıb. Qalır yeganə iş - agentlik nə dərəcədə müstəqil olacaq və rəhbəri kim olacaq? Əgər yenə də rəhbərliyə kinoya aid olmayan adamı gətirib qoysalar, onda heç nə dəyişməyəcək. Və yaxud kino sənətkarlarından ibarət rəsmi şura yaradılsa, onda kino sahəsində hansısa inkişafa nail olacağımızı güman etmək olar. Beləliklə, yeni “Kino Agentliyi”nin yaradılması illərlə arzusunda olduğumuz, çox təqdirəlayiq hadisədir".

Xatırladaq ki, Azərbaycanda iki kino ittifaqı var. Onlardan biri 2012-ci il 21 iyunda təsis edilən, sədri xalq artisti Şəfiqə Məmmədova olan qurumdur. Həmin ittifaqın təşəbbüs qrupunun və idarə heyətinin üzvləri aşağıdakılardır: Şəfiqə Məmmədova, Mais Ağabəyov, Ramiz Fətəliyev, Müşfiq Hətəmov, Səyavuş Kərimi, Cəmil Quliyev, Yusif Quliyev, Vaqif Mustafayev, Nəriman Məmmədov, Oqtay Mirqasımov, Ayaz Salayev.

Digəri isə 1963-cü il yanvarın 13-də yaradılan ittifaqdır. Qurumun idarə heyətinin üzvləri aşağıdakılardır: xalq yazıçısı Anar, şair Baba Vəziroğlu, xalq artistləri Rasim Balayev, Həmidə Ömərova, Məbud Məhərrəmov, Şükufə Yusupova, rejissorlar Mirbala Səlimli, Firəngiz Qurbanova, Cavid İmamverdiyev, Oleq Səfərəliyev, Ziya Şıxlınski, Əsəd Əsədov, Cəmil Fərəcov, Tahir Əliyev, Nizami Abbas, prodüser Lalə Əfəndiyeva.

Zaman-zaman ittifaqın üzvləri arasında hansısa qalmaqalların, intriqaların yaşandığının şahidi oluruq. Bu isə kinonun inkişafına təsirsiz ötüşmür. Yeni yaradılan agentlik kinematoqrafçıları bir araya gətirə biləcəkmi?

Ayaz Salayev sualımızı bu cür cavablandırdı: “Bəli, bu gün kino ictimaiyyəti parçalanıb, ölkəmizdə iki kino ittifaqı var. Hesab edirəm ki, bu parçalanma ciddi ideoloji xarakter daşıyır. Bununla bağlı kədərimi dəfərlərlə ”Yeni Müsavat"da bildirmişəm".

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov isə artıq bununla bağlı işlərə başladığını dedi: “”Kino Agentliyi"ndən sonra bu mənim ikinci arzumdur, illərdir ki, bu məsələyə qarşı vuruşuram. Allah Rüstəm İbrahimbəyova rəhmət eləsin, amma o, çox səhv bir iş görərək, yüz illərlə formalaşan, Lətif Səfərovdan və digər sənətkarlardan bizə miras qalan ittifaqı parçaladı, dağıtdı. Hər iki ittifaq zəhmət çəkib bir yerə yığılaraq, qurultay keçirməlidir. Bununla bağlı artıq fəaliyyətə başlamışam. Bu məsələyə birdəfəlik son qoyulmalıdır, bəsdir bu ayrılıq, parçalanma... Bir sənətkar burada, digəri orada ağsaqqallıq edir. Mən hamısı ilə görüşürəm, can-ciyərəm. Amma onlar niyə bir-biriləri ilə düşməndir, anlaya bilmirəm. Çox qəribədir ki, Rüstəm İbrahimbəyovun yas mərasiminə bizim ittifaqdan məndən başqa heç kəs gəlməmişdi. Halbuki Rüstəm İbrahimbəyovun sağlığında ona qarşı ən aqressiv mövqedə olan mən idim. İndi ittifaqların bir araya gəlməsi haqqında fikirləşmək lazımdır. Balaca bir ölkədə 3-4 kinematoqraf ayrı-ayrı təşkilatlarda fəaliyyət göstərə bilməz. Bir-birimizə düşmən kimi yanaşmaq əxlaqımıza, mədəniyyətimizə ziddir".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Bu gün, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Bu gün, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Bu gün, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Bu gün, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Bu gün, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Bu gün, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56
Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru