Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

“Trendə qoşulmaq, fərqli görünmək üçün “mən telekanallara baxmıram” deyirlər, halbuki...”
Tarix: 18-04-2022, 08:04 | Çap et
“Trendə qoşulmaq, fərqli görünmək üçün “mən telekanallara baxmıram” deyirlər, halbuki...”
Uzun illərin teleaparıcısı Elvin Basqallı AYNA ilə söhbətində televiziya məkanında baş verən maraqlı hadisələrdən danışıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- İllərdir jurnalist olaraq fəaliyyət göstərirsiniz. Bugünku xəbərlərin keyfiyyətindən razısınız?

- Biz çox istedadlı xalqıq, az qala hər sahə üzrə əla sənətkarlarımız var. O cümlədən də peşəkar televiziyaçılarımız, əla xəbər hazırlayan jurnalistlərimiz. Amma bu, kompakt halda deyil. Xəyalımdakı, arzumdakı xəbər istehsalı prosesi ilə reallıq arasında fərq az deyil.

- Xəyalınızdakı mənzərə necədir?

- Bütün ölkəni, dünyanın əsas hissəsini əhatə edən özəl xəbər axını və ən əsası, üstün xəbər estetikası. Yəni "hansı xəbəri verirsən" sualı ilə yanaşı "xəbəri necə verirsən" sualının cavabı mənim üçün çox vacibdir. Bu da saatlarla, tam səmimi deyim, günlərlə danışsam, bitməyəcək bir mövzudur. Bax, bu xəbər estetikasını mən gürcü televiziyalarında görürəm. Gürcü dilində 2 söz də bilmirəm, amma onların xəbərlərini izləyə bilirəm.

- Bu gün sosial şəbəkələrin inkişafı TV-yə təsir edirmi? Telekanalların xəbər izləyicilərinin sayında azalma varmı?

- Ötən il Azərbaycan Dillər Universitetində 2 semestr dərs dedim, birinci semestr vətəndaş jurnalistikasından, 2-ci semestr isə televiziyadan. Tələbələrimə də mühazirələrimdə deyirdim ki, internetin, internet medianın TV anlayışına zərəri haqqında hamı danışır, amma internet və TV düşmən deyil, həm rəqibdir, həm də dost. Sosial şəbəkələr televiziyaçıların işini asanlaşdırır və bu, təkcə xəbər istehsalı zamanı baş vermir, həm də sosial şəbəkələr TV istehsalı olan xəbərin bu platforma vasitəsi ilə də insanlara çatmasına səbəb olur. Sosial şəbəkələr televiziyaçının məhsulunun televiziya vasitəsi ilə izlənməsini müəyyən qədər azaltsa da, öz platforması vasitəsi ilə ona daha çox izləyici vermiş olur. Uzun sözün qısası, sosial şəbəkələr, internet televiziyanı sıradan çıxartmır, əksinə onu həmişəcavan saxlayır. TV-nin dövrü getməyib və düşünürəm ki, heç vaxt da getməyəcək.

- Televiziya dövrü bitməyibsə, niyə TV-lərdə istehsal olunan materialların əksəriyyəti sosial şəbəkələrdə gündəmə gələn problemlərdir?

- Dediyim kimi, internet media TV-nin düşməni deyil, rəqibi və dostudur. Bu sözümü bir neçə müddəa ilə əsaslandırmışam həmişə. Onlardan biri də internetin TV üçün həm də mövzu, audio, video baza, arxiv rolunu oynamasıdır. Mövzuların internetdən götürülməsi TV-ni daha cavan saxlayır, daha çevik edir, onun önəmini azaltmır. Axı, bir tamaşaçı kimi sizin TV-də baxdığınız xəbərin mövzusunun internetdən götürülməsi narahat etməməlidir, əksinə bu, gündəmlə ayaqlaşmaqdır.

- Sorğu keçirəndə vətəndaşların əksəriyyəti televiziya kanallarını izləmədiyini deyir. Amma bir az ünsiyyət quranda məlum olur ki, nəinki telekanallarını izləyirlər, hətta bəzi verilişlərin daimi izləyiciləridir. Niyə insanlar TV izlədiklərii etiraf etməkdən çəkinirlər?

- Çox az insan var ki, həqiqətən də televiziya kanallarına heç baxmır. İnternet resursları isə TV-yə öz yaradıcı məhsulunu burada reklam etmək, anons etmək imkanı verir. Məncə, TV-yə baxan adamın “baxmıram” deməsi trendə qoşulmaq, "cool" görünmək iddiasından başqa bir şey deyil.

- Bu gün xəbər aparıcılarını narahat edən əsas problem nədir?

- Xəbər aparıcılığı peşəsi unikal sahələrdən biridir. Baxmayaraq ki, bəzən bu sahəyə çox sadə, çox adi yanaşma da olur. Həm jurnalist olmalısan, həm televiziyaçı. Xəbər aparıcılarının sayı hər ölkədə onlarladır, ən çoxu yüzlərlədir. Rifahın yaxşı olması vacibdir.

- Televiziya aparıcılarının hər biri özünəməxsusluğu ilə seçilir. Xəbər aparıcılarının öz üslubları olmalıdırmı? Yoxsa qaydalara riayət etmələri kifayətdir?

- Əla sualdır. Əlbəttə, fərqlənməlidir. Mən 7 il “Space” TV-də ilin bütün günlərində tam fasiləsiz “Ana xəbər” blokunu aparmışam. Amma düşünmürəm ki, bir xəbər aparıcısı kimi məni tanıdan efirlərimin say çoxluğu idi. Məni tanıdan üslubum idi. Sürətli, möhkəm səs və xəbərin əzmiylə dəyişən səs tembrim və bəzən işlətdiyim fikirlər.

- Heç olub ki, bezib sənətinizi dəyişmək istəyəsiniz?

- Lap gündə 9 dəfə də bu fikrə düşə bilərəm və bilirəm də (gülür – T.X.). Amma bu, əsas nəticəni dəyişmir. Əslində bacardığım və sevdiyim tək iş televiziya sahəsidir. 1 ilə yaxın radio və internet mediada çalışdım, TV xəbərindən uzaq düşdüm, elə bir gün olmadı ki, üzbəüz görəndə, ya da müxtəlif sosial media hesablarından mənə izləyicilərim tərəfindən “haradasınız?”, “qayıdın” yazılmasın. Nə mən tamaşaçını, nə də tamaşaçı məni dəyişər. Bu, mənim mənə sübut etdiyim reallıqdır, Üzləşdiyim heç bir çətinlik bu fikrin yalan olduğunu mənə inandıra bilməz. Ən tez unudulan populyarlıq televiziya işində olur. Televiziyada isə insan ən tez xəbərdən çıxanda unudulur. Bu gün varsansa varsan, efirdə yoxsansa, elə bil ki, illərdir yoxsan. Bu, televiziya tarixinin süzgəcindən keçmiş həqiqətdir. Amma bu, mənim TV-dən uzaq düşdüyüm bir ildə özünü doğrultmadı, tamaşaçı məni unutmadı və bunu müxtəlif üsullarla sübut etdi. Bu cür hal az, lap az sayda xəbər aparıcısında baş verə biləcək hadisədir. Bunu təkəbbürlə demirəm, tamaşaçıya minnətdarlıq üçün deyirəm.

- Niyə TV-dən uzaq düşdünüz ki?

- Əslində, belə fasilələr az qala hər xəbər aparcısıının yaşadığı fasilədir. Amma mən, hətta gün etibarı ilə belə, xəbərdən uzaq qalmadığıma görə mənim üçün uzun müddət və çətin gəldi. Necə deyərlər, həmin ərəfədə qırılma nöqtəsinə çatmışdım.

- Bu peşənin sizə adi həyatda yaratdığı müsbət və mənfi tərəfləri nədir?

- Mənfi nəyisə dəqiq xatırlamıram. Bir onu bilirəm ki, qazandığım ruzidə televiziyanın rolu var, məni milyonlara sevdirən məqamdır televiziya. Bir xəbər aparıcısını torpaqların azad olunması xəbərini vermək xoşbəxtliyi qədər heç nə sevindirə bilməz. 44 gün qələbəmizin hər günündə, hər saatında tam səmimiyyətimlə, bütün gücümlə bu xəbərləri çatdıra bilmək imkanı yaradıb Allah mənə. Hər sənət adamının öz sənət pasportu olur, əgər məni tanıyanlar, məni aprel döyüşlərinin, Vətən müharibəsinin xəbərləri ilə tanıyırlarsa, sevincim birə beş qat artır.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Bu gün, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Bu gün, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Bu gün, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Bu gün, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Bu gün, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Bu gün, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Bu gün, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Bu gün, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Bu gün, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Bu gün, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Bu gün, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Bu gün, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Bu gün, 15:56
Azərbaycanda banklar birləşəcək
Bu gün, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Bu gün, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Bu gün, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Bu gün, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Bu gün, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Bu gün, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Bu gün, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Bu gün, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Bu gün, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Bu gün, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Bu gün, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Bu gün, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Bu gün, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Bu gün, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Bu gün, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Bu gün, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Bu gün, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Bu gün, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Bu gün, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Bu gün, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Bu gün, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Bu gün, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Bu gün, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Bu gün, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Bu gün, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Bu gün, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Bu gün, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Bu gün, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Bu gün, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Bu gün, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Bu gün, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Bu gün, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Bu gün, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Bu gün, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru