“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

“Polad Bülbüloğludan sonra Əbülfəs Qarayev də məni aldatdı” - VİDEO
Tarix: 5-03-2021, 16:35 | Çap et
“Polad Bülbüloğludan sonra Əbülfəs Qarayev də məni aldatdı”
“40 ildir ki, bu məhdud şəraitli evdə yaşayıram. Rövşən və ailəsi kirayə qalırdı. O cəbhəyə gedəndə anasının ürəyinə damdı, ailəsini bizim yanımızda olan evə kirayə yerləşdirdi. 25 il dövlətə xidmət edib, 45 yaşında İkinci Qarabağ savaşına gedib. Müstəqil və varlı dövlətin zabitidir. Niyə kirayədə yaşamalıdır?! Mən Xalq artistiyəm, niyə bu şəraitdə yaşamalıyam?”

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Xalq artisti Əli Nur deyib. Məşhur teatr aktyoru Vətən müharibəsində şəhid olan oğlu, baş leytenant Rövşən Nurzadənin ailəsinin kirayə qaldığını, özünün isə uzun illərdir birotaqlı mənzildə yaşadığını qeyd edib.

Akademik Milli Dram Teatrının aktyoru bildirib ki, sözügedən birotaqlı evdə 10 nəfər yaşayır: “Məhdud şəraitdə iki oğul, qız, 6 nəvə böyütmüşəm. 40 ildir ki, buradayam. Axşamlar burada 10 nəfər insan yatır. Oğlum dəfn edilən gün insanlar bura gəlirdi, ancaq oturmağa yer tapmırdı. Bütün ziyalı, ictimaiyyət nümayəndələri təəccüb edirdi ki, Xalq artisti hansı vəziyyətdə yaşayır.

Əbülfəs Qarayev (keçmiş mədəniyyət naziri) hər zaman məni qucaqlayıb deyirdi ki, səni qiymətləndiririk. Əbülfəs Qarayev, sən məni necə sevirsən? Məni 15 il qucaqlayıb yalandan demisən ki, 1-2 gün gözlə. Mənə deyib ki, Cənab Prezidentə ev üçün müraciət ərizəsi yaz. Özü də deyib ki, şəxsən özümə ver. Yazıb aparmışam, bir gündə iki dəfə Nazirliyə getmişəm. Sən demə, Ə. Qarayev məni aldadırmış. İş yerimdən belə deyirdilər ki, neçə illərdir mənə ev verirlər, guya imtina etmişəm. Belə söhbət olmayıb. Ancaq telefonla zəng vurub deyirdilər ki, evin hazırdır. Bilirdim ki, bu, Qarayevin oyunu idi. Bir insan bu qədər dələduz, yalançı olmaz. Məni necə Polad Bülbüloğlu aldatdısa, Qarayev də elə etdi. Axı onların sözünü gəlib ailəmə deyirdim, oğlum Rövşən bunları başa düşür, məni aldatdıqlarını deyirdi.

Sumqayıtda Hacı Xəlilov adında aktyor var idi. Dəfnində iştirak etmişəm, qəbirüstü abidəsini götürtmüşəm. Sumqayıt Dövlət Dram teatrında çalışırdı, öz üçotaqlı evimi ona vermişəm. Xəstə idi, gördüm ki, can verir. Üç qızı, bir oğlu var. O uşaqlar harda qalmalı idi? Mən də gəlib Həmkarlar Təşkilatının sədri Əşrəf Veysəllini (Şəfiyev) götürüb İcra Hakimiyyətinə getdim. Öz evimi həmkarıma verdim. Çünki xəstədir, uşaqları ortada qalacaq. Mədəniyyət Nazirliyi də söz vermişdi ki, problemlərim həll olunacaq.

Bu hadisə 1986-cı ildə baş verdi. Ondan sonra Polad Bülbüloğlu mədəniyyət naziri oldu. Nə qədər tədbir var idisə, ora gedirdim. Mən Sumqayıt Dövlət Dram teatrında direktor olduğum müddətdə 3 ilə 30 aktyora, işçilərə ev verilməsini təmin etdim.

Fransız aktyoru Jerar Depardye onun haqqında nələr deyir... Söyləyir ki, Qarayevin evi elə bil ki, dünyanın böyük muzeyidir. Bilirəm ki, Azərbaycan teatrlarını pis günə qoyublar. Ayıbdır, mərdi qova-qova namərd etmək olar? Mənim bu qədər dost, tanış, əqrəbam var. 10 nəfərin yaşadığı evə gələ bilmirəm. Qonşular deyir ki, oğlunun yasından gedən qadınlar hamısı deyib ki, Xalq artistinin yaşadığı evə baxın. Mədəniyyət Nazirliyi haqqımı nə üçün yeməlidir? Niyə şərəf və ləyaqətimi alçatmağa çalışırdı? Heç kimin qarşısında əyilməmişəm.

Oğru olmasa bir nazirin 100-dən çox evi, minə qədər şirkəti, onlarla villası ola bilər? Hansı pulla bunları tikir? Demək ki, oğrudur. Hamıya hörmət edən insanam! Amma bu Mədəniyyət Nazirliyi başıma daş salıb".

Əli Nur həmçinin oğlunun döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan da söhbət açıb. Aktyor bildirib ki, Rövşən Nurzadə Şuşa uğrunda gedən döyüşlərdə düşmən tərəfindən iki güllə açılması nəticəsində şəhidlik zirvəsinə ucalıb:

“Rövşən boks döyüşlərində iştirak edib. Hərbi məktəbi bitirib, leytenant rütbəsi alıb. 1995-ci ildə Qarabağa, Ağdama gedib, N saylı hərbi hissədə rota komandiri olub. O vaxt Azərbaycan ordusunda xaos var idi, komandirləri incidirdilər ki, pul qarşılığında əsgərləri evə burax. Elə şeyləri qəbul edən deyildi, başqa tərbiyə almışdı. 2002-ci ildə mənim istəyim ilə təxris oldu. Baş leytenant kimi ehtiyatda olan zabit idi. Ailə qurmuşdu, iki övladı var. Böyük oğlu Vaqif Nurzadənin 20 yaşı var. Türkiyənin Akdeniz Universitetində təhsil alır. Kiçik oğlu Kənanın 12 yaşı var, 6-cı sinifdə oxuyur.

Rövşən qeyri-adi bir uşaq idi. Mənim bütün ağır, xoş günümdə arxamda dayaq olurdu. Qarabağ savaşında dözə bilmədi. Yasamal Hərbi Komissarlığına könüllü olaraq ərizə yazıb. Getməmişdən üç gün qabaq bizə gəlmişdi. Anası soruşdu ki, nə olub, rəngin qaçıb? Cavab verdi ki, atamı yuxumda görmüşəm ki, rəhmətə gedib. Daha sonra onun döyüşə getmək xəbərini eşitdik. Həmin vaxt oğlu da Türkiyədən gəlmişdi. Övladları ilə birgə onu döyüşə yola saldıq. Anası çox narahat idi, onunla getmək istəyirdi. Maşına oturanda barmağını yuxarı edib dedi ki, məni qələbə ilə gözlə!

Oğlum deyirdi ki, cənab Prezident Orduya qayğı ilə yanaşıb, hər şey mükəmməl təşkil olunub. Bu səbəbdən qorxusu yox idi, Ali Baş Komandanın rəhbərliyi ilə qalib olacağıq. Əsgərlərin hamısı bu sözləri deyirdilər. Əvvəlcə Ağcabədiyə aparıblar, görüblər ki, hərbi bilikləri var, peşəkar zabitdir. Daha sonra ön cəbhəyə gedib. Füzulidən Cəbrayıl və Qubadlıya keçiblər, işğaldan azad ediblər. Qubadlıdan xeyli görüntüləri var.

Noyabrın 2-i səhər tezdən mənə zəng etdi, danışdıq. Dedi ki, Cəbrayıla gəlmişik. Narahat qalıb soruşdum ki, niyə ora qayıtmısız? Detallı cavab vermədi! 30 km yolu sürünə-sürünə gediblər ki, Şuşaya çatsınlar. Sən demə, onun ayağında, belində problemi var imiş, bundan xəbərsiz olmuşam. Daşaltıda 3 istiqamətdə döyüş gedir. Bütün ermənilərin diqqətini yayındırırlar. Daşaltıda mərmi düşür, 3 əsgəri yaralanır. Qəlpə yaraları alır. Rövşən də yaralanır. Görünür ki, qəlpələr ayağından yan keçir, sınmış daş parçaları üzünə, bədəninə girir. Əsgər yoldaşları üzünün, bədəninin qanını təmizləyirlər. Digər yaralılar geri qaytarılır. Lakin Rövşən deyir ki, qayıtmayacam, bir dənə “morfe” tapıb vurun. Vurulandan sonra bir az özünə gəlir. Sərxan adlı əsgər yoldaşı bizə gəlmişdi. Bunları o mənə danışıb. İki gün susuz olublar, yemək yeməyə vaxt olmayıb. Şuşanı almaq istəyirdilər. Rövşən qəflətən əlində avtomat ayağa qalxıb onların üstünə qaçdı. Daş təpəni keçəndə Rövşəni vurublar. İki güllə atıblar. Biri qoltuğunun altından çıxmışdı, digəri isə zəhərli güllə idi, içində qalmışdı. Yarım saat sonra Sərxanın qucağında keçinib.

Bütün şəxsi əşyalarını gətirdilər. Şəxsiyyət vəsiqəsini isə fevral ayında iki zabit gətirdi. Dedilər ki, Şuşada yolun qırağında vəsiqəsini tapıblar. Ünvanı görüb mənə təhvil verdilər. Daha sonra Tarix Muzeyinin əməkdaşları bir neçə foto, əşya və şəxsiyyət vəsiqəsini apardılar ki, sərgiləsinlər.

Zabitlər deyir ki, birinci müavin Kərim Vəliyev gələndə Rövşənlə görüşüb. Oğlum elə bil komandir idi. Rövşənə orden verilməyib, amma “Vətən uğrunda döyüşə görə”, “İgidliyə görə”, “Qubadlının azad edilməsinə görə” medalları ilə təltif olunub.

Cənab Prezidentin göstərişi ilə şəhid ailələrinə qayğı göstərilir. Oğlum II Fəxri Xiyabanda dəfn olundu. Çox yüksək səviyyədə övladımı yola saldıq. Bu, bizim üçün şərəfdir. Amma onun layiq olduğu titullar var, verilmədikdə ailəsi, uşaqları, anası kədərlənir. İnanın, həyətdə insan əlindən tərpənmək olmurdu. Elə bil ordu generalını, komandiri yola salırdıq. 25 il ehtiyatda olan zabit olub.

Oğlumu hərbdən uzaqlaşdırmağımın səbəbi var idi. Nəcməddin Sadıqov (Müdafiə Nazirliyinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik) kimi ümumi komandiri olan orduda çox pis vəziyyətlər olurdu. Biz təmiz ailəyik! Mənim paklığım işlədiyim müddətdə hər kəs tərəfindən görülüb. Kimsə rüşvət təklif edəndə polisə zəng vurub deyirdim ki, bunu həbs edin, milləti səhv yola aparır. Siz təsəvvür edin ki, Akademik Milli Dram teatrında işə başlayandan sonra bütün tədbirlərdə yer almışam”.













 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Dünən, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Dünən, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Dünən, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Dünən, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Dünən, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Dünən, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Dünən, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Dünən, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Dünən, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Dünən, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Dünən, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Dünən, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru