Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

“Flora Kərimova, əgər qərəzsizsənsə gəl üzbəüz oturub danışaq, amma məhkəmədə yox...” - QALMAQAL
Tarix: 8-04-2022, 08:39 | Çap et
“Flora Kərimova, əgər qərəzsizsənsə gəl üzbəüz oturub danışaq, amma məhkəmədə yox...”
“Biz gözümüzü açandan nə nənə gördük, nə də ki, baba. Çünki atamla anamın ailə həyatı qurmağına görə hər iki tərəf düşmən olmuşdu. Bu tərəf dedi ki, niyə onu almısan? O tərəf də dedi ki, niyə ona getmisən?! Atam imkanlı olandan sonra həmin qohumların əksəriyyəti qohumluq münasibətlərini bərpa etdilər. Çünki qan qohumlarıyla ömürlük düşmən olmaq olmur. Gözümü açandan görürdüm ki, ata-anamın heç kimlə işi yoxdur, amma qohumlarımız onların şəxsi həyatlarına müdaxilə edirlər. Bu onu alıbsa sizə nə qalıb? Gedin oturun xarabanızda da! Şəxsi həyata müdaxilə etmək nəinki mənim, valideynlərimin də alnına yazılıb. Mənim atam Tovuz-Gəncə-Qazax zonasında böyük elm adamı idi. Ümummilli lider Heydər Əliyev birinci hakimiyyəti dövründə atamın sinəsinə “Xalqlar dostluğu” ordenini şəxsən özü sancmışdı. Atamın bu uğurlarını müəllim yoldaşlarından bəziləri həzm edə bilmirdi. Bakıya hər dəfə anonim məktublar yazırdılar, gəlib atamın işini yoxlayırdılar. Məqsəd də xain və paxıllıq idi. Bu yoxlamalar bitənə qədər atam stress çəkirdi, nə qədər olmasa da insanın həyatı zəhərə dönürdü. Elə oldu ki, 54 yaşında atamı, 56 yaşında anamı itirdim. Ailənin yükü 18 yaşından çiyinlərimdə oldu. Bacı-qardaş, evdə hamının problemi mənim üzərimdə idi, öz evliliyim də o vaxt pozulmuşdu. Çox ağrılı-acılı həyatım oldu, amma sınmadım, möhkəmləndim! Düşünürəm ki, valideynlərin taleyini övladlar da yaşayır. Ucqar bir kənddən Bakıya gəldim, qoymadım ailə dağılsın, bacım, qardaşım yollara səpələnsin, hamını başıma yığdım. Bacım da, qardaşım da elm adamıdırlar, həm də mənim kimi musiqiçidirlər. Çətinliklə də olsa bu sənətlə çörəyimi qazanıb, vəziyyətdən çıxış yolu tapmaq istəyirdim. Allah məni bir az digərlərindən də çox tanıtdı. “Balama xına yaxdıdır” və “Pəncu Şeş” mahnılarım məni tamaşaçılara sevdirdi. Həm irəli getdim, həm də varlandım. Bundan sonra mənə qarşı şər qüvvələr işə düşməyə başladı”. diaaz.space xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Afət Fərmanqızı deyib. O daha sonra xalq artisti Flora Kərimova ilə qalmaqalının nə üstündə yaşandığından da danışıb.

“Təsəvvür edin xalq artisti Flora Kərimova mənə kömək olmaqdansa, məni tənqid edirdi. O mənə deyə bilərdi ki, gəl bu qəzəli mənimlə romans janrında oxu! Burada nə var idi ki?! Bu qanunsuz bir iş olsaydı dövlətimiz var, dövlətçiliyimiz var, onlar mənə söz deyərdi! Flora sən kimsən?! Qanunu yazan, ali orqansan?! Sənin kimi o qədər Azərbaycanda xalq artistləri var ki! Tənqidin də deyiliş qaydası var! Hamımız bilirik ki, Flora ömür boyu müxalif yönümlü olub. Mən Permdə toyda olanda onun o müxalif yönümlü qüvvələrindən biri mənə qarşı üsyan yaratmaq, camaatı üstümə qaldırmaq istədi! Sağ olsun Azərbaycanlılar onu utandırıb, məclisdən qovdular!. Belə misallar çoxdur. Mən möhkəm insanam, onları demirəm ki, düşmənlərim gülməsin! Saysız-hesabsız bu kimi hadisələr başıma gəldi. Bunların hamısını Flora Kərimova mənə qarşı yaratdı, çünki məqsədi məni çörəyimdən etmək idi. Azərbaycan xalqı var olsun ki, məni balalarının toyuna dəvət edib, o böyük məbləğdə pulları mənə rəva gördülər. Mən daha da varlandım, irəli getdim, mahnılar yazdırdım. Bu gözü götürməzlik idi! İndi mən Floraya sual verirəm, necə olur ki, sən mən oxuduğum janra bayağı deyirsən, amma bayağı adlandırdığın bu janrda bir neçəsi ilə duet də oxumusan! O balaca, saçları şampunlu oğlanlara kömək olursan, amma niyə mənə kömək olmurdun? Daha da çörəyimə bais olmaq istəyirdin! Amma arzuna çata bilmədin! Ömrün məhkəmələrdə keçib! Ülviyyə Alovlu, Afət Fərmanqızı, Faiq Ağayev, İlhamə Quliyeva, Röya ilə məhkəmən başlamamış bitdi. Sağına-soluna baxmırsanmı sən yaşda sənətçi deyim, sənətkar deyim, onlardan biri mənə qarşı niyə belə etmədi?! Mən Nəsimini sevdiyimdən qəzəl oxumuşam! Nəsimiyə bazar adını mən verməmişəm ki! Əgər qərəzsizsənsə oturaq üzbəüz danışaq, amma məhkəmədə yox! Mən elə yerlərdən uzağam, vəkilim var. Məhkəmə ali orqandır, amma düşünürəm ki, şou-biznesdə ola bilərəm, məhkəmədə yox! Mən Floraya sizin vasitənizlə sual verirəm ki, sən kimsən mənim şəxsi işimə qarışırsan?! Mən sənə deyirəm ki, saçın niyə qaradır? Deyə bilmərəm, heç cəsarətim də çatmaz! Amma sənin cəsarətin çatar, bu tərzdə yox! 5-6 ay dedin, cavab vermədim, amma mənim də səbrim var. Hər şeyə nail olmuşam, qadın, ana kimi xoşbəxtəm. Sağlam canım var! Ən şanslı insanam ki, Azərbaycan kimi ölkənin vətəndaşıyam. Bundan artıq nə olsun ki? Vətənimi sevirəm, dövlətimi, dövlətçiliyimi sevirəm! Atalar deyir ki, milçək bir şey deyil, ürək bulandırır. Yaxşı olardı ki, paxıllıq, xainliq bizim sənətçilərdən, Floradan uzaq olardı kaşki! Atmacanı atır, danışmırsan deyirlər ki, Flora düz deyir! Danışırsan da camaatı səhv yönəldir! Onun mənə dediyi təhqirləri açıb deyə bilmirəm, çünki desəm jurnalistlər götürüb başlıqlar qoyacaqlar, o da ömür boyu damğa kimi məndə qala bilər. Yaxınlarım onların hamısını oxuyub. 3 nəfər eşidibsə, 300 nəfər eşitməyib. Mənim ünvanıma çox biədəb sözlər deyib! Flora deyir ki, sidik içirəm, istifadə edirəm. Mən bunu ona sual vermişəm ki, ata-anam cavan rəhmətə gedib, sizsə uzun ömürlüsünüz, bunun sirri sidik içməkdədir?! Mən sadəcə bunu bilmək istəyirəm. Vannaya girib şəkil çəkdirib, öz səhifəsindən götürüb paylaşmışam ki, sən bu vannaya 80 yaşında girməsəydin!... Bəli, ona ünvanladıqlarım da var. Bir sayt məndən yalan məlumat yazmışdı, demişdim ki, məndən şər-böhtan yazan belə-belə olsun! Bunu da özünə götürüb deyir ki, Afət bu təhqiri mənə deyir! Sənə dediklərim vanna söhbəti və sidik istifadə etməyindir. Mən bunun nəyini yalan demişəm ki? Əlimdə faktlarım da var! Mən nə demişəmsə sözümün ağasıyam! Mənim savadım olmasaydı, iradəm zəif olsaydı onlar mənim üstümə tökülüşüb, intihar həddinə çatdırardılar. Mən çox düz etmişəm, düz yoldayam! Nəsiminin qəzəlini mən belə oxuyuram, xanəndələr muğam janrında oxusunlar, sən də romans janrında oxu! Sənə nə var, sən kimsən?! Sənin fikrinə onda hörmət qoyardım ki, mənə bu tənqidləri qərəzlə yox, xanımyana deyərdin! Bir-iki sənətçi mənə o vaxt dedi ki, başın ağrıyır, əl çəkmirlər səndən, bəlkə qəzəli dəyişdirəsən?! Dedim ki, xeyr! Dövlət var, qanun var! Qanun qarşısında boynumuz qıldan incədir! Amma sən kimsən mənim şəxsi işimə qarışasan? Bu mənim şəxsi işimdir! Yaşı 70, 80-i ötmüş qəzəl, şeir xalqın mülkiyyətinə verilir. Mən də xalqın nümayəndəsiyəm, oxumuşam, əcəb etmişəm” deyə müğənni bildirib.

Afət Fərmanqızı sənət fəaliyyətindəki yeniliklərdən də danışıb.

“Xaricdə Mirvari xanım adlı soydaşımız yaşayır, Musa Musayev onun sözlərinə mənə və həyat yoldaşım Mamedə bir mahnı həsr edib. Adını hələ ki, demirəm, fikrimizi oğurlayarlar. Yeni mahnımız və klipimiz yaxın günlərdə işıq üzü görəcək. Onu da deyim ki, Musa Musayev Zeynəb Xanlarovadan başqa heç bir müğənniyə mahnı verməyib. Müğənnilər ondan çox mahnılar istəyiblər, elə “hə” deyib hamını yola verib. Amma mənə öz gözəl musiqisini rəva gördü. Mən öz sənətimlə, toylarımla məşğulam. Rusiyada yeni evimizə köçmüşük, yoldaşımın yanındayam” deyə müğənni bildirib.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56
Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Dünən, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Dünən, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Dünən, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Dünən, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Dünən, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Dünən, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Dünən, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Dünən, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Dünən, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Dünən, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Dünən, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Dünən, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Dünən, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Dünən, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Dünən, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Dünən, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Dünən, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Dünən, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Dünən, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Dünən, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Dünən, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Dünən, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Dünən, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Dünən, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Dünən, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Dünən, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Dünən, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Dünən, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Dünən, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Dünən, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Dünən, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Dünən, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru