Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... .....                     İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK .....                     "Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... .....                     "Nə edim? Necə edim? Kimə deyim?" .....                     "Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... .....                     “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb .....                     Kreml Paşinyan hakimiyyəti ilə barışıb? .....                     Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ .....                     “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                     AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib .....                     Sərkisyanın partiyasından Makrona cavab: .....                     Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? .....                     Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib .....                 

“Qarda dizlərimi yerə qoyub, ”Şuşa, bizi bağışla" dedim"
Tarix: 26-01-2021, 10:48 | Çap et
“Qarda dizlərimi yerə qoyub, ”Şuşa, bizi bağışla" dedim"
Ötən həftə əslən Şuşadan olan Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Şuşa şəhərini ziyarət ediblər. Məşhur şuşalılar Bülbülün ev muzeyində olub, “Güllələnmiş heykəllər”i ziyarət edib, məsciddə birgə dualar ediblər.

Xalq artisti Fərhad Bədəlbəyli Şuşada yaşadığı təəssüratları “Yeni Müsavat”la bölüşüb:

“Biz Şuşaya gedərkən Füzuli rayonundan keçirdik. Orada bütün kəndlər darmadağın olmuşdu, heç bir dənə də olsun sağ bina görə bilmədik. Bu bizə çox pis təsir elədi. Sanki bir kino idi, hələ belə şey görməmişəm. Doğrudur, televiziyada işğaldan azad olunmuş ərazilərdəki dağıntıları görürdüm, lakin bunu öz gözünlə görəndə insan dəhşətə gəlir.

Təsəvvür edin, hər yerdə, yolun sağında, solunda minaların olması ilə bağlı xəbərdarlıqlar yerləşdirilib. Ermənilər hələ də bizə minaların yerini demirlər. Neçə il lazımdır ki, bu torpaqları təmizləyək...

Şuşa postuna qədər bizi sülhməramlılar və öz əsgərlərimiz ötürdü. Əsgərlərimiz bizi səmimi salamlayırdılar. Biz onlar üçün corab, papaq, əlcək, siqaret aparmışdıq. Yəni maşınlarımızı nə qədər mümkün idisə doldurmuşduq... “

Fərhad Bədəlbəyli Polad Bülbüloğlunun ata yurdundakı ifasından da söz açıb:

“Bülbülün evində Poladdan xahiş etdilər ki, oxusun. Mən heç inanmadım ki, Polad oxuyar. Çünki biz gecə yatmamışdıq, maşınla 5 saat yol getmişdik. Polad da öz maşınını sürürdü. Bütün bunlara baxmayaraq, o, yüksək səviyyədə oxudu. Gərək musiqiçilər bundan nümunə götürsün ki, 75 yaşında bir kişi necə olur ki, 5 saat maşın sürüb, yol gəldikdən sonra açıq havada bu cür oxuya bilir. Yəqin ki, atasının evində, Şuşa torpağında olmaq ona böyük güc verib.

Mənim də ayaqlarım bir qədər ağrıyırdı. Qorxurdum ki, oralara gedə bilməyim. Lakin igid kimi gedirdim. Getmirdim, uçurdum... “

Xalq artisti 1982-ci ildə Vaqifin məqbərəsinin açılışı günü ilə bağlı xatirəsini də bölüşüb: “1982-ci ildə də Vaqifin məqbərəsinin açılışına gedəndə Şuşa bu cür qarlı idi. İndi də Şuşa qarlı, açıq səmalı, günəşli, gözəl havalı idi. Allah bütün bu gözəllikləri Şuşaya bəxş edib.

Beləliklə, Poladla birlikdə Vaqifin məqbərəsinə getdik, onun ətrafını öz əlimizlə bir qədər təmizlədik. Əlbəttə ki, bu məqbərə bərpa olunacaq.

Sonra isə Poladın atasının, Bülbülün evinə getdik. Orada memar da bizimlə idi. Memar hər bir detalı ölçdü-biçdi ki, gələcəkdə evi necə bərpa etmək olar.

Şuşanın küçələrini gəzdik. Məscidə gedib, dua oxuduq, bütün şəhidlərimizə rəhmət dilədik. İnanıram ki, tezliklə Qarabağ bütünlüklə abad olacaq...

“Güllələnmiş heykəllər”i də ziyarət etdik. Bildiyiniz kimi, həmin heykəllər uzun illər idi ki, muzeyin qarşısına qoyulmuşdu. Hər il 18 sentyabrda biz onları ziyarət edirdik və həmişə deyirdik ki, “Allah qoysa, gün o gün olsun ki, bu heykəllər Şuşaya qayıtsın”. Bəziləri deyirdi ki, “Əşi, bu mümkün deyil”. Biz isə inanırdıq. Nəhayət, bu heykəllər də öz yerlərinə qaytarıldı".

Fərhad Bədəlbəyli Şuşada baş verən döyüşləri Amerika filmlərinə bənzətdiyini dedi:

“Cıdır düzündə də oldum. Oradan bir qədər aşağıya baxırdım və heç cür başa düşə bilmirdim ki, bizim əsgərlər əllərində avtomatla, silahlarla o dağları necə qalxıblar. Bu, möcüzədir! Bunu ancaq Amerika, ”Rembo" filmlərində görürdük. Onlar kino idi, amma Şuşadakı döyüşlər həqiqətdir. Azərbaycan aslanları bunu edib. İndi deyirlər ki, Şuşa döyüşləri haqda bütün hərbi tədris ocaqlarında danışılacaq, öyrəniləcək. Doğrudan da bu qeyri-mümkündür...

Daşaltıda biz Riyad Əhmədovu yada saldıq. Riyad 1993-cü ildə orada qəhrəmancasına həlak olmuşdu. Bildiyiniz kimi, həmin vaxt çox xoşagəlməz hadisələr baş vermişdi, satqınlıq olmuşdu. Ürəyimdə dedim ki, “Riyad, sənin qanın yerdə qalmadı, əsgərlərimiz sənin qisasını aldılar””.

Fərhad Bədəlbəyli Şuşaya ziyarəti zamanı atası, Azərbaycanın tanınmış aktyor-rejissoru Şəmsi Bədəlbəylinin evini tapa bilmədiyini qeyd etdi:

“1995-ci ildə atamın evini yandırıb dağıdıblar, sonra bərpa ediblər və sonra yenə yandırıblar. Ona görə onun yerini heç cür tapa bilmədim.

Şuşada Poladla söz verdik ki, orada özümüzə ev tikəcəyik... Vaxtilə Şuşadan aralı yaşayırdıq. Yəni Bakıda yaşayırdıq və başa düşmürdük ki, ora tez-tez getmək lazımdır. Süleyman Ələsgərov həmişə bizə irad tuturdu, deyirdi ki, siz hər yerə gedirsiniz, amma Şuşaya gəlmirsiniz. İndi başa düşürəm ki, düz deyirdi. Bəlkə də Şuşa ona görə bizdən inciyib. Mən orada olarkən, Qalanın önündə, qarın üstünə dizlərimi qoyub diz çökdüm və Şuşadan üzr istədim. Dedim ki, “Şuşa, bağışla bizi. Sən 30 il düşmənin işğalı altında idin. Bu, olmamalı idi. Bu, hamımızın günahı idi”. İndi isə biz bu günahı yuduq, özü də çox böyük şərəflə, yüksək səviyyədə... “

Fərhad Bədəlbəyli bundan sonra Şuşada keçiriləcək festival və tədbirlər haqqında da danışaraq, öz istəklərini dilə gətirdi:

“İndi artıq quruculuq dövrüdür. Hər birimiz fikirləşməliyik ki, Şuşanı öz əvvəlki gözəl vəziyyətinə qaytarmaq üçün nə edək.

Əlbəttə ki, ilk növbədə məktəblər tikilməlidir. Çünki təhsil çox vacibdir. Bildiyiniz kimi, Şuşada əvvəllər “Şuşa gimnaziyası” fəaliyyət göstərirdi, orada fransız dilində dərslər keçirilirdi. İndi də məktəblər, təhsil ocaqları, mədəniyyət evləri tikilməlidir.

Sovet dövründə Şuşanın arxitekturasını korlayıb, 5 mərtəbəli “xruşovkalar” tikilmişdi. Fikrimcə, bu binalar sökülüb, yerində tamamilə fərqli Şuşa qurulacaq. Beləliklə, Şuşanı muzey-şəhər kimi bərpa etməliyik, necə ki, İçərişəhəri etmişik.

Əlbəttə ki, ilk növbədə “Xarı-bülbül” festivalını bərpa edəcəyik. Fikrim var orada təxminən iyun-iyul aylarında yay akademiyası təşkil edim, peşəkarlar orada ustad dərsləri keçsinlər. Hətta mən də gedib musiqi tarixi haqqında mühazirələr oxuyardım... “
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15
İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06
"Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01
"Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56
"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42
Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Dünən, 14:48
Rusiya əsgərləri insan əti yeyir? - KİV
Dünən, 14:35
“Azərbaycanın Avropa Parlamentindən uzaqlaşması qərarına o qədər də müsbət yanaşmıram...” - Etibar Məmmədov
Dünən, 14:31
Tanışını bıçaqlayan yeniyetmə məhkəmə zalından azadlığa buraxıldı
Dünən, 14:30
Koçaryan və Tsarukyan seçilərsə... - Azərbaycanla müharibə olacaqmı?
Dünən, 14:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru