Doğma yurdda sonuncu şəkil .....                     Bazarı başına alan SAXTA DÜYÜ... .....                     Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... .....                     “Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... .....                     Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... .....                     İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK .....                     "Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... .....                     "Nə edim? Necə edim? Kimə deyim?" .....                     "Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... .....                     “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb .....                     Kreml Paşinyan hakimiyyəti ilə barışıb? .....                     Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ .....                     “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                     Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib .....                     Bərdə doğum evindən QALMAQAL .....                     Rusiyanın Koreya qorxusu: .....                     Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula .....                     Onların da vergi yükü artır: .....                     Bakıda şəhid ailəsini təhqir edən həbs edildi .....                     Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib .....                     Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var .....                     Tanınmış azərbaycanlı aktrisaya ağır itki .....                     “Yol əhvalatı”nın ssenaristi haradadır? .....                     Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək .....                     Paşinyan əlini daha da gücləndirir: .....                     Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil .....                     Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub .....                     Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib .....                     Türkiyədə inflyasiya azalsa da, .....                     “Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” .....                     “Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” .....                     İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə .....                     Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... .....                     Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu .....                     Vado Korovinin yerinə bu şəxs təyin edildi .....                 

"Bədənini göstərənlər şou biznesimizi işğal ediblər"
Tarix: 21-01-2021, 08:58 | Çap et
"Bədənini göstərənlər şou biznesimizi işğal ediblər"
Avropa prodüseri kimi tanınan Sultan Musatafayev Moderator.az-ın qonağı oldu. Prodüser bizimlə söhbətində Azərbaycan şou biznesinin can üstə olduğunu deyərək, gündəmdə olan ifaçıları savadsızlıqda və dünya görüşlərinin olmamasında günahlandırdı.

- Çoxdandır səsinizi eşitmirik, haqqınızda “Sultan bu sənəti tərk edib” deyə danışılır. Deyilənlər nə qədər doğrudur?

- 5 ildən çoxdur ki, İstanbula köçmüşəm. Bütün işlərimi buradan idarə edirəm. İstanbul elə bir şəhərdir ki, dünyanın hər yerinə burdan getmək çox rahatdır. Hazırda İstanbulda böyük bir şirkətdə menecer kimi fəaliyyət göstərirəm. Pandemiya dönəmində sənətdən uzaqlaşmışam. Bilirsiniz ki, karantin qyadlarına əsasən tədbirlər, məclislər yoxdur. Ona görə mən də ailəmi dolandırmaq üçün bu dönəmdə xarici şirkətlə müqavilə bağladım. Pandemiya bitdikdən sonra şou-biznesə aid maraqlı layihələrimiz olacaq.

- Azərbaycan şou-biznesi kənardan necə görünür?

- Azərbaycan şou-biznesi kənardan çirkab içində görünür. Uzun müddətdir ki, bizim şou biznesimizdə sənəti, səsi olmayanlar gündəmi zəbt ediblər. Bədənini göstərənlər şou biznesimizi işğal ediblər. Hər zamanki kimi Azərbaycan telekalanalları buna göz yumur, onları dəstəkləyir. Təbii ki, sözüm bütün kanallara aid deyil. Ancaq 100-də, 90-nı bu əqidə ilə davam edir. Bu gün şou aləminin ağası, idarə edəni yoxdur. Onu idarə etmək üçün savadlı insanlar lazımdır. Azərbaycan şou biznesində peşəkar, savadlı insanlar var, amma onlar da səslərini çıxartmırlar, qorxullar. Düşünürlər ki, bu gün kimisə tənqid etsələr, rəy bildirsələr sabah çörəyini kəsəllər. Əgər sən bir ziyalısansa və sənin 70 yaşın varsa, bütün statusları əldə etmisənsə, pedaqoqsansa bu gün məcbursan ki, sənəti olmayanlara irad bildirəsən. Çünki sənə bu adı xalq verib. Sənə bu ad elə belə verilməyib axı. Söhbət yaşlı nəsildən gedir və onlar da bu biabırçılığı görüb susurlar. Milli Konservatoriyada, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elə pedaqoqlarımız var ki, onların heç savadı yoxdur və bugünki şou biznesin əsas nümayəndələridir. Musiqidən, notdan, aktyorluqdan başı çıxmayanlar özlərini müəllim kimi qələmə verirlər. Bu artıq faciədir.

- Bu gün şou biznesdə yeni yaranan musiqiləri necə qiymətləndirirsiniz?

- Şou biznesdə musiqiyə aidiyyatı olmayan bir musiqi janrı yaranıb. Bir az İran, bir az Hindistan ladları əlavə edilib. Bu nə özbaşınalıqdır? Bizim toxunulmaz sənətkarlarımızın, şairlərimizin qəzəllərinə dəxlisiz musiqilər yazılır. O musiqilər aşağı səviyyədə ifaçılar tərəfindən oxunur. Həmin o şairlər bu gün həyatda yoxdur deyə istədikləri şəkildə onların yaradıcılığına müraciət etmək olar? Bu məsələ rəsmi şəkildə Mədəniyyət Nazirliyi nəzarət etməlidir. Kanalların rəhbləri icazə verməməlidir ki, həmin ifaçılar efirə çıxıb bayağı mahnılar ifa etməsinlər. Əfsuslar olsun ki, belə hadisələr hələ də davam edir. Bunun qarşısını almaq istəmirlər. Bu bayağı musiqilər bizim qulağımızı zorlayır. Bizə məcbur edib yedizdirmək istəyirlər. Düzdür, mənim çevrəmdə bu mümkün deyil. Axı yeni gənc nəsil yetişir. İndi deyirlər ki, dövran dəyişdib. Dövran elə həmin dövrandır insanlar dəyişib, belə mahnılarla gənclərin zövqü korlanıb. Bugünkü nəsil Fikrət Əmirovu, Qara Qarayevi, Şəfiqə Axundovanı, Sara Qədimovanı tanımırlar. Telekanallarda gənclərə həmin bayağı ifaçıları təqdim edirlər.

- Və gənclər də bu şəkildə məşhur olmağın daha rahat olduğunu görüb, onların yolunu davam edirlər.

- XXI əsrdir, texnika dövrüdür hər bir insan rahat şəkildə məşhur ola bilər. Sosial şəbəkədə boş videolarla, alt paltarını, ayağını çəkib gündəmi zəbt edirlər. Bu sənət deyil axı. Bunların qarşısı alınmalıdır. Dövlət interneti kəsməlidir. Yoxsa ona qədər musiqi də düzəlməyəcək, sosial şəbəkələrdə kim kimi vurmaq istəyirsə telefona çəkib “İnstagram”a atıb özlərini biabr edəcəklər. Bilirsiniz problem nədədir? Biz tənqidlə təhqiri səhv salırıq. Bunu öyrənməyənə qədər musiqimiz nəinki inkişaf edəcək, elə yerimizdə addımlayacağıq. Türkiyədə şou-biznes ifaçılarına hörmət var. Sənət adamlarına hörmət edirlər. Çünki insanları yormurlar. Konsert verdikləri zaman demirlər ki, “son mahnımı da oxuyum, qaçım”. Burda hər şeyin qayda qanunu, sənətə, mədəniyyətə hörmət var. Bizim şou biznes günü gündən ölümə məruz qalır. Son nəfəsini verən şou biznesi diriltmək isə mümkün deyil. Yalnız bir yolu var, peşəkar insanlar yenidən cəlb olunduqdan və hər şey nəzarətə götürüldükdən sonra musiqidə inqilab etmək olar.

- Bu işdə prodüserlərin də üzərinə böyük yük düşür.

- Azərbaycanda “prodüser”lər çoxdur, amma savadlı, işini bilən peşəkar prodüserlər azdır. Azərbaycan şou biznesində 3 prodüser var hər ki, istədikləri zaman gündəmi zəbt etdirlər. Bu 20 ildir ki, belədir 20 ildən sonra da belə olacaq. Onlardan biri mənəm, biri Tarix Əliyev (Tolik), biri də Təranə Səmədovadır. Biz gündəm prodüserləriyik. İstədiyimiz zaman gündəmi də zəbt edirik, milyonlar da qazana bilirik. Bunu hamı da bilir.

- Bu gün şou biznedə kimlər at oynadır?

- Bu gün şou-biznesində sənəti olmayanlar at oynadır.

- Kimlər məsələn?

- Afətlər, Damlacıqlar, Şəbnəmciklər, savadsız dünya görüşü olmayanlar gündəmi zəbt ediblər. Bu da ondan irəli gəlir ki, nə qədər ki, biz sənətə, sənətkara qiymət verməyəcəyiksə belə də davam edəcək. Çünki onların day daylarının olduğunu hər kəs bilir. Biri çıxıb deyir ki, “mən sənətkaram” amma halbuki sənəti yoxdur. Kimin pulu var deyir “mən ağayam”. Bu gün Azərbaycanda dəyərli səntəkralar, gözəl ifaçılara şərait yaratmırlar ki meydana çıxsınlar.
Amma bir şeyi də unutmayın ki, sənət, savad pulnan alınmır. Sənətdə olan bəzi insanlarda bunların heç biri yoxdur. Müğənni o deyil ki, səsi olsun. Müğənninin əxlaqı, tərbiyəsi, savadı, istedadı hamısı yerində olmalıdır. Bizim şou biznesdə çox problemlər var. Günü gündən də artır. Bizdə Musiqi Şurası olmalıdır. Orada heç bir hörmət, izzət, rüşvət keçməməlidir. Türkiyədə necə varsa ildə bir dəfə konfransları olur. Mən də müraciət etmişəm onlara. Biz onlardan hələ çox şey öyrənməliyik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59
Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54
Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46
“Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33
Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15
İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06
"Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01
"Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56
"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42
Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Türkiyə və Ermənistan Ani körpüsünü birlikdə bərpa edəcək
Dünən, 16:52
Paşinyan əlini daha da gücləndirir: - Rusiyaya qarşı gediş
Dünən, 16:28
Darvaza önündə maşın saxlayanları cərimə etmək mümkün deyil - ÇÜNKİ...
Dünən, 16:21
Bu il 66 alimə elmi dərəcə verilməsindən imtina olunub - İLGİNC
Dünən, 16:11
Prezident İlham Əliyev Azərbaycan xalçaçılarını “Tərəqqi” medalı ilə təltif edib - SİYAHI
Dünən, 16:08
Türkiyədə inflyasiya azalsa da, hələ də dünyada 6-cı sıradadır
Dünən, 16:06
“Biz görməmişik ki, kimsə arvadını döysün, o da çıxıb getsin” - deputat
Dünən, 16:03
“Bu bina indi eybəcər görünürsə, 30-50 ildən sonra...” – tanınmış memar
Dünən, 16:00
İcra hakimiyyəti ilə keçmiş nazirin şirkəti arasında 2000 manatlıq müqavilə - TƏFƏRRÜAT
Dünən, 15:53
Yaşar Ömərov yaşıllıqlara qənim kəsilib... - AXI NİYƏ?
Dünən, 15:48
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - FOTO
Dünən, 15:33
Vado Korovinin yerinə bu şəxs təyin edildi - BUNDAN SONRA...
Dünən, 15:29
AZAL ADNSU ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Dünən, 15:23
Sərkisyanın partiyasından Makrona cavab: - Nikola görə ikiüzlülük edir
Dünən, 15:22
Azərbaycanda dövlət ucuz kirayə ev verəcək? - AKTUAL
Dünən, 15:21
Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib - FOTO
Dünən, 15:14
“Azər Maya İstehsal” QSC formasını dəyişdi — 10.7 milyon manatlıq səhmlər ləğv edilir
Dünən, 15:09
AQC üzvlərinə yeni vəsiqələr təqdim olunub - VİDEO
Dünən, 15:06
Paşinyana səs vermək sülhə və Avropaya səs verməkdir - Natiq Cəfərli
Dünən, 15:03
“Hacı Mail hal əhli olub” - Ziyad Səmədzadə dostluqdan DANIŞIR
Dünən, 14:58
Tanınmış həkim vəzifəsindən azad olundu - FOTO
Dünən, 14:55
TƏBİB-in İcraçı direktoruna 3 yeni müşavir təyin olunub - ADLAR...
Dünən, 14:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru