Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

“Televiziyalar peşəkar aparıcıların yox, həmin aparıcıların sponsorlarının üzünə açıqdır...” - ETİRAZ
Tarix: 25-03-2022, 09:24 | Çap et
“Televiziyalar peşəkar aparıcıların yox, həmin aparıcıların sponsorlarının üzünə açıqdır...”
Tanınmış teleaparıcı və radio dj Yusif Ağayev Moderator.az-ın suallarını cavablandırıb. diaaz.space həmin müsahibəni təqdim edir:

- Yusif bəy, öncə sizi Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. İnstaqram sosial şəbəkəsindəki paylaşımlarınızdan da görürəm ki, əlamətdar günləri, xüsusilə də bayramları ailə üzvlərinizlə, qızlarınız, onların ailə üzvləri, ələxsus da nəvələrinizlə birlikdə qeyd edirsiniz. Bu dəfə bayramı necə qeyd etdiniz?

- Təşəkkür edirəm, mən də sizi Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Bəli, əlamətdar günlərimi hər zaman doğmalarımla birlikdə qeyd edirəm. Bu artıq mənim üçün bir ən-ənədir. Öncə qızımın ailəsi ilə, nəvələrimlə. Hər dəfə də nəvəmlə maraqlı bayram təbrikləri paylaşıram. Nəvəm Bayram belə təbrik paylaşımlarını sevir. Hətta bu dəfə onunla Polad Bülbüloğlunun “Şən Azərbaycan” adlı mahnısını da birlikdə oxuduq. Hərçənd izləyicilərim bir az mənə irad tutur, çünki nəvəm məktəbdə rus bölməsinə getdiyi üçün, Azərbaycan dilində mahnı oxumaq onun üçün bir az çətindir. Novruzun səhəri günü sevdiyim, anamın vətəni olan Şəkiyə gələrək, bacımın ailəsi ilə bayramı qeyd etməyə davam etdim. Hal-hazırda da Şəkidəyəm.

- Sosial şəbəkələrdə tez-tez valideynlərinizin, ələxsus da sənət insanlarının məzarını ziyarət edərkən, daha sonra isə arxivinizdən görüntülər paylaşırsınız. Bu yəqin ki, Yusif Ağayevin sadiqliyinin göstəricisidir.

-Tamamilə doğrudur. Haradasa bundan bir təsəlli tapıram. Bəziləri hətta məni qınayır ki, niyə bunu edirsən?! Mən həqiqətən də bundan təsəlli tapıram. Həm atamın, həm anamın, həm də həyat yoldaşımın məzarını ziyarət edirəm. Sənət adamlarının dünyalarını dəyişdiyi gün onlarla olan fotolarımı paylaşıram. Çünki korifey sənətkarların böyük əksəriyyəti verilişlərimə gəlib. Böyük sənətkarımız İlhamə Quliyevanın bir neçə il öncə məzarını ziyarət etmişdim, bu il pandemiyaya görə ziyarət etmək nəsib olmadı. Bu da mənim sadiqliyimdən irəli gəlir. Təkəbbürlü çıxmasın, bəlkə də dünyada sadiqlikdə, vəfalı olmaqda digər insanlardan fərqliyəm. Həm də bu bir növ yaşla əlaqədardır. İnsan yaşa dolduqca həyatın hər anını anlayır, həyatın hər dəqiqəsinin qədrini bilməyə çalışır. Bu dediklərimi bəlkə də indi yetərli qədər anlaya bilməzsiniz, amma mənim yaşıma çatanda başa düşərsiniz ki, 64 yaşlı Yusif Ağayev həyatda nəinki hər gününü, hə saatını, hər dəqiqəsini doğmalarının yanında olmağı, onlarla bərabər olmaq üçün əlindən gələni edir. Bu sadiqlik, vəfa göstəricisidir ki, bunu mən insanlardan başqa, ətrafımda olan digər canlılarda da görürəm.

- Yusif Ağayevin adı çəkiləndə insanın ağlına öncə radio, daha sonra isə sağlamlıq gəlir. Hamı deyir ki, ağaran təkcə saçlardır, Yusif Ağayev heç qocalmayıb.

- Bu sualın cavabını bir neçə hissəyə bölmək olar. Mənim adım çəkiləndə əlbəttə ki, öncə radio ağıllara gəlməlidir. Özü də 106 fm radiosu, başqa cür mümkün deyil! 24-cü ildir ki, mən 106 fm radiosunda çalışıram. Radio mənim üçün hər şeydir, problemim olanda belə mən radioya gələndə unuduram. Özümü bütün var qüvvəmlə verilişimə həsr edirəm. 106 fm radiosunu qurmuşam, yaratmışam, 106 fm radiosunda dj-lər yetişdirmişəm, verilişlər etmişəm. Bilən bilib, bilməyən də bilməyib. Ən çox da axşam verilişlərini aparmışam, amma səhər verilişlərim də olub. O ki, qaldı sağlamlığa... Bu insanın yaşı ilə əlaqədardır. Son illər sağlamlığım sözümə baxmır. Çalışıram ki, özümü, sağlamlığımı qoruyum. Bir sözlə, ağaran təkcə saçlar deyil, ara-sıra canım da ağrıyır.

- Müasir televiziyanın ilk simalarındansınız. Savadlı, qüsursuz danışıq tərzinizlə hər zaman tamaşaçılara sanballı verilişlər təqdim etmisiniz. Ona görə də tamaşaçılar sizi hər zaman efirdə gözləyir. Atv telekanalında “106 House”, son illərdə isə “10-dan sonra” verilişlərinə aparıcılıq etmisiniz. Bu gün niyə efirlərdə yoxsunuz?

- Bəli, tamamilə haqlısınız. Tamaşaçılar məni “106 House”, “10-dan sonra” verilişlərindən daha çox tanıdılar. “106 House” verilişi o illərdə olduqca populyar idi. Ən əsası da bu verilişin sayəsində bir çox müğənniləri böyük hərflərlə, MÜĞƏNNİ etdim. İndi artıq hamısının əli çörəyə çatıb. Bir çoxları xalq artistidir, populyardır. Bu mənim 106 fm və “106 House” verilişimdə əməyimin, zəhmətimin nəticəsidir. Niyə efirlərdə yoxam? İndiki müasir televiziyada televiziyalar peşəkar aparıcıların üzünə açıq deyil, onların sponsorlarının üzünə açıqdır. Mənim sponsorum olmadığına görə bu gün mən efirdə yoxam. Acı da olsa gerçək belədir. Dediklərimdən də heç kim inciməsin, nə peşəkar aparıcılar, nə də ki, qeyri-peşəkarlar. Efirdə olmasam da mənim verilişlərimi bu gün sevə-sevə yutub üzərindən izləyən tamaşaçılarım var.

- Gəlin etiraf edək ki, bu gün “106 House” və “10-dan sonra” verilişlərinin efirdə kopyaları var.

- Adlarını çəkdiyiniz verilişlərimin bu gün efirdə kopyaları yox, karikaturaları var (gülür). Mən buna görə sevinirəm. Demək ki, mənim illərdir efirlərdəki əməyim boşa getməyib və hardasa onlar layihə hazırlayanda mənim təqdim etdiyim, layihə rəhbəri olduğum bu verilişlərdən istifadə edirlər. Bu da çox yaxşıdır! Demək ki, mən nəsə etmişəm ki, verilişimin kopyasını çıxarmağa çalışırlar. Təəssüf ki, ortada kopya əvəzinə karikatura görürəm.

- Efirlərdəki qalmaqallara, qarşıdurmalara necə baxırsınız?

- Bunlara çox pis baxıram! Mən bunları heç vaxt etməmişəm, çünki insanları bir-birinə qarşı qaldırmaq mənlik deyil.

- İllər öncə sizin aparıcılıq etdiyiniz “10-dan sonra” verilişində də belə bir hadisə baş vermişdi. İki tanınmış aşığın arasında baş verən qalmaqal böyük olaya çevrilmişdi.

- Bu bir olay idi və reklam fasiləsi zamanı baş vermişdi. Verilişə yeni təyin olunmuş, özünü peşəkar adlandıran “redaktor” öz “PEŞƏKARLIĞINI” sübut etmək üçün bunu efirə verdi. Hərçənd, mən bunun, orada olan söyüşün efirə getməsinin əleyhinə idim. Bununla da həmin redaktor mənim təqdim etdiyim, layihə rəhbəri olduğum “10-dan sonra” verilişinin, kanalın nüfuzuna böyük bir ləkə salmış oldu.

- Sizcə aparıcı mütləq şəkildə ali təhsilli olmalıdır?

- Ali təhsil aparıcı üçün mütləqdir, mütləqdir, mütləqdir! Əfsuslar olsun ki, bu dəqiqə efirlərimizdə nəinki ali təhsil, heç orta təhsili olmayan, sponsorları olan aparıcılar var. Özü də kifayət qədərdir! Bu da əlbəttə ki, məqbuledilməz haldır. Aparıcının ali savadı, dünyagörüşü olmalıdır. Bir dəfə mütaliə etməyən, klassiklərimizin əsərlərini oxumayan kimlərsə efirlərdə at oynadırlar. Bu ən azından televiziyaya, tamaşaçıya təhqirdir. Milli Teleradio və Radio Şurası tərəfindən aparıcıların ali təhsili araşdırılmalıdır. Efirlərdə yalnız və yalnız ali savadlı, dünyagörüşü olan aparıcılar olmalıdır. Bu mütləqdir və qaçılmazdır.

- Bəs Yusif Ağayev nə vaxt efirə qayıtmağı düşünür?

- Çox maraqlı sualdır. Bunu əlbəttə ki, zaman göstərəcək, məndən asılı deyil! Təbii ki, fakturama, səviyyəmə uyğun sanballı veriliş olarsa apararam. Nə vaxt efirə qayıdacağım isə bəlli deyil. İndi artıq sosial şəbəkələr var, izləyicilər bağlı, feyk səhifələrdən nələrsə yazırlar. Kimlərsə oxuyub bundan keçə bilirlər, mən isə bunu həzm edə bilmərəm. Mənim digər aparıcılardan fərqli olaraq nəinki övladlarım, hətta nəvələrim də var. Bu mənim üçün məqbuledilməzdir! Mən televiziyada etdiyimi etmişəm, indi ancaq çevir tatı, vur tatı olan verilişlərdir. Hansı kanalı açırsansa, hamısında müğənni, müğənni, müğənni! Azərbaycan televiziya məkanı təkcə müğənnidən ibarətdir?! Ekspert müğənni, hər şeyə cavabdeh müğənni, qonaq müğənni! Cəmiyyətimizdə müğənnidən başqa məsləyin sahibi yoxdurmu?! Özü də ki, sanballı yox, qalmaqallı müğənnilər! Hansılar ki, efir naminə istənilən qalmaqala gedirlər, verilişlərin xüsusi senari ilə hazırlanmış qalmaqallarına uymağa hazırdırlar. O müğənnilər ki, onların böyük reklama ehtiyacları var. Ona görə də efirlərdə özlərini ən axırıncı yola qoyurlar! Nəyin naminə?! Anlaya bilmirəm!








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56
Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Dünən, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Dünən, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Dünən, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Dünən, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Dünən, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Dünən, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Dünən, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Dünən, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Dünən, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Dünən, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Dünən, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Dünən, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Dünən, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Dünən, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Dünən, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Dünən, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Dünən, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Dünən, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Dünən, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Dünən, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Dünən, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Dünən, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Dünən, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Dünən, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Dünən, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Dünən, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Dünən, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Dünən, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Dünən, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Dünən, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Dünən, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Dünən, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru