"İstanbulda şöhrət üçün yox, özüm üçün yaşadım"
Tarix: 2-03-2022, 10:41 | Çap et
 Uzun müddətdir ictimaiyyətdən uzaqlaşan müğənni Arzum Xəlilova Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir: -Arzum, sizi azərbaycanlı tamaşaçılar “Azəri star” musiqi yarışmasından tanıyıb sevdilər. O illəri necə xatırlayırsınız?
-Öncə onu deyim ki, yarışmalardan da çox sonrakı fəaliyyətlərim marağa səbəb olmuşdu. Çünki yarışmalarda 3-4 ay fəaliyyətim olub, bir o qədər də çox xatirələrim olmayıb. Hesab edirəm ki, cəsarətli kliplərlə tanınmışam. Əsasən də Azərbaycanda turne səfərlərində, dövlət konsertlərində iştirak etmişəm, kliplər ərsəyə gətirmişəm. 5 il dayanmadan fəaliyyətdə olmuşam. Mən elə o arada tanındım. İşimə çox əmək sərf edirdim və hiss edirdim ki, sevilirəm. Məhz bu sevgi o illərdən mənə ən əziz xatirədir. -Hər şey uğurlu getdiyi bir dönəmdə birdən-birə nə oldu? -Mən səhnə həyatına 13 yaşımda cəsarətli yarışmalarla başlamışam. 23 yaşımda sanki bir az yorğunluğum var idi. Hətta şöhrət məni qane etmirdi, uzaqlaşmaq istəmişdim. Türkiyəyə əslində 10 illik səhnə həyatımın istirahəti üçün getmişdim və bu gediş həyatımın dönüş nöqtəsi oldu. Bir müddət səhnə üçün deyil, özüm üçün yaşadım. Bu tətil uzandı və həyat yoldaşımla tanış oldum. Aşk evliliyi etdik (gülür). -Türkiyədə fəaliyyətinizi davam etdirirsiniz?
-Xeyr, musiqi fəaliyyətimi davam etdirmədim. Amma kiçik bir iş sahibi olmaqla yanaşı ailə həyatı qurdum, ana oldum və qızımın 4 yaşına kimi həyatımı ona həsr etdim. -Sənəti yarıda buraxıb getdiyinizə görə peşmansınız? -Peşman deyiləm, çünki şöhrətdən də önəmli şeyləri əldə etdim. İnsan kimi formalaşmağımda İstanbulun çox böyük rolu oldu. Başqa mədəniyyət, çoxlu kitab oxumaq, bol-bol filmlər izləmək, idman və rəqs terapilərini etmək, əlavə qatıldığım kurslar və s. Bütün bunlara Bakıda vaxtım qalmırdı. Amma İstanbulda şöhrət üçün yox, özüm üçün yaşadım və bu mənim ruhuma hədsiz faydalı oldu. Hesab edirəm ki, hər kəs bir gün başqa ölkədə heç olmasa 2 il yaşamalıdır. Bu insanın dəyişimində hədsiz dərəcədə faydalı olur. Həm də ana olmağın vaxtı çatmışdı. Hər şey şükür yerindədir. Bu dönəm mənim xeyrimə oldu. -Düşünürsünüzmü Azərbaycanda qalsaydım həyatım başqa cür olardı?
-Azərbaycanda qalsaydım indiki Arzum olmazdım. Başqalarının pəncərəsindən, başqalarının gözündən Arzuma baxmağa davam edəcəkdim. Özüm üçün yaşadığım 10 il həyatımda olmayacaqdı. Bəlkə də eyni ssenari olacaqdı. Yenə ailə həyatı qurub, ana olardım. 4-5 il ara verərdim. -Azərbaycan şou-biznesini izləyirsiniz? -Təəssüf ki, xeyir! Amma verilişlərə dəvət alıram. İyun ayında yavaş-yavaş efirlərə qayıdacağımı düşünürəm. Ona görə də verilişləri izləməyə başlamışam. Çünki qonaq gedəcəyim efirləri seçmək üçün onları tanımalıyam. Hər efirə qonaq getməyəcəm. Bu dəqiqdir. -Siz o vaxt performans göstərirdiniz, əl hərəkətləri, müxtəlif rəqslər və s. İndi bunu edənlər çoxdur. Sizin vaxtınızda bunlar necə qarşılanırdı? Tənqidlər olurdu?
-Bu sualı mənə ünvanlayan bəlkə də 100-cü insansınız. Bəli, rəqslərim 10 il əvvəl marağa səbəb olurdu. Tənqidləri unutmuşam. Sözün düzü çox narahatlıq yaşamamışam. Bəlkə də yaşamışam, amma yadımda qalmayıb. Amma etiraf edim ki, Azərbaycanda rəqs və hərəkətlərimlə çoxuna ilham verdiyimi düşünürəm. 10 il öncəni nəzərdə tuturam. İndi maşallah həm performans, həm də musiqimiz yüksəlib. İnternet hamını daha da sərbəst edib. -Arzum kimin arzusudur? -Arzum arzularının Arzumudur.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01 |
|
|
|
| • Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59 |
|
|
|
| • “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57 |
|
|
|
| • Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53 |
|
|
|
| • Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41 |
|
|
|
| • Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39 |
|
|
|
| • Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33 |
|
|
|
| • Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22 |
|
|
|
| • Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19 |
|
|
|
| • Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12 |
|
|
|
| • Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09 |
|
|
|
| • «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00 |
|
|
|
| • Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58 |
|
|
|
| • Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56 |
|
|
|
| • Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41 |
|
|
|
| • Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40 |
|
|
|
| • BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Dünən, 15:35 |
|
|
|
| • "Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Dünən, 15:32 |
|
|
|
| • Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Dünən, 15:30 |
|
|
|
| • AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Dünən, 15:24 |
|
|
|
| • “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Dünən, 15:22 |
|
|
|
| • Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Dünən, 15:19 |
|
|
|
| • Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:16 |
|
|
|
| • YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Dünən, 15:14 |
|
|
|
| • Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Dünən, 15:13 |
|
|
|
| • Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Dünən, 15:09 |
|
|
|
| • Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:59 |
|
|
|
| • İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Dünən, 14:57 |
|
|
|
| • "Bətnimdəki Səs" - Əfsanə Zaman...
Dünən, 14:52 |
|
|
|
| • “Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Dünən, 14:44 |
|
|
|
| • Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Dünən, 14:37 |
|
|
|
| • Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Dünən, 14:36 |
|
|
|
| • İran “Amazon”un məlumat mərkəzini vurub
Dünən, 14:35 |
|
|
|
| • Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Dünən, 14:30 |
|
|
|
| • Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Dünən, 14:25 |
|
|
|
| • İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Dünən, 14:23 |
|
|
|
| • İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Dünən, 14:20 |
|
|
|
| • CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Dünən, 10:35 |
|
|
|
| • SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Dünən, 09:39 |
|
|
|
| • Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Dünən, 09:38 |
|
|
|
| • Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Dünən, 08:20 |
|
|
|
| • "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Dünən, 08:17 |
|
|
|
| • Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Dünən, 08:07 |
|
|
|
| • Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Dünən, 08:05 |
|
|
|
| • Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Dünən, 08:04 |
|
|
|
| • Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Dünən, 08:01 |
|
|
|
| • "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Dünən, 07:49 |
|
|
|
| • Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Dünən, 07:45 |
|
|
|
| • Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Dünən, 07:42 |
|
|
|
| • Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Dünən, 07:39 |
|
|
|
|