"Əsəbləşib deyirdi ki, təsəvvür et ki, anan ölüb, necə ağlayarsan?!"
Tarix: 22-02-2022, 08:51 | Çap et
 Milli filmlərimizdə uşaq obrazlarına hər zaman geniş yer verilib. Bu uşaq obrazlarından biri də “Babamızın babasının babası” filmindəki Əziz və “Gümüşü furqon” filmindəki Fərid obrazıdır. Söhbət bu obrazlara həyat verən uşaq qəhrəmanımız Samir Qədirovdan gedir. Samir Qədirov hal-hazırda bu sənəti davam etdirmir. DİA.AZ xəbər verir ki, moderator.az-ın əməkdaşı onunla söhbətə hazırkı işindən və yaşayışından danışmaqla başlayıb. - Samir bəy, siz bizim filmlərimizin ən məşhur uşaq qəhrəmanlarından birisiniz. Bilmək olarmı hal-hazırda hansı sahədəsiniz? - Mən artıq bir neçə ildir ki, ailəmlə birgə Almaniyaya köçmüşəm. Hal-hazırda Almaniyanın Köln şəhərində DİY Loğistig mərkəzində keyfiyyət sahəsi üzrə çalışıram. - Filmə dəvət sizə necə gəlmişdi? - “Babamızın babasının babası” filmi üçün seçimi oxuduğum 132 saylı məktəbdə etdilər. Filmə görə 200-ə yaxın uşaq dəvət etsələr də, bütün mərhələlərdən mən keçmişdim. Hətta filmə çəkiləndən sonra məktəbimizə çoxlu sayda məktublar gəlirdi. Direktor müavini deyirdi ki, sənə gələn məktubların əlindən bezmişik. Bəzən onları evə gətirib oxuyurdum. Bir qız məktub yollamışdı, o salamsız, kəlamsız əlini çəkib göndərmişdi ki, bu mənim əlimdir. Məktəbdə bütün uşaqlarla birlikdə əlimizi çəkib həmin ünvana göndərdik. Bəlkə də düzgün etmədik, amma uşaq ağlı idi.
- Çəkilişlər necə gedirdi? Uşaq olduğunuza görə yəqin ki, bir az çətinlik çəkmisiniz? - Əlbəttə ki, çətinlik çəkirdim. Uşaq idim axı, bu belə də olmalı idi. Bəzən gülməli yerlərdə gülmürdüm, ağlamalı yerlərdə ağlamırdım. Hətta rejissor köməkçisi əsəbləşib deyirdi ki, təsəvvür et ki, anan ölüb, necə ağlayarsan?! Çəkilişlərə atam və qardaşımla birgə gəlirdim. Bu gün filmlərə baxıb deyirəm ki, yaxşı ki, çəkilmişəm. Onu da deyim ki, “Babamızın babasının babası” filmindən sonra məni rejissor Oqtay Mirqasımov “Gümüşü furqon” filminə yoxlanışsız dəvət etdi. - “Gümüşü furqon” filmində xalq artisti Həmidə Ömərova ögey ananızı oynayır. O illəri necə xatırlayırsınız?
- Həmidə xanım çox gözəl, kübar qadındır. Onunla bir səhnəmiz var idi, səhər məni yedirdib məktəbə yola salırdı. Filmin bu hissəsi 5-6 səhnə çəkildi, daha şordan bezdim. O kadrlar çəkilənə kimi 1 boşqab şor, yarım çörək yedim. İndi də şora nifrət edirəm. Həmin filmdə Həmidə xanımın həyat yoldaşı rolunda tanınmış aktyor Ömür Nağıyev çəkilirdi. Maşında gedə-gedə bunlar zarafatla dalaşırdılar, Həmidə xanım da mənə deyirdi ki, sən də qışqır ki, papa, mama bəsdir! Ətrafdakılar da elə bilsin ki, biz bir ailəyik (gülür). Filmdə Həmidə xanımın ögey oğlu olsam da, həyatda, çəkilişdən kənarda mənə sözün əsl mənasında analıq edirdi. - Həmidə xanımla heç üz-üzə gəlmisiniz? - Xeyr! Çox istərdim ki, heç olmasa bir dəfə onunla görüşüm, ünsiyyətdə olum. Hətta sosial şəbəkələrdən birində ona yazmışdım ki, mənəm Fərid, sizin oğlunuz. Amma cavab vermədi. İndi də Almaniyadayam, heç inanmıram ki, nə vaxtsa görüşə bilək. O mənim üçün əvəz edilməz insan və sənətkardır. Ondan bir də olmayacaq, bu sənətə gəlməyəcək. Çox istərdim ki, Həmidə Ömərova kimi sənətkardan sözün yaxşı mənasında filmlərimizdə, seriallarımızda istifadə edilsin. Bir neçə il öncə serialda çəkilirdi, Azərbaycanda olanda sırf ona görə həmin serialı izləyirdim.
- Bəs niyə bu sənəti davam etdirmədiniz? - Mənə sonralar “Papaq” filmində papaqçının dostu Nuru roluna dəvət gəlmişdi. Babam saçımı çox qısa qırxdırmışdı, demək olar ki, keçəl idim. Uşaqlara da o vaxt parik qoymurdular. Belə bir təsadüf nəticəsində filmdə çəkilə bilmədim. Bu şansla da bağlı idi. Amma indi çox peşmanam, düşünürəm ki, kaş çəkilərdim. Demək ki, qismət deyilmiş.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01 |
|
|
|
| • Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59 |
|
|
|
| • “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57 |
|
|
|
| • Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53 |
|
|
|
| • Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41 |
|
|
|
| • Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39 |
|
|
|
| • Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33 |
|
|
|
| • Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22 |
|
|
|
| • Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19 |
|
|
|
| • Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12 |
|
|
|
| • Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09 |
|
|
|
| • «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00 |
|
|
|
| • Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58 |
|
|
|
| • Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56 |
|
|
|
| • Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41 |
|
|
|
| • Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40 |
|
|
|
| • BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Dünən, 15:35 |
|
|
|
| • "Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Dünən, 15:32 |
|
|
|
| • Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Dünən, 15:30 |
|
|
|
| • AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Dünən, 15:24 |
|
|
|
| • “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Dünən, 15:22 |
|
|
|
| • Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Dünən, 15:19 |
|
|
|
| • Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:16 |
|
|
|
| • YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Dünən, 15:14 |
|
|
|
| • Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Dünən, 15:13 |
|
|
|
| • Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Dünən, 15:09 |
|
|
|
| • Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:59 |
|
|
|
| • İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Dünən, 14:57 |
|
|
|
| • "Bətnimdəki Səs" - Əfsanə Zaman...
Dünən, 14:52 |
|
|
|
| • “Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Dünən, 14:44 |
|
|
|
| • Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Dünən, 14:37 |
|
|
|
| • Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Dünən, 14:36 |
|
|
|
| • İran “Amazon”un məlumat mərkəzini vurub
Dünən, 14:35 |
|
|
|
| • Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Dünən, 14:30 |
|
|
|
| • Paşinyanın gözünü 47 gündür YOLDA qoyan iki “dost” – BİRİ Putin...
Dünən, 14:25 |
|
|
|
| • İcra başçısı rəisi işdən çıxardı - FOTO - FOTO
Dünən, 14:23 |
|
|
|
| • İran və Rusiyanın xarici işlər nazirləri görüşüblər
Dünən, 14:20 |
|
|
|
| • CHP Özgür Özəlin sirlərini yaymağa başladı
Dünən, 10:35 |
|
|
|
| • SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Dünən, 09:39 |
|
|
|
| • Azərbaycan nefti 8%-dən çox bahalaşıb
Dünən, 09:38 |
|
|
|
| • Peşə Təhsilində gizlədilən vakansiyalar – Rəqəmsal ixtisaslar niyə sıxışdırılır?
Dünən, 08:20 |
|
|
|
| • "Azəriqaz"da SİLKƏLƏNMƏ: Total ixtisar və... - Cənab Məmmədov NƏ İSTƏYİR?
Dünən, 08:17 |
|
|
|
| • Qardaşı arvadını yumruqla vuran şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
Dünən, 08:07 |
|
|
|
| • Ukrayna hərbçiləri açıqladı: - Ruslar üçün ən vacib nöqtə...
Dünən, 08:05 |
|
|
|
| • Rusiyada azərbaycanlıların da “məşhur hiyləsi” ifşa edildi – onları nə gözləyir?
Dünən, 08:04 |
|
|
|
| • Qarabağda quruculuğa HARAM QATANLAR: Bu dəfə “Paramount Construction” MMC... - Xocalıda işlətdiyi işçilərin pulunu vermir
Dünən, 08:01 |
|
|
|
| • "Gold Alko"nun milyonluq borc böhranı: 1,6 milyonluq vergi yükü yarandı - FOTO
Dünən, 07:49 |
|
|
|
| • Bağlı sərhədlər Azərbaycanın turizm imicinə ciddi zərbə vurur - NƏ ETMƏLİ?
Dünən, 07:45 |
|
|
|
| • Uşaqpulu haqda yeni məlumat: Üstünlük bu ailələrə veriləcək - ARAŞDIRMA
Dünən, 07:42 |
|
|
|
| • Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - FAKT BUDUR!
Dünən, 07:39 |
|
|
|
|