“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb .....                     Kreml Paşinyan hakimiyyəti ilə barışıb? .....                     Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ .....                     “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                     “Azər Maya İstehsal” QSC formasını dəyişdi .....                     AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub .....                     Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir .....                     “Hacı Mail hal əhli olub” .....                     Tanınmış həkim vəzifəsindən azad olundu .....                 

“Rübabə Muradova məndən xahiş etdi ki, tabutumun başında sən "Segah" ifa etsən...”
Tarix: 29-01-2021, 09:16 | Çap et
“Rübabə Muradova məndən xahiş etdi ki, tabutumun başında sən "Segah" ifa etsən...”
Xalq artisti, “Şöhrət” və “Şərəf” ordenli sənətkar Kamil Cəlilov Moderator.az-ın suallarını cavablandırıb.

- Kamil müəllim, bu gün sizin doğum gününüzdür. Sizi bu münasibətlə ürəkdən təbrik edirəm. Doğum gününüzdə özünüzə nə arzulayırsız?

- Təbrikə görə çox sağ olun! Bu gün 83 yaşım tamam olur, 3 il əvvəl Beynəlxalq Muğam Mərkəzində 80 illik yubileyim keçirildi. Mən onda bildim ki, xalq məni çox sevir. İnanın Allaha yubileyimə hamı gəlmişdi, camaat ayaq üstə qalmışdı. Həqiqətən də çox xoşbəxt sənətkaram ki, bu qədər hörmət qazanmışam. Mən yaşadığımı yaşamışam, hər zaman istər insanlar tərəfindən, istərsə də dövlətdən diqqət və qayğı görmüşəm. 80 illik yubileyimdə cənab prezident İlham Əliyev məni “Şərəf” ordeni ilə
təltif etdi. Bircə arzum budur ki, koronovirus bəlası tezliklə bitsin, həyatımız normal axarına qayıtsın.

- Pandemiyanı necə keçirirsiz?

- Biz yüksək risk qrupuna aid olduğumuz üçün virusa yoluxma ehtimalımız daha yüksəkdir. Ona görə də özümü maksimum virusdan qoruyuram. Gigiyena qaydalarına əməl etməklə bərabər həm də evdən çölə çıxmıram. Siz bilirsiz ki, mən qızımla yaşayıram, o məni ikiqat daha çox qoruyur. Dərmanlarımı da vaxtı-vaxtında içirəm.

- Kamil müəllim, qaboy aləti ilə nə vaxtdan tanışlığınız yaranıb?

- Təxminən 1953-cü il idi, dostum Zaur Əliyev dedi ki, gəl mənimlə gedək musiqi məktəbinə. O pianoda yaxşı ifa edirdi. Mənə dedi ki, bir saata kimi məni gözləyərsən burada, dərsimi keçim daha sonra çıxarıq. Mən də oturdum foyedə, onu gözlədim. Gördüm siniflərdən cürbəcür səslər gəlir, klarnet, piano, qarmon səsi. Bir sinifdən isə qeyri-adi səs gəlirdi. Qapını yavaş-yavaş açdım, gördüm ki, bir müəllim üzü royala tərəf əyləşib, qaboyda ifa edir. Müəllim məni gördü, dedi ki, ay bala, nə istəyirsən? Soruşdum ki, müəllim bu nə alətidir ki, gözəl səsi var? Dedi ki, qaboydur, bu alət ancaq orkestrdə ifa olunur. Musiqi qabiliyyətimi yoxladı və mənə “sən gəl qaboy alətində ifa et, bunu bacaraqsan” dedi. O gündən bu alətə bağlandım və məşğul olmağa başladım. Sözün düzü başlanğıcda hamı, ələxsus da atam və anam mənə deyirdi ki, rahat bir alət tap, onda ifa et. Həqiqətən də çətin alətdir, daima axtarışlar edib, novator olmalısan. Atam o vaxt müharibədən yeni qayıtmışdı, iki ayağından da zədə almışdı, yeriyə bilmirdi. Müharibədən gələn insan necə olar? Başı səs-küy götürmürdü. Deyirdi ki, ay oğul, neynirsən bu aləti? At getsin, başqa musiqi aləti tap!

- Sizin yaradıcılığınızda “Dan ulduzu” ansamblının da xüsusi rolu var. Bu ansambla gəlişiniz necə oldu?

- Mən Gülarə Əliyeva ilə çoxdan tanış idim. Konservatoriyada oxuduğum illərdə Bülbül bizə dərs deyirdi, o da həmişə bizimlə üzbəüz sinifə gəlib, müğənniləri müşayiət edirdi. Onun mənim ifamdan xoşu gəldi və məni rəhbərlik etdiyi “Dan ulduzu” ansamblınına dəvət etdi. Elə olurdu ki, səhərə kimi yorulmadan işimizlə məşğul olurduq, çünki sənətimizi çox sevirdik. Bu sənət mənə Allah tərəfindən göndərilən bir vergidir.

- Siz bizim bir çox sənətkarlarımızı müşayiət etmisiz. Bu sənətkarlardan biri də Xalq artisti Rübabə Muradova olub. Onun sizə bir vəsiyyəti olmuşdu. Onu həyata keçirdə bildiniz?

- Mən çox kövrək qəlbli bir insanam, heç kimi incitmərəm. Rübabə Muradova mənim sənətimi çox sevirdi, qaboyda ifa edəndə ağlayırdı. Xəstə olanda evinə gedirdim, onun üçün ifa da edirdim. Ağır xəstə idi, əzab çəkirdi, ağrıları olurdu. Bir gün mənə dedi ki, ay qardaş, səndən bir xahişim var, tabutumun önündə segah ifa edərsən. Elə bil ki, məni behiştə yola salmış olarsan. Rəhmətə gedəndən sonra onun bu istəyini həyata keçirdim. Mən segah ifa edəndə camaat hönkürtü ilə ağlayırdı.

- Sizin həm də ifanız kosmosa göndərilib. Bu necə baş tutub?

- Mənim “Çahargah ahəngi”m 1976-cı ildə Filippində birinci yerə layiq görüldü. Bundan sonra həmin ifam plastinkaya salındı. UNESCO da mənim ifamı bəyənmişdi. “Çahargah ahəngi” əsərimi 18 əsərin içində onlar özü seçdilər. Qulaq asıb görüblər ki, burada qaboyun səsi tamam fərqlidir. Ona görə də Amerika alimləri bu ahəngi qızıl plastinkada ekspriment üçün kosmosa göndəriblər. Deyilənə görə hələ də kosmosdan bu “Cahargah” ahəngimin səsi gəlir.

- Kamil müəllim, siz həm də ulu öndər Heydər Əliyevə “Azərbaycan Təranələri” ifasını həsr etmisiz.. Ümumilli lideri necə xatırlayırsız?

- “Azərbaycan Təranələri” mənim yuxuma girmişdi, gecə yarı kağız və qələm götürüb, tez maqnitofona səsini yazdım. Səhəri gün isə başladım üstündə işləməyə. Mən bu əsəri ulu öndər Heydər Əliyevə həsr etdim. Çalışdım ki, onun qətiyyətini, mərdliyini, insanlığını burada əks etdirim. Bir gün Gülarə xanım mənə dedi ki, Heydər Əliyev sənin bu əsərini çox sevir. Onu diskə yaz mənə ver, ona çatdırım. Gülarə xanımın dediyi kimi də etdim. Daha sonra Gülarə xanım deyirdi ki, Heydər Əliyevin boş vaxtı olan kimi bu ifaya qulaq asır. O “Azərbaycan Təranələri” haqda bu sözləri demişdi: “ Kamil Cəlilovun “Azərbaycan təranələri” ni dinləyəndə elə bil Azərbaycanın xəritəsini görürəm. Meşələrini, dağlarını, bulaqlarını, bir sözlə, mənzərəsini görürəm”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42
Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Dünən, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Dünən, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Dünən, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Dünən, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Dünən, 14:27
Turizm Agentliyi aşpazlıq çempionatı üçün bu şirkətə 85 min manat ödəyəcək
Dünən, 14:24
“PashaPay”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:19
Kremldə gərginlik, təhlükəsizliyi gücləndirildi: - Putin sığnağa çəkilib?
Dünən, 14:15
Polkovnikin oğlunu qətlə yetirən şəxs: - "Dizinə zərbə vurdum, geri çəkilmədiyini görüb bıçaqladım"
Dünən, 14:12
ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb - İran ordusu
Dünən, 14:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru