Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                     Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib .....                     Rus ordusu Xarkovda iki kəndi işğal etdi .....                     Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? .....                     İrəvan Teatrının yeni direktoru kimdir? .....                     "Bətnimdəki Səs" .....                     “Space TV” İFLAS HƏDDİNDƏ! .....                     Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” .....                     Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib .....                     İran “Amazon”un məlumat mərkəzini vurub .....                     Düz-əməlli marşrut da yoxdur ki... .....                     Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” .....                     İcra başçısı rəisi işdən çıxardı - FOTO .....                     İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər .....                     CHP Özgür Özəlin sirlərini yaymağa başladı .....                     SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib .....                     Azərbaycan nefti 8%-dən çox bahalaşıb .....                 

“Nənəm ölən günə qədər Nəcibə Məlikovanı qəbul etmədi...”
Tarix: 2-03-2022, 09:05 | Çap et
“Nənəm ölən günə qədər Nəcibə Məlikovanı qəbul etmədi...”
Sevilən aktrisa Nəcibə Məlikovanın oğulluğu, AFFA-nın keçmiş baş katibi Fuad Əsədov Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Fuad müəllim, siz uzun illər AFFA-nın baş katibi çalışmısınız. Bu vəzifəyə sizi kim təyin etmişdi?

- Mən yol mühəndisi işləməklə əmək fəaliyyətimə başlamışam, sonra Avtomobil Yolları nazirinin birinci müavini olmuşam. 11 ay da da naziri əvəz etmişəm. Nazirliklər ləğv ediləndən sonra mən Kənd Yolları üzrə birliyin rəhbəri oldum. 50 rayonda mənim yol tikinti idarəm var idi. Məni Fuad Musayev AFFA-ya baş katib dəvət etdi. 13 il baş katib işlədim.

- Fuad müəllim, sevilən aktrisa Nəcibə Məlikova sizə sözün əsl mənasında analıq edib. İstərdim Nəcibə xanımın atanızla tanışlığından danışasınız.

- 1943-cü ildə Nəcibə xanım teatr texnikomunu bitirən kimi təyinatla Gəncə Dövlət Dram Teatrına gəlib. Elə orada işləyən dövrdə də mənim atamla tanış olub, 1943-cü ilin axırında ailə həyatı qurublar. 1945-ci ildə Nəcibə xanımın övladı Saqib anadan olub. Atam 3-cü dəfə Leyla xanımla ailə həyatı qurandan sonra Nəcibə xanım 1948-ci ildə Saqibi də götürüb Bakıya qayıdıb. Atamın 3-cü nigahından iki bacım dünyaya gəlib. Nəcibə xanım atamın iki evliliyindən olan uşaqlarla çox gözəl ünsiyyəti var idi. Saqiblə biz ögey qardaş sayılırdıq.

- Bəs Nəcibə xanımla necə tanış oldunuz?

- Mən Nəcibə xanımla 1949-cu ildə tanış olmuşam. Nəcibə xanım bu vaxt Bakıdan Gəncəyə qastrol səfərinə gəlmişdi. Oğlu Saqib də onunla bir yerdə idi. Baxmayaraq ki, mən Gəncədə anadan olmuşdum, amma Tovuzda yaşayırdıq. Ana nənəm Tovuzlu idi. Atam Nəcibə xanımla evlənəndən sonra nənəm məni də, anamı da atamdan ayırıb, özü ilə Tovuza apardı. 11 yaşım olanda ana nənəm məni Gəncəyə, digər nənəmin yanına gətirib, məni onlarla tanış etdi. Heç atamın özü də mənim yadıma gəlmir. Nəcibə xanım da məni görməyə can atırdı. Tovuzda dost-tanışı çox idi, deyirdi ki, mən gələcəm, qatar Tovuza çatanda Fuadı gətirib mənə göstərərsiniz. Nənəm, babam ona da imkan vermirdi. Nənəm ölən gününə qədər Nəcibəni qəbul etmədi. Mən artıq Saqiblə də tanış olmuşdum. Daha sonralar Nəcibə xanım hər yay Saqibi tez-tez Gəncəyə istirahətə göndərirdi. İllər keçdi, tələbə adını qazanıb universitetə daxil oldum. Bu illər bizim Nəcibə xanımla münasibətimizin ən parlaq dövrü oldu. Çünki mən Bakıda oxuyurdum və yaşayırdım. Nəcibə xanım mənə dedi ki, sən də mənim oğlumsan, qətiyyən yad deyilsən. Universitetdə oxuduğum 5 il ərzində Nəcibə xanım hara gedərdisə özü ilə məni də aparardı. Saqib ağlayırdı ki, məni niyə aparmırsan? Deyirdi ki, Fuad sənin böyük qardaşındır, sən hələ kiçiksən! Nəcibə xanım o vaxt Şövkət Ələkbərova, Sara Qədimova, Rübabə Muradova, Nəsibə Zeynalova və s. sənətkarlarla yaxın rəfiqəlik edirdi. Hamısı da məni görən kimi deyirdi ki, ay Nəcibə, Fuad ərinə necə də oxşayır!

- Nəcibə xanımdan heç ögey münasibət görmüsünüz?

- Xeyr! Nəcibə xanım mənə əsl ana olub! O mənə elə analıq edib ki, bəlkə heç doğma ana balasına elə analıq etmir. Aramızda daim hörmət, izzət var idi. Daha sonra mən evləndim, Nəcibə xanım mənim toyumda da çox böyük həvəslə iştirak etdi. Mənim uşaqlarım Nəcibə xanıma nənə deyirdilər. Hər yay onları özü ilə istirahətə aparardı.

- Deyilənə görə Nəcibə xanımın da baş rolda oynadığı “Ögey ana” filmi sizin həyatınızdan bəhs edir. Bu doğrudur?

- “Ögey ana” filminin həm ssenaristi, həm də rejissoru Həbib İsmayılov idi. O ssenarini yazandan sonra Nəcibə xanıma verdi ki, tanış olsun. Çünki onu artıq Dilarə obrazına seçmişdilər. Ssenarini oxuyanda məni yanına çağırıb gülərək dedi ki, bu elə bil bizim həyatımızdandır. O ssenarinin bəzi yerlərində dəyişiklik etdi, öz həyatını ora yazdı. Nəcibə xanımın həyatda oğlu var idi, filmdə göstərdilər ki, guya qızı var. Ələxsus da nənəmlə olan münasibətlərini filmdə önə çıxarmışdılar. Bu filmdən sonra bizim evə nə qədər məktublar gəlirdi. Hər bir uşaq öz ögey anasından yazırdı. Nəcibə xanım deyirdi ki, həmin məktubları bir-bir oxu, cavab yaz. Nəcibə xanımın ana obrazı hamıda böyük təşviş yaratmışdı! Hamı düşünürdü ki, belə analıq olar?!

- Ona nə deyə müraciət edirdiniz?

- Mən hər zaman Nəcibə xanım deyə müraciət etmişəm. Özü də mənə deyirdi ki, sənin kimi mənə Nəcibə xanım deyən yoxdur (gülür). Mən bəzən düşünürəm ki, Nəcibə xanım niyə mənə bu qədər isinib?! Çünki o məni atama oxşadırdı, elə zənn edirdi ki, atam onun yanındadır. Mən əməliyyat olunmuşdum, xəstəxanada yatırdım. Nəcibə xanım gündə yanıma gəlib-gedirdi.

- Nəcibə xanım atanızdan sonra ailə həyatı qurdu?

- Xeyr! O atamdan başqa heç kimi sevə bilməzdi! Meylini oğluna və nəvəsi Simaya salmışdı. Atam dünyasını dəyişəndə mənim 12 yaşım var idi.

- Nəcibə xanımdan atanızı xəbər almışdınız?

- Bəli, soruşurdum. Atamdan söz düşəndə Nəcibə xanım ancaq gülürdü. Səbəbini soruşanda, başını yelləyib deyirdi ki, oooohooo! (gülür) Başa düşdüm ki, atam çox cavanlıq edib.

- Nəcibə xanımın son günlərini necə xatırlayırsınız?

- Son günlərini demək olar ki, xəstəxanada keçirirdi. Nəvəsi Sima onun yanında qalırdı. Ona “Ciba” deyirdi. Oyananda ondan soruşub ki, nənə, sən bir də həyata gəlsəydin, kiminlə ailə həyatı qurardın? Kimi sevərdin? Deyib ki, yalnız onu! Yəni mənim atamı! 1992-ci ildə Nəcibə xanım dünyasını dəyişdi. O rəhmətə gedəndə mən xarici ölkədə idim.

- Deyilənə görə meymun Nəcibə xanımın üstünə tullanandan sonra şəkər xəstəliyinə tutulub, bu xəstəlik də onun ölümünü tezləşdirib. Bu həqiqətdir?

- Xeyr, yalan söhbətdir! O Afrikaya getməmişdi ki, üstünə meymun da tullansın. Şəkər xəstəliyi hamıda ola bilər.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56
Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Dünən, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Dünən, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Dünən, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Dünən, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Dünən, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Dünən, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Dünən, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Dünən, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Dünən, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Dünən, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Dünən, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Dünən, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Dünən, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Dünən, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Dünən, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Dünən, 14:30
Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Dünən, 14:25
İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Dünən, 14:23
İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Dünən, 14:20
CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Dünən, 10:35
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Dünən, 09:39
Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Dünən, 09:38
Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Dünən, 08:20
"Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Dünən, 08:17
Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Dünən, 08:07
Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Dünən, 08:05
Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Dünən, 08:04
Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Dünən, 08:01
"Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Dünən, 07:49
Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Dünən, 07:45
Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Dünən, 07:42
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Dünən, 07:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru