Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                     Azərbaycanda müğənni əməliyyatdan sonra öldü .....                     Paşinyan Bakıya belə gələcək .....                     Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır .....                     Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb .....                     Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb .....                     Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib .....                 

Alim Qasımovdan dünya şöhrətli sənətkara ETİRAZ
Tarix: 23-11-2020, 11:14 | Çap et
Alim Qasımovdan dünya şöhrətli sənətkara ETİRAZ
Fransanın məşhur “Le-Figaro” nəşri dünya miqyaslı tanınmış sənətkarların bir neçəsinın Qarabağda separatçılığı dəstəkləyən fikirlərini çap edib. Onların arasında violonçel ifaçısı Yo YO Maya da var.

Azərbaycanın xalq artisti, UNESCO Beynəlxalq Musiqi Mükafatı laureatı, xanəndə Alim Qasımov 10 il ərzində “İpək yolu” layihəsi çərçivəsində əməkdaşlıq etdiyi dünya şöhrətli violonçel ifaçısı Yo Yo Maya açıq məktub yazıb. Lent.az məktubun mətnini təqdim edir:

"Cənab Ma!

Azərbaycandan sizə salam və sayqılarımı ünvanlayaraq bildirmək istəyirəm ki, müəllifi olduğunuz “İpək Yolu” layihəsi çərçivəsində 10 ildən artıq sürən faydalı əməkdaşlığımızı daim məmnunluq hissi ilə xatırlayır, yaradıcılığınızı diqqətlə izləyirəm.

Sosial şəbəkələrdə yayılan son çıxışlarınızdan birində erməni bəstəkarının əsərini ifa edərək sülhə çağırış etmənizin milliyətçi ünsürlər tərəfindən yanlış yozulmasına olduqca təəssüflənirəm. Belə hesab edirəm ki, dünyada sənəti ilə tanınan böyük simaların adlarından siyasi məqsədlərlə yararlanma halları yolverilməzdir.

Cənab Ma, əməkdaşlıq etdiyimiz illər ərzində sizin barış tərəfdarı olduğunuzun, irqçiliyə və millətçiliyə nifrət bəslədiyinizin şəxsən şahidiyəm. Bütün dünyada tanınan “İpək yolu” Ansamblında rus, ingilis, azərbaycanlı, yəhudi, amerikalı, çinli, hind və s . virtuoz ifaçıların heç bir ayrı-seçkilik qoyulmadan, səmimi dostluq şəraitində çalışdıqları hər kəsə, o cümlədən bu Ansamblla uzun illər birgə işləmək şərəfinə nail olmuş muğam qrupuma, mənə və qızım Fərqanə Qasımovaya açıq-aşkar bəllidir. Sanıram ki, əsərlərini ifa etdiyiniz Azərbaycan bəstəkarları Firəngiz Əlizadə və Cavanşir Quliyev də mənim bu fikirlərimlə şərikdirlər. Heyiflər olsun ki, yüksək mənalardan bixəbər olan, yalnız xırda maraqlarından çıxış edən insanlar bunu anlamırlar.

Elə məhz bu səbəbdən mənfur millətçilər Sizin son çıxışınızı Azərbaycana qarşı müharibə aparan Ermənistana tərəfdaşlıq aksiyası kimi təqdim edirlər. Bu informasiyanı yayanlar, gərək ki, “İpək yolu” Ansamblı ilə azərbaycanlı sənətçilərin 2008-ci ildən başlayaraq davam edən möhtəşəm “Leyli və Məcnun” layihəsini xatırlamırlar. Halbuki məhz bu layihə ilə ABŞ, Avropanın və Asiyanın ən nüfuzlu salonlarında konsertlər vermiş, islamofobiyanın geniş yayıldığı vaxtlarda İslam mədəniyyətinin incisi sayılan “Leyli və Məcnun” hekayəsi ilə sülh və sənət məramımızı birlikdə və açıq bəyan etmişdik. Qoy millətçilik xəstəliyinə tutulmuş kəslər anlasınlar ki, sənət cılız iddialardan çox üstündür və erməni bəstəkarının əsərini ifa edən Yo Yo Ma illər ərzində, ildə bir neçə dəfə dahi azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz əsərini violonçeldə sevə-sevə ifa edib. Buna əmin olmaq, layihənin miqyasını anlamaq üçün internetdə sadə bir axtarış vermək kifayətdir.

Cənab Ma! Sizinlə dəfələrlə qədim muğam sənəti haqqında söhbətlərimiz olub. Azərbaycan muğamının beşiyi olan Qarabağın, əsərlərini böyük məmnuniyyətlə ifa etdiyiniz Üzeyir Hacıbəyovun vətəni Şuşa şəhərinin 30 ildən bəri işğal altında olunduğundan yəqin ki, xəbərdarsınız. Bildiklərinizə yalnız bunu əlavə etmək istərdim: Azərbaycan Dövləti və Azərbaycan xalqı bütün beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunmuş ərazi bütövlüyünü bərpa etdi. Erməni millətçilərinin, separatçıların iftiralarına rəğmən, bu Haqq və Həqiqət savaşı idi. Azərbaycanı terrorçu dövlət kimi təqdim edənlərin nə hüquqi, nə tarixi baxımdan heç bir əsası olmadığı kimi, müharibə cinayəti törədərək, cəbhə zonasından xeyli uzaqda, Gəncə, Bərdə, Tərtər şəhərlərində günahsız insanları- qadınları, körpələri gecə yatdıqları zaman raket və bombalarla qətlə yetirən cinayətkar erməni hakimiyyətinin də heç bir bəraəti yoxdur!

Bütün tərəqqipərvər bəşəriyyət bu fikirdədir ki, müharibələr insanlığa qarşı bir fitnədir. Bununla belə, indiki şəraitdə sülhsevər xalq olaraq, azərbaycanlıların yalnız təcavüzkara qarşı sivil sakinləri qorumaq və işğal olunmuş torpaqlarını yenidən qaytarmaqdan başqa məqsədi yoxdur. Əslində Azərbaycan xalqı beynəlxalq qurumların sənədlərdə təsdiqlədikləri müddəaları övladlarının qanı bahasına həyata keçirib. Qarabağ savaşını biz başlamadıq, amma dinc insanları doğma yurdlarından qovan, Xocalı soyqırımı kimi qətliamlar törədən, etnik təmizləmə aparıb azərbaycanlıları əvvəlcə Ermənistan, sonra isə Dağlıq Qarabağdakı dədə-baba yurdlarından zülmlə qovan, beynəlxalq qurumların qəbul etdikləri qətnamələrə, sülh çağırışlarına məhəl qoymayan, məsuliyyətsiz bəyanatlar verərək millətlər arasında nifaqı dərinləşdirən, terroru dəstəkləyən separatçı qüvvələr hökmən cəzalarını alacaqlar...

Və o zaman mən şəxsən Sizi böyük Azərbaycan korifeylərinin Vətəni olan Qarabağa, o cümlədən Üzeyir Hacıbəylinin Şuşadakı evinə dəvət edəcəyəm.

Müharibələr başlayır və bitir. Əbədi insani dəyərlər və sənət isə daim yaşayır. Elə buna görə də Sizin kimi böyük sənətkarın adının cılız insanların mənfur məqsədləri naminə hallanmasına əsla izn verməyəcəyəm".

Hörmətlə

Alim Qasımov.

Alim Qasımovdan dünya şöhrətli sənətkara ETİRAZ










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Bu gün, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Bu gün, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Bu gün, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Bu gün, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Bu gün, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Bu gün, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Bu gün, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Bu gün, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Bu gün, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Bu gün, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Bu gün, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Bu gün, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48
Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44
“NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22
Nicat Qocayev BU VƏZİFƏYƏ təyin olundu - FOTO
Bu gün, 12:20
Neytral ölkə erməni tərəfə keçdi – Daha bir anti-Azərbaycan yığıncağı
Bu gün, 12:18
Aİ standartlarına uyğunluq Ermənistanın birinci dərəcəli məqsədidir - Paşinyan
Bu gün, 12:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru