Yamaq vurulmuş iqtisadiyyatımız... .....                     “Onların fəaliyyəti “donuz kimi hərəkət edib, bəy kimi üzr istəyir” məsəlini xatırladır” .....                     Sülh sazişi dekabrda imzalanacaq .....                     Anar Rzayevi nələr gözləyir? .....                     Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub .....                     Paşinyanın “dili açıldı”: .....                     Kölgədə aparılan müharibə: .....                     Paşinyan DÖYÜŞƏ TƏK GEDİR... .....                     Paşinyan alternativi olmadığına görə qələbə qazanacaq .....                     ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub .....                     Jak Şirakın həyat yoldaşı vəfat edib .....                     Süni intellekt planetin resurslarını səssizcə “udur” .....                     “Mən barışmaq istədim, o, kobud cavablandırdı” .....                     Paşinyan "sükut günü"nü belə dəyərləndirir .....                     ABŞ və Qərbin gizli oyunu "sülh masası"nı dağıdır: .....                     Tramp Maskla barışıb .....                     Paşinyanın seçkidən sonra həbs anonsu .....                     Əsgər yoldaşını xilas etdi, özü həlak oldu .....                     Tapşırıq... qohumbazlıq... HARA QƏDƏR? .....                     Yasamal RİH .....                     Ermənistan üçün sonun başlanğıcı, yoxsa... .....                     Zelenskidən Moskvaya ağır .....                     Medvedevdən İrəvan barədə sensasion bəyanat: .....                     Əvvəl gətirirlər, sonra birdən “yoxa çıxır” .....                     Sankt-Peterburq sakinləri baş vermiş partlayışlardan panikaya düşdü.... .....                     Gənclər və İdman Nazirliyi 55 minlik gül alır .....                     Bakıda məşhur ticarət mərkəzi MÜFLİS OLUB? .....                     Putinlə görüşən “Rusiya Qəhrəmanı” Ukraynada öldürüldü .....                     İran ABŞ ilə danışıqlarda Livanı "sövdələşmə vasitəsi" kimi qəbul etmir .....                     Taleyi o mərasimdə bəlli olacaq: .....                     Paşinyan Rusiyadan seçkilərə gələn kişilərin ölkədən çıxışını qadağan etdi .....                     Şou-biznes ulduzlarının fantastik TOY QİYMƏTLƏRİ .....                     “Seçkilərdən sonra Koçaryan həbs olunmalıdır” .....                     Razi Nurullayev heç yerdə demədiklərindən danışdı .....                     Azərbaycanlı qadınlar avtomobildə GÜLLƏLƏNDİ: biri öldü .....                     NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər .....                     "ƏN BÖYÜK MOBİL OPERATORUMUZ" rabitəsini itirib... .....                     Astroloqdan Paşinyanla bağlı PROQNOZ: .....                     Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakı .....                     Seçki kampaniyasında qan töküldü .....                 

“Ssenarim qalib gəldi, Qarabağ haqqında film çəkilmədi...” - Mirbala Səlimli
Tarix: 13-04-2022, 09:10 | Çap et
“Ssenarim qalib gəldi, Qarabağ haqqında film çəkilmədi...”
diaaz.space xəbər verir ki, teleqraf.com-un müsahibi əməkdar incəsənət xadimi, teatr və kino rejissoru, ssenarist Mirbala Səlimlidir. Onunla söhbətə teatrla başlayıb kino ilə yekun vurduq.

Baş rejissoru olduğu Şəki Teatrının hazırki durumunu analiz edən rejissor tamaşalara maliyyə vəsaitinin ayrılmadığını bildirdi, ssenari müsabiqələrinə inamsızlığın səbəblərindən danışdı. Həmçinin qeyd etdi ki, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan II Qarabağ müharibəsi kinoda layiqli şəkildə təcəssüm olunmalıdır.

Qeyd: Mirbala Səlimli Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu, Moskva Ali Teatr Məktəbinin teatr rejissorluğu və Moskva Ali Ssenaristlər və Rejissorlar kursunun kino rejissorluğu şöbəsini fərqlənmə diplomları ilə bitirib. Məşhur rus kinorejissoru Aleksey Germanın tələbəsidir, onun çəkdiyi “Allah olmaq çətindir” filmində təcrübə keçib. 1985-ci ildən Şəki Dövlət Dram Teatrında işləyir və hazırda bu teatrın baş rejissorudur. 2009-cu ildə Jan Batist Molyerin “Xəsis” komediyasının quruluşuna görə “Qızıl Dərviş” mükafatına layiq görülüb. “Qırmızı bağ” bədii filmi bir çox festivallarda mükafatlar qazanıb.

“İntihar” səhnələşdiriləcək

- Mirbala müəllim, Şəki teatrında vəziyyət necədir? Hansı tamaşalar üzərində çalışırsınız?

- Hazırda Şəki Teatrında Qriqori Qorinin “Herostratı unudun” tamaşasının üzərində iş gedir. Aprelin sonu, mayın əvvəli tamaşanın premyerası nəzərdə tutulub. Quruluşçu rejissoru Əlisahib Cəbilovdur. Həmçinin Vaqif Səmədoğlunun “İntihar” əsərini səhnələşdirmək niyyətindəyik. Tamaşaya gənc rejissor Orxan Həmidli quruluş verəcək.

Paralel olaraq Şəki Teatrında aktyor studiyası fəaliyyət göstərir. Orada gənclərə aktyor sənətindən, səhnə danışığından, vokaldan, rəqs dərsləri keçirilir. Ən yaxşı nəticə göstərən tələbələr teatrda fəaliyyətə başlayırlar. Bu studiyanın məqsədi teatr üçün gənc mütəxəssislər hazırlamaqdır.

Teatrın tərkibində rejissor laboratoriyası da fəaliyyət göstərir. Bu laboratoriyalar nəsil qırıqlığının yaranmasının qarşısını almağa xidmət edir. Bir nəsil aktyorlar yaşlananda digər nəsil aktyorlar yetişməlidir. Teatr çay axını kimidir... Bu axını təmin etmək üçün hər iki ildən bir teatra yeni aktyorlar, gənclər dəvət olunur... Aktyor və rejissor hazırlığı çox mürəkkəb prosesdir. Düşünməyin ki, bu laboratoriyada oxuyan gənclərin hamısı aktyor və rejissor olur, xeyr, belə deyil. Bu işi bacarmaq lazımdır.

İki ilin tamamında laboratoriyanın tələbələrinə sertifikatlar verilir. Daha sonra işə qəbul olunurlar. Teatrda bütün nəsillərdən olan aktyor heyəti olmalıdır ki, gənc oğlan, gənc qız obrazını yaşlı aktrisa, aktyor oynamasın.

- Bu laboratoriyalara qəbul zamanı gənclərin təhsilli olub-olmamaları fərq edir?

- Rejissor laboratoriyasında mütləq buna fikir verilir. Rejissor olmaq istəyənlər laboratoriyaya təhsilli gəlməlidirlər.

“Əsas problem vəsait çatışmamazlığıdır”


- Məlumdur ki, pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri də incəsənətdir. Bir teatr olaraq belə ağır mərhələni necə keçdiniz? Və indi ən böyük problem nədir?

- Doğru qeyd etdiniz, pandemiya bir çox sahələrdə, o cümlədən incəsənət sahəsində fəaliyyəti dondurdu. Amma şükürlər olsun ki, yenidən işinimizi bərpa edə bildik.

İndiki halda teatrın əsas problemi vəsait çatışmazlığıdır. Tamaşalara vəsait ayrılmır.

- Bəs Mədəniyyət Nazirliyi vəsait ayırmır?

- Yox. Güman ki, pandemiya ilə əlaqədardır. Teatrlar sentyabr ayından pandemiya məhdudiyyətləri çərçivəsində fəaliyyətə başlayıblar. O zaman teatr zallarının ümumi tutumunun 50 faizdən çox olmamaq şərtilə dolması nəzərdə tutulurdu. Mart ayında bu qadağa aradan götürüldü. Hazırda Şəki teatrında səhnələşdirdiyimiz tamaşaları öz qazancımız hesabına edirik.

- Teatr o qədər qazana bilirmi ki, tamaşalarını təmin etsin?

- Zəif də olsa təmin edirik. Əlbəttə, tamaşanın yaxşı alınması üçün yaxşı maddi vəsait olmalıdır. Amma teatr olaraq qazancımızın hamısını tamaşalara verə bilmirik, çünki kommunal xərclərimizi də ödəməliyik.

- Bu zaman kəsiyində neçə tamaşa hazırlamısınız?

- “Herostratı unudun”u nəzərə alsaq indiyə kimi dörd tamaşa hazırlanıb: ikisi uşaqlar, ikisi böyüklər üçün.

- Mədəniyyət Nazirliyi sizin müraciətinizə hansı reaksiyanı verib?

- Müraciət etmişik. Gözləyirik. İnanıram ki, vəsait ayrılacaq.

“Bağça uşaqları üçün tamaşa göstərəcəyik”

- Mirbala müəllim, belə nəticəyə gəldim ki, teatrınız tamaşaçı qıtlığı yaşamır. Tamaşaçı gəlir və maddi vəsait toplanır, yeni tamaşaya xərclənir. Proses zəncirvari davam edir.

- Çox şükürlər olsun ki, tamaşaçı qıtlığı yaşamırıq. Şəki teatrlar şəhərdir. Burada teatrı sevirlər, onunla nəfəs alırlar. Teatr şəhərin mərkəzində yerləşir. Novruz bayramı ərəfəsində məhdudiyyətlər aradan götürüldü. Biz çox yüksək göstərici ilə qarşılaşdıq. Bu o deməkdir ki, tamaşaçı teatr üçün darıxıb. 9 gün ərzində 30 tamaşa oynanıldı.

Teatr üçün önəmli olan faktor öz tamaşaçısını yetişdirməyidir. İyun ayında növbəti layihəmizi gerçəkləşdirəcəyik. Bağça uşaqları üçün yarım saatlıq tamaşa göstərəcəyik. Bu, uşaqları indidən teatrlara, tamaşalara yönəltmək məqsədi daşıyır. Onlar körpə vaxtlarından teatrsevər böyüyürlər. Həmçinin məktəblərlə müntəzəm işləyirik. Bura uşaq evləri də daxildir. O uşaqlar gələcəkdə teatrın tamaşaçıları olacaq. Onlar teatrın nə olduğunu bilərək böyüyürlər və teatra gəlirlər.

Gənclərlə əlaqədar başqa bir istiqamət üzrə iş gedir. Böyüklər üçün hazırlanan tamaşada isə ziyalılar, mədəniyyət işçiləri çoxluq təşkil edir.

- Tamaşa hazırlamaq üçün Bakı teatrlarından təklif almısınızmı?

- Mənə çox təkliflər olub, amma bizim teatrda da iş həddən artıq çoxdur.

- Teatr fəaliyyətiniz kino fəaliyyətinizi üstələyir. Bu sizi narahat etmir ki?

- Elə görünə bilər, amma kino ilə bağlı da boş oturmuram. Hazır ssenarilərim var, studiyalarla danışıqlar aparırıq.

- Sizin istehsalata buraxılan “Xoşbəxt sonluqlu faciə” filminizin taleyi necə oldu?

- Sualınızı cavablandırmaq çox çətindir. Pandemiya başlayanda proses də dayandı. Ola bilər, o layihə yenidən müzakirə mövzusuna çevrilsin, ola da bilər, unudulsun.

Ümid etmək istəyirəm ki, bundan sonra teatr və kino sahəsində fəaliyyət genişlənəcək. Şuşa Türk dünyasının paytaxtı elan olundu. Demək, gələcək daha ümidvericidir. Teatrımıza, kinomuza da bahar gələcək. Mən buna bütün qəlbimlə inanıram.

“Qarabağa aid ssenarim qalib gəldi, amma istehsalata buraxılmadı”

- Ötən iki ildə tariximizdə əlamətdar hadisə yaşadıq. Amma ll Qarabağ müharibəsində Azərbaycan xalqının möhtəşəm zəfərini, Prezident İlham Əliyevin qətiyyətini, Azərbaycan ordusunun sücaət və qəhrəmanlığını əks etdirən film hələ də çəkilməyib.

- Sizə əminliklə deyirəm, Qarabağ müharibəsi ilə bağlı çox ssenarilər yazılır. Özü də bir aspektdən deyil. İşğala məruz qalmış şəhərlər, əsgərlərimizin taleyi, zəfəri, şücaəti haqqında ssenarilərin yazıldığından xəbərim var. Elə mən də bu hadisələri əks etdirən ssenari yazmışam.

- Yazılır, amma ekrana gəlmir...

- Məsələ budur. Məncə, istehsalat bu baxımdan gecikir. Filmin çəkilişi üçün böyük vəsaitlər lazımdır, bu heç kimə sirr deyil. Bu mənada ləngimə gözəçarpacaq dərəcədədir.

Əvvəlki müsabiqədə Qarabağ haqqında ssenarim qalib gəldi. Amma təəssüf ki, istehsalata buraxılmadı. Vəzifədə olan adamlar dəyişdi. Kinomuzdakı qəribəliklərdən biri budur. Mənə elə gəlir, müsabiqə elan olunmalı, mexanizm dəqiq qurulmalıdır. Əgər müsabiqələrin mexanizmi dəqiq qurulmasa kinorejissorların, ssenaristlərin inamı itir. Heç kimin yenidən müsabiqəyə ssenari verməyə həvəsi olmur.

Müsabiqələrin keçirilməsi çox yaxşıdır və bu, davamlı olmalıdır. Müsabiqələrin mexanizmi dəqiq işlənməlidir. Elə işlənməli və nəzarət edilməlidir ki, müəlliflərdə inam yaransın. Onlar inanmalıdırlar ki, ssenari hər hansı müsabiqədə qalib gəlsə, deməli, çəkiləcək. Bu mənada çatışmayan cəhətlər çoxdur.

Kinomuzda son illərdə çox sürətlə dəyişikliklər baş verir. Mütəxəssislər dəyişir, studiya rəhbərləri dəyişir. Bu dəyişmələr çaşqınlıq yaradır. İnanıram ki, bu ildən etibarən kinoya yeni nəfəs gələcək, müxtəliflər mövzularda: Qarabağ zəfərimiz, qəhrəman döyüşçülərimiz haqqında filmlər çəkiləcək. Müsabiqələr keçirmək ən doğru yoldur. Amma yenə də deyirəm, işə sona qədər nəzarət həyata keçirilməli və nəticə olmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yamaq vurulmuş iqtisadiyyatımız... - çataq... amma keçməyək...
Bu gün, 06:31
“Onların fəaliyyəti “donuz kimi hərəkət edib, bəy kimi üzr istəyir” məsəlini xatırladır” - REAKSİYA
Dünən, 17:23
Sülh sazişi dekabrda imzalanacaq - ƏGƏR...
Dünən, 17:21
Anar Rzayevi nələr gözləyir? - AYNA-da yoxlama...
Dünən, 17:16
Müdafiə Sənayesi Nazirliyində yeni təyinat olub - ƏMR
Dünən, 17:11
Paşinyanın “dili açıldı”: - Nikol bizi nəylə təhdid edir?
Dünən, 17:05
Kölgədə aparılan müharibə: - Azərbaycana qarşı kimlər hibrid hücum təşkil edir?
Dünən, 17:03
Paşinyan DÖYÜŞƏ TƏK GEDİR... - NƏ BAŞ VERİR?
Dünən, 17:00
Paşinyan alternativi olmadığına görə qələbə qazanacaq - ŞƏRH
Dünən, 16:57
ASCO-nun törəmə şirkətinin rəhbərliyinə müvəqqəti təyinat olub - BUNDAN SONRA...
Dünən, 16:51
Jak Şirakın həyat yoldaşı vəfat edib
Dünən, 16:49
Süni intellekt planetin resurslarını səssizcə “udur” – Bu, başlanğıcdır
Dünən, 16:47
“Mən barışmaq istədim, o, kobud cavablandırdı” – Qubada baş verən hadisənin təfərrüatı
Dünən, 16:46
Paşinyan "sükut günü"nü belə dəyərləndirir - VİDEO
Dünən, 16:38
ABŞ və Qərbin gizli oyunu "sülh masası"nı dağıdır: - Kreml ''görüş qapısı"nı qapadır, savaşın ssenarisi yenə dəyişir
Dünən, 16:35
Tramp Maskla barışıb
Dünən, 16:29
Paşinyanın seçkidən sonra həbs anonsu – İrəvanda gərginlik artır
Dünən, 15:11
Əsgər yoldaşını xilas etdi, özü həlak oldu - FOTO
Dünən, 15:07
Tapşırıq... qohumbazlıq... HARA QƏDƏR? - "Biabırçı bir vəziyyətdir!"
Dünən, 15:04
Yasamal RİH İZAHAT VERDİ
Dünən, 13:43
Ermənistan üçün sonun başlanğıcı, yoxsa... - AKTUAL
Dünən, 13:16
Zelenskidən Moskvaya ağır ZƏRBƏ ANONSU
Dünən, 13:14
Medvedevdən İrəvan barədə sensasion bəyanat: - "Bu rüsvayçılığı heç Vaşinqtonla Brüssel də bağışlamaz"
Dünən, 12:52
Əvvəl gətirirlər, sonra birdən “yoxa çıxır” – Apteklərdəki “analoji” dərmanların QORXUNC RİSKLƏRİ
Dünən, 12:44
Sankt-Peterburq sakinləri baş vermiş partlayışlardan panikaya düşdü.... -FOTO
Dünən, 12:42
Gənclər və İdman Nazirliyi 55 minlik gül alır
Dünən, 12:39
Bakıda məşhur ticarət mərkəzi MÜFLİS OLUB? - Sahibkarlar ÇƏTİN DURUMDA!
Dünən, 12:31
Putinlə görüşən “Rusiya Qəhrəmanı” Ukraynada öldürüldü
Dünən, 12:23
İran ABŞ ilə danışıqlarda Livanı "sövdələşmə vasitəsi" kimi qəbul etmir - Abbas Əraqçi
Dünən, 12:20
Taleyi o mərasimdə bəlli olacaq: - Oğlu Xameneyinin dəfninə gedəcək?
Dünən, 12:08
Paşinyan Rusiyadan seçkilərə gələn kişilərin ölkədən çıxışını qadağan etdi - BUNA GÖRƏ...
Dünən, 11:59
Şou-biznes ulduzlarının fantastik TOY QİYMƏTLƏRİ - SİYAHI
Dünən, 11:57
“Seçkilərdən sonra Koçaryan həbs olunmalıdır” - “Armenpress”
Dünən, 11:54
Razi Nurullayev heç yerdə demədiklərindən danışdı - SENSASİON MÜSAHİBƏ
Dünən, 11:50
Azərbaycanlı qadınlar avtomobildə GÜLLƏLƏNDİ: biri öldü - TƏFƏRRÜAT
Dünən, 11:27
NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər - "Politico"
Dünən, 11:20
"ƏN BÖYÜK MOBİL OPERATORUMUZ" rabitəsini itirib... - BU NƏDİ BELƏ?..
Dünən, 11:18
Astroloqdan Paşinyanla bağlı PROQNOZ: - "Çətin olacaq..."
Dünən, 11:08
Ermənistan Prokurorluğuna "Güclü Ermənistan"ın seçki siyahısındakı 6 üzvünü həbs etmək hüququ verilib
Dünən, 10:59
Seçki kampaniyasında qan töküldü – Paşinyanın tərəfdarı maşını kütlənin üstünə sürdü
Dünən, 10:57
“Paşinyanı həddindən artıq ideallaşdırmadan proseslərə daha realist yanaşmaq lazımdır...” - ŞƏRH
Dünən, 10:55
Moskvadan gələn erməni: - Səs verib geri qayıdacağıq, vəziyyət qarışa bilər
Dünən, 10:50
Bakı ilə bağlı müəmma: - Moskva “erməni kartı”nı işə saldı, qəribə ismarış göndərdi
Dünən, 10:45
ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib
Dünən, 10:42
13 sahibkarın mülkünə dövlət adından BASQI... - NARAZILIQ VAR...
Dünən, 10:28
İrəvanın sürpriz layihəsi - Ermənistan Türkiyə sərhədinə yol çəkir
Dünən, 10:17
Pentaqonda İsrail kəşfiyyatının ABŞ məmurlarına qarşı fəaliyyətindən ehtiyat edirlər - "NBC News"
Dünən, 10:08
Ermənistan MSK Karapetyanın seçki bloku ilə bağlı qərar verdi - KİV
Dünən, 10:02
Danielyan Azərbaycanın artan nüfuzundan danışdı: - "Vəziyyət son dərəcə təhlükəlidir!"
Dünən, 10:00
"Putin mənim tərəfdaşım, Makron və Tramp isə dostumdur..." -Paşinyandan seçkiqabağı ilginc açıqlama...
Dünən, 09:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru