“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                     “Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” .....                 

"Rejissorlar mənə deyirdilər ki, sizə kəndli obrazını yaraşdıra bilmirik" - VİDEO
Tarix: 3-02-2021, 15:36 | Çap et
"Rejissorlar mənə deyirdilər ki, sizə kəndli obrazını yaraşdıra bilmirik"
“Netflix”in "Leyla və Məncun" adlı filminə çəkilmiş azərbaycanlı aktrisa, sənətşünaslıq üzrə fəlsəfə doktoru, kinoşünas Zülfiyyə Eldarqızı "Report" müsahibə verib. Müsahibəni təqdim edirik:

- Siz “Netflix”in "Leyla və Məncun" adlı filminə çəkilmisiniz. Bu filmə dəvət nə zaman olub?

- Pandemiyadan əvvəl 2019-ci ilin noyabrında dəvət almışam. Mənim çəkildiyim, ailə ilə bağlı olan hissələr Şamaxının Dəmirçi kəndində baş tutub. Digər hissələr isə Bakıda və İndoneziyada çəkilib. İndoneziya səfriliyinin təşəbbüsü ilə müştərək bir film idi. Rejissor Nizami Gəncəvinin "Leyli və Məcnun" əsərindən təsirlənərək onu müasir versiyada təqdim edirdi. Filmin adı "Leyla və Məcnun"dur. Mən də orada kiçik bir obraz, Leylanın anasını oynamışam. Fevralın 11-də filmin təqdimatı olacaq.

- Dediyiniz kimi, epizodik rolda çəkilmisiniz, amma diqqəti bu qədər cəlb edib...

- Film çəkilən vaxtı dünyəvi olacağı deyilirdi. 40 nəfərlik heyətlə gəlmişdilər. Film çəkildi, çıxıb getdilər. “Youtube”da anons çıxandan sonra mənə televiziyalardan zənglər gəldi. Əvvəl qəribə gəldi... Gördüm ki, onlar bu məsələyə sevinirlər. Görünür mənim “Netflix” platforması ilə bağlı o qədər anlayışım yox idi. Sonra məni başa saldılar ki, bu, dünya kino platformasıdır. Burada Azərbaycanın adının çəkilməyi, azərbaycanlı aktrisanın iştirak etməyi ölkə üçün doğrudan da böyük uğurdur. Mən Leylanın anasını oynayırdım.

Rejissorlar mənə deyirdilər ki, sizə kəndli obrazını yaraşdıra bilmirik, istər-istəməz sizin simanızda kübarlıq, mədəniyyət var. Amma onlar məndən geyimlə, qrimlə elə yaxşı kəndçi düzəltdilər ki... Mənə qırmızı dodaq boyası da çəkdilər. Onlar bizim kənd adət-ənənələrimizi də öyrənmişdilər. Rayonlarda qırmızı rəngə qarşı həssaslıq var. Şəhərdə o qədər istifadə edilməsə də, kənddə toya gedəndə qırmızı dodaq boyası istifadə edilir. İki günlük çəkilişimizdə maraqlı məqamlar oldu. Çəkiliş meydançasında çox yaxşı, çox dəyərli hiss elədim. Orada aktyorlara münasibət o qədər gözəl idi ki...

- Ən yadda qalan məqamlar nələr oldu?

- Çəkilişlər olan kənd çox qədim kənddir. Həmin zaman qar yağmışdı. Çəkilişlər çöldə olurdu, soyuq olmaması üçün üstümüzə palto, isti çay, kofe verən xüsusi adamlar ayırmışdılar. Bu şeylər mənə çox təsir elədi. Bizim çəkilişlərdə bu yoxdur. Bilmirəm niyə belədir. Hətta başqa aktyorları gətirib çəkəndə onlara da münasibət o cür olur. Aktyoru, aktrisanı setdə anlamaq, duymaq lazımdır. Mən seriallarda aktyorların müqavilələrinə baxıram, elə bil aktyorları alırlar və istədikləri kimi robotlaşdırırlar.

- Ən son “İdarə” serialında rol almısız. Azərbaycan seriallarına münasibətiniz necədir?

- Özüm çəkildiyim seriala belə baxmıram. Baxmayaraq ki, bu serialı çox uğurlu bir serial oldu. Seriallarımızda çoxlu bayağılıq var. Mövzu tapa, yaza bilmirlər. Dramaturgiya olmalıdır. Azərbaycanda nə qədər mövzu var. Biz melodrama janrını sevən, hind filmlərinə baxıb ağlayan xalqıq. Buna görə də ailə-məişət mövzusunda olan məsələlər, çoxarvadlılıq haqqında çəkilən seriallar tutur.

- Teartda bağlı nə demək istərdiz?

- Teatrdan çıxmışam, o da mənim həyatımın bir dönəmi oldu. Teatr mənim üçün çox əziz və doğmadır. Amma elə bir vəziyyət oldu ki, işləyə bilmədim. Teatrdakı intriqlara dözə bilmədim. Gərək əvvəldən o mühitdə olasan, özün də onlar kimi olasan. Mən bacarmadım.

Hazırda Milli Elmlər Akademiyasının Teatr, kino və televiziya şöbəsində böyük elmi işçiyəm. Hamısı mənə əzizdir. Bunlar hamısı incəsənətin qollarıdır. Özümü qeyri-adi istedad sahibi hiss eləmirəm. Sadəcə 5 il təhsil almışam, Kino kafedrasında çalışmışam, sonra Səhnə danışığı kafedrasında dərs demişəm.

- Hər hansı sahədə usta olmaq üçün fəxri adın nə dərəcədə önəmi var?

- Var. Bəlkə də kimin üçünsə yoxdur, amma mənim üçün var. Niyə? Çünki tədbirlərdə hər məqamda hiss etmişəm ki, fəxri adı olana bir başqa münasibət bəslənib. Məşhurluq başqa şeydir, xalqın sevimlisi olmaq başqa. Kiçik bir misal deyim, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Azad Şükürovla tədbir aparırdıq. Getdik gördük afişa çıxıb, müğənnilərin şəkli var. Soruşduq bizim adımız niyə yoxdur? Dedilər ancaq fəxri adı olanları vurublar. Yəni bu, xırda bir şeydir, amma insana təsir edir. İnsana dəyər veriləndə o daha da həvəslənir, bir az da coşqulu olur.

- Bəs fəxri adlar insanın inkişafını dayandırır?

- Mən hər dəqiqə axtarışda olan insanam. Adam var ki, deyir almışam adımı oturmuşam. Deyir mənim nəyimə lazımdır. Ondan sonra həyatını yaşayır. Mən sizə Nadir Hüseynovun adını çəkərəm ki, bədii qiraətçidir. İllərlə səhnə danışığını tədris edib, neçə illərin sənətkarıdır. Onun yetirmələri xalq artistidir, amma onun bir əməkdar artist adı da yoxdur. İnsan yaddan çıxır. Bunun səbəbini bilmirəm. Mən heç vaxt öz piarımı aparmamışam. Həmişə gizlənməyə çalışmışam. Bəlkə də insan yaxşı mənada bir az hamını itələyib qabağa keçməlidir. Amma mən onu bacarmamışam. Teatrda işləyəndə bir tamaşımız vardı. Xalid Hüseynin “Min möhtəşəm günəş” əsərinə tamaşamıza onlayn biletlər satılmışdı. Tamaşa qurtarırdı, tamaşaçı üstümüzə gəlirdi. Polis qarşısını alırdı. O cür gözəl, uğurlu tamaşamız olub. Mən orada iki oğlu şəhid olan ananı oynayırdım. O tamaşamız bağlandı. Çünki tamaşanın aktyorları teatrdan qovuldu. İstedadlı insanlar idi. Tamaşanın rejissoru da onu təzədən hazırlamadı. Bir tamaşanın üzərində 6-7 ay iş gedir. Onu təzədən qoymaq üçün rejissor o enerjini özündə tapmalıdır ki, başqa aktyorlarla o tamaşanı yenidən qursun. Bizim məmləkətdə belə şeylər olur.

- Əslən Laçındansınız. Sizin həm də 28 illik nisgiliniz bitib. Laçınla bağlı xatirələriniz çoxdur?

- Nənəm-babam Laçındandır, mən özüm Sumqayıtda anadan olmuşam. Yaydan-yaya gedirdik. Bir dəfə məni ilan sancmışdı. Kəndimizdə həkim yox idi. Məni atın üstünə qoydular, çayı keçib bu kənddən o kəndə aparmışdılar.

Bir akasiya ağacımız vardı. Saat 6 olanda onun altında dayanıb gözləyirdik ki, şəhərdən kimsə gələcək, bizə nəsə gətirəcək. Uşaq idik də. Neçə il keçib. Heç vaxt təsəvvürümə gətirməzdim ki, torpaqlarımızın alınmasını görəcəyik. Fikirləşirdim ki, gələcəkdə, nə vaxtsa baş verəcək. Bu günlərdə o qədər nisgil yaşadım. Orada olduğumuz günlər, babam-nənəm yadıma düşdü.

Qeyd edək ki, "Netflix Indonesia" tərəfindən lentə alınan layihədə Leyla və Samirin sevgi həyatından bəhs edilir. Çəkilişlər İndoneziya və Bakıda baş tutub. Filmin baş qəhrəmanlarını aktrisa Aça Septriasa və aktyor Reza Rahadian canlandırıblar.













 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Dünən, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Dünən, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Dünən, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Dünən, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Dünən, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Dünən, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Dünən, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Dünən, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Dünən, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Dünən, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Dünən, 13:21
Avropa İttifaqı “Tramp marşrutu”na QOŞULUR - “EUObserver”
Dünən, 13:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru