Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ .....                     “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                     TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub .....                     Rusiya əsgərləri insan əti yeyir? .....                 

"Yazıq rejissor mənə qonorarı deməyə utanırdı"
Tarix: 1-02-2021, 08:43 | Çap et
"Yazıq rejissor mənə qonorarı deməyə utanırdı"
Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aparıcı aktrisası Firəngiz Babayeva Moderator.az-ın suallarını cavablayıb.

- Firəngiz xanım, salam. Necəsiz?

- Çox təşəkkür edirəm. Belə də.

- Özünüzü koronovirus pandemiyasından necə qoruyursuz?

- Öncə onu deyim ki, dövlətin qoyduğu bütün qayda-qanunlara əməl edirəm və hamını da bunlara əməl etməyə çağırıram. Həyətə çıxanda da maska taxıram. Həqiqətən də çox təhlükəli xəstəlikdir, artıq yaxınlarımız da bu virusa yoluxur, bəziləri hətta dünyasını da dəyişir. İnşallah ki, virus tezliklə bitər və biz də normal həyata qayıdarıq.

- Siz həm də “Uçurum” serialında baş rollardan birinə çəkilirsiniz. Hal-hazırda ekran işinin çəkilişləri davam edir?

- Artıq 3-cü mövsümün seriyalarını çəkib bitirdik. Gözləyirik, bəlkə 4-cü mövsüm də oldu.

- Sizin əsas iş yeriniz Bakı Bələdiyyə Teatrıdır. Bir ilə yaxındır ki, sənət ocaqları fəaliyyətsiz qalıb. Bu hal yəqin ki, digər sənətçilər kimi sizi də çox üzür.

- Uzun illərdir Bakı Bələdiyyə Teatrında çalışıram, amma bir ilə yaxındır ki, teatrda fəaliyyətsiz qalmışıq. Bu biz sənət adamları üçün çox üzücü bir haldır. Düzdü, maaşlarımızı vaxtı-vaxtında alırıq, amma sənətçi üçün səhnədə olmaq, səhnənin tozunu udmaq daha önəmlidir. Mən öz adıma danışıram. Sənəti düşünənlər maddiyatı düşünmür. Cavanlarımızın içində də teatra bağlı olanları var. Pandemiyadan əvvəl məni bir filmə dəvət etdilər, getdim, çox cüzi pul verdilər. Yazıq rejissor mənə qonorarı deməyə utanırdı. Dedim ki, istəyirsən heç o pulu da vermə, filmə görə gəlib çəkilərəm. Sənət olan yerdə pul hardasa mənim üçün arxa plana keçə bilir.

- Təbii ki, hamı sizin kimi sənətə can yandırmır. İşini yola verən “xaltura” edən sənətçilər də olur.

- Təbii ki, bütün sahələrdə olduğu kimi. İnanın ki, mən özümü tərifləmirəm, serialda çəkiləndə yadımdan çıxır ki, bu serialdır. Serialımızda çəkilən cavan aktrisa var, Ülviyyə Rza. Gəlirik oynamağa, ikimiz də tam başqa aləmə düşürük. Elə bilirik ki, nə Ülviyyə var, nə də Firəngiz. Çəkilişdən çıxanda da görürük ki, artıq bizdə hal qalmayıb. Bu bizdən asılı deyil, içimizdən gəlir. Rejissor da istəyir ki, işi boş yerə hədər getməsin. Sabah əgər tamaşaçı məni obrazda söyürsə o artıq mənim qələbəmdir. Baxmayaraq ki, təhqir edirlər.

- Bəs sizin həmin insanlara qarşı münasibətiniz necədir?

- Heç nə. Üzümü çevirib keçirəm. Onlara cavab versəm qorxuram ki, vurarlar. İnanırsız, qorxuram! (gülür). Mənim qızım da aktrisadır. O “Dəfnə ağacı” serialına çəkiləndə avtobusla gedib-gəlirdi. Bizim maşınımız yoxdur, aldığımız maaşla yaşayan insanıq. Mən haradan almalıyam maşını? Qızım bibisi qızı ilə avtobusda gedəndə arxadakı iki qadın üstünə hücum çəkib, saçından tutub, bunu döymək istəyiblər. Bibisi qızı onu müdafiə edəndə o biri tərəfdən də iki qadın bunların üstünə gəlib. Görüblər ki, onlarla bacara bilməcəyəklər, tez avtobusdan düşüblər. Məndə də həmçinin elə. İnanın mənə elə bir küçə sözü dedilər ki, onu dilimə gətirə bilmirəm. Dayanıb baxdım, bacım dedi ki, nə dedi sənə o? Dedim ki, qurban olum, gəl gedək!Neyləyim? Üzümə də tüpürüblər, hətta bir qadın gəldi ki, sən bir də gəlinini döysən, səni saçından tutub sürüyərəm! İnsanlar var ki, o serialın içinə girib, orada yaşayırlar.

- Yəqin ki, “Uçurum” serialındakı Cənnət obrazına rejissor yozumundan başqa siz də müşahidələriniz əsasında nələrsə qatmısız.

- Mən bu seriala dəvət alanda fikirləşdim ki, yəni gəlinini döyən qaynanalar hələ də var? Biz aktyorlar müşahidə edirik, hər şeydən nəsə götürürük. Mənim rəhmətlik qaynanam çox yaxşı insan idi, mənə ikinci ana olub. Cənnət obrazı gəlinini döyən bir qaynanadır. Bacım mənə dedi ki, sən gəl, mən sənə qonşumu göstərim. Gedib baxandan sonra gördüm ki, həqiqətən də belə qaynanalar var.

- Firəngiz xanım, istərdim Bakı Bələdiyyə Teatrının direktoru, Xalq artisti Amaliya Pənahovadan danışaq. Onun uzun illərdir xərçəng xəstəsi olduğunu bilmirdik. Ümumiyyətlə son görüşünüzü necə xatırlayırsız?

- Bakı Bələdiyyə Teatrı mövsümə çıxanda Amaliya xanım bütün kollektivi bağına yığdı. Orada oturub bütün kollektivlə söhbət etdi, heç özünü sındırmırdı, xəstəliyi haqda danışmırdı. Səsi batsa da danışıb gülürdü, istəmirdi ki, heç kim pessimizmə qapılsın. Deyirdi ki, yaxşı olacağam, bir aya sağalıb qayıdacam teatra. Bizə də məsləhət görürdü ki, teatrda çalışırsız, işinizi ləngitməyin. Özünü arxa plana atmışdı, kollektiv üçün çalışırdı. Mən həmin gecə bir az tez çıxıb, evə gəldim. Çünki qonaqlarım gəlmişdi. Ondan sonra bir dəfə də o məni, bir də 4-5 nəfər iş yoldaşımızı çağırdı və oturduq söhbət etdik. Onun Moskvadan bir qonağı da gəlmişdi. Mənə dedi ki, yenə də tez gedəcəksən? Dedim ki, yox, istəyirsiz səhərə kimi qalım. Mənə dedi ki, Firəngiz çalışın teatr yaşasın! Mən isə dedim ki, sizinlə birgə yaşadacağıq teatrı. O vəziyyətində belə çalışırdı ki, kollektivin arxasında dayansın. Hər rəhbər onu etmirdi. Hərdən baxıb deyirdim ki, görəsən biz belə ola bilərik? O böyük iradə sahibi idi, iradə də hər insanda olmur.

- Xəstəliyinin bilinməsini, mətbuata sızmasını niyə istəmirdi?

- O elə bir xanım idi ki, heç vaxt zəif tərəfini heç kimə göstərmək istəmirdi. Xoşlamırdı ki, kiminsə ona yazığı gəlsin. Deyirdi ki, mən aktrisayam, səhnədə olmalıyam. Biz də baxıb ondan dərs alırdıq. Heç vaxt xəstəliyi ilə barışmadı, mübarizə apardı. O sonuncu dəfə AZDRAMA-ya tamaşaya baxmağa xəstəxanadan gəlmişdi. Kürəyindən tər axırdı, oturub sona qədər tamaşanı izlədi və çıxanda müsahibəsini də verdi. Bu cür aktrisalar barmaqla sayılası qədər də yoxdur. Kişi qeyrətli xanım idi, ona görə də hər şeyə sinə gərməyi bacarırdı. Onun dəfnində bir qoca nənə gördüm. Gördüm ki, əlində bir buket güllə məzarının başında dayanıb. Qadına sual verdim ki, qohumsuz? Dedi ki, xeyr qızım, sənətkarla görüşə gəlmişəm. Əlimdəki son pulumu verib, ona gül almışam. Həmin hadisə bu gün də yadıma düşəndə çox pis oluram.

- Həqiqətən də bütün teatr kollektivi onu çox sevirdi və bu sevgi hər rəhbərə qarşı olmur.

- Amaliya Pənahova hər zaman bizimlədir. Bilirsiz ki, pandemiyadan öncə bir sıra sənətçilərə mükafatlar verildi, yenə də bizim teatrımız və aktyorlarımızın adı o siyahıda yox idi. Yenə də arxa planda qaldıq. Bir başqa teatrın aktyoru, dünənki uşaq mənə dedi ki, sizə yazığım gəlir, heç birinizə heç nə vermədilər. Təsəvvür edin ki, bu nə deməkdir? Amaliya xanım yaxşı ki, bunları eşitmədi. Bu bizə çox pis təsir etdi, mən də dedim ki, halal xoşunuz olsun! Bizim teatr hələ 90 cı illərdə hər zaman cəbhə bölgələrində, səngərlərdə olub. Bakı Bələdiyyə Teatrına “Döyüşən teatr” deyirdilər. Ölkənin bir Bələdiyyə Teatrı var da. Buna bir bina vermək o qədərmi çətindir?

- Hal-hazırda Amaliya xanımın qızı Aynur Muxtarova teatra rəhbərlik edir. Amaliya xanımın hansı xüsusiyyətləri onda cəmlənib?

- Aynur xanım rəhbər işi ilə Amaliya xanımın eynisidir, hətta bir az da sərtdir deyərdim. Çünki sənətkar ailəsində böyümüş insandır. O gözünü açıb evində sənətkarları görüb. Hətta o vaxtlar da o gəlib bütün tamaşalarımıza , məşqlərimizə həvəslə baxırdı. Aynur xanım aktyoru dəyərləndirməyi, qiymət verməyi də çox gözəl bacarır. O da anası kimi çalışır ki, bütün problemlərimiz həllini tapsın. Mənim dövlətimizdən bir xahişim var. Bizə veriləcək adı da, mükafatı da qaytarmağa hazırıq, yetər ki, bizim teatra 100-150 nəfərlik yer versinlər. Vallah bizim teatr heyifdir! Niyə itib-batmalıyıq ki? Gəlin açıq etiraf edək ki, işləyən teatrlarımız çox azdır. Bakı Bələdiyyə Teatrı şəraitsizliyə baxmayaraq hər zaman işləyib. “Əli və Nino” tamaşasının hazırlıq prossesində inanın başımıza yağış yağırdı. Heç bir aktyor-aktrisa qaçmırdı o zaldan. Yenə də şükür edirdilər. Sənət fədailəri bunlardır, başqa nə demək olar? Yenə də ümidlə yaşayırıq və inanırıq ki, yeni Mədəniyyət Naziri də bu problemizi həll edəcək.

- Firəngiz xanım, qələbə qazanıb, zəfər çaldıq. Mən bilirəm ki, Amaliya xanım yaşasaydı birinci sizin teatrı, aktyorlarını Şuşaya, Kəlbəcərə aparardı.

- Bəli, əlbəttə. 44 günlük vətən müharibəsi bütün Azərbaycan xalqını necə ayaq üstə saxlamışdısa gecələrimiz yuxusuz, övladlarımızın yolunu gözləməklə, dualarımızla keçirdi. Bu qələbə bizə cavanlarımızın canı, qanı bahasına başa gəldi. Sevinc göz yaşları da, kədər göz yaşları da axıtdıq. Vətənimizin azad olduğunu eşidəndə bu göz yaşlarımızı heç unuda bilmədik. Unuda da bilməyəcəyik. Buna görə vətən yolunda canlarını qurban verən şəhidlərimizə rəhmət diləyirik, onların ruhu qarşısında baş əyirik. Biz analar bütün şəhidlərimizi hər gün, hər an yad edib ruhları qarşısında baş əyirik. Qazilərimizə Allahdan can sağlığı diləyirəm, əsgərlərimizə var olun igidlər, həmişə vətənin keşiyində bu cür dayanın deyirik. Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür edirəm, nə yaxşı ki, bizim dövlətin başına belə böyük sərkərdə, oğul dayanıb. Onun qarşısında da baş əyirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Dünən, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Dünən, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Dünən, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Dünən, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Dünən, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Dünən, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Dünən, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Dünən, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Dünən, 14:07
İcra hakimiyyəti, bələdiyyə HARA BAXIR? - Sakinlər deyir ki...
Dünən, 14:02
Kərim Abbasov GİLEYLƏNDİ: - “Dönər yeməyimə yüz minlərlə baxış gəlir, amma...”
Dünən, 13:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru