"Qədir əmi, Ağdam sənin ad günündə alındı!"
Tarix: 20-11-2020, 16:23 | Çap et
 Şükürlər olsun, tənimizin ən böyük yararlarından birinə bu gün məlhəm qoyuldu: 20 noyabr, 2020-ci il – Ağdam işğaldan azad olundu...
Bu səhər “20 noyabr” deyəndə ağlımda bir isim şimşək kimi çaxdı: Qədir Rüstəmov...
Bu gün həm də Qədir əminin doğum günüdür.
Həm də yubiley ad günü.
Onun düz 85 yaşı tamam olur.
Qədir Rüstəmov dünyadan Ağdam işğal olunan gün köçmüşdü, bəli, ondan sonrakı ömrü bu dünyadan sayılmaz.
O 18 ili Qədir burda deyildi. Əldən çıxmış çərpələng tək məramını itirmişdi.
Ağdam çərpələng kimi pərdə-pərdə ilahiyə qalxan Qədir Rüstəmovu tutan qol idi. Qədir Ağdama köklənib pərvazlanırdı. O gün ki Ağdam getmişdi, Qədir də elədən belə əsən küləklərdə kimsəsizliyi ilə baş-başa qalmışdı. Onsuz da havalı idi, Ağdamdan sonra yerlə irtibatı tamam kəsildi.
Qədir Rüstəmova ev, maşın, “Şöhrət” ordeni verilmişdi, ancaq onun xurcununun Ağdam gözü boşaldığına görə o biri gözə nə qoysalar, yüngül gəlirdi.
Qədir Rüstəmov ipə-sapa yata bilmirdi.
Ağdamdan sonra yer üzündə onun çərpələnginin sapını saxlayacaq bir qüvvə tapılmadı. Heç bir harmoniyaya qoşulub taraz hərəkət eləyə bilmirdi. Duranda əllərini qoymağa yer tapmırdı, danışanda fikri ağzından çıxan sözləri sevmirdi... Çarəsizlikdən bağrı yarılmasın deyə bütün cümlələrinin sonunda əlini xəzəl kimi yelləyib, əşşi deyirdi...
Qədir Rüstəmov haqqında bir filmin kadrarxasına baxırdım, çox çalışdı oxusun, alınmadı. Nəsə, səsi sözünə baxmırdı. Bir neçə saniyə susub dedi, mənimki oxumaq deyil, canımla əlləşirəm.
Bunu eşidib yarım saat ağlamışdım.
Doğrudan da Qədirinki oxumaq deyildi. Buna başqa ad tapılmalıdır. “Sona bülbüllər”də Seyid Əzimin misralarını nərdivan edib qalxdığı mərtəbələrdən “oxumaq müstəvisi”ndə söz açmaq insafsızlıq olar...
Eyləməz aşiqi bir lütf ilə xürrəm, ya rəb, Bu nə rəftardır ol sərvi-xuramanımda?
Qədir Rüstəmov bu beyti oxuyarkən “ya rəb”i gözlərini dəqiq bir ünvana zilləmiş adam kimi deyir. İnsan bəndəsi onun üçün bəlli olmayan bir varlığa bu qədər dəhşətli səslə müraciət edərmi? O “ya rəb”dən sonrakı zənguləsi oxumaq deyil, nəuzi-billah, meracdır.
Qədir Rüstəmovun gəzişi, danışığı, bütün həyatı elə o zənguləyə oxşayır. O zənguləni gözümüzdə şəkilləndirsək, burdan ərşəcən uzanan bir Qədir Rüstəmov görərik.
Qədirin ayağını yerdən üzən Ağdamın onu doğum günündə bizə qayıtmasında isə mütləq bir ilahi bağ var.
Qədir Rüstəmov xəstəxanada komada olarkən yazıçı Aqil Abbas ona baş çəkməyə gedir. Heç bir səsə, görüntüyə reaksiya vermədiyini biləndə deyir:
“Qədir, Ağdam alındı!”
Bu vaxt Qədir Rüstəmovun barmağı tərpənir.
Həyat yoldaşı da təsdiq edir ki, Qədir o səsi eşitdi!
Yəqin ki, bu dünyadan min əzab, naləylə ayrılan Qədiri yerdən necə səsləsək də, eşitməz.
Bircə Ağdamdan başqa!
Qədir əmi, Ağdam alındı!
Sərdar Amin //lent.az//


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Sevən onsuz da hər halı ilə sevir"
Bu gün, 17:27 |
|
|
|
| • Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Bu gün, 17:23 |
|
|
|
| • İrəvandan Pezeşkiana zəng edəcək
Bu gün, 17:14 |
|
|
|
| • Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Bu gün, 17:04 |
|
|
|
| • Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Bu gün, 17:01 |
|
|
|
| • Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:57 |
|
|
|
| • Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Bu gün, 16:51 |
|
|
|
| • "Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Bu gün, 16:41 |
|
|
|
| • Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Bu gün, 16:38 |
|
|
|
| • Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:35 |
|
|
|
| • BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Bu gün, 16:28 |
|
|
|
| • Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Bu gün, 16:18 |
|
|
|
| • Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Bu gün, 16:12 |
|
|
|
| • İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Bu gün, 16:08 |
|
|
|
| • Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Bu gün, 16:05 |
|
|
|
| • “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Bu gün, 16:00 |
|
|
|
| • Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Bu gün, 15:53 |
|
|
|
| • Expressbankda yeni təyinatlar - DOSYE
Bu gün, 15:47 |
|
|
|
| • Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Bu gün, 15:45 |
|
|
|
| • Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Bu gün, 15:41 |
|
|
|
| • Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Bu gün, 15:37 |
|
|
|
| • Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Bu gün, 15:33 |
|
|
|
| • "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Bu gün, 15:29 |
|
|
|
| • Rüfət Səfərov şahidlə üzləşdirildi
Bu gün, 15:26 |
|
|
|
| • "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Bu gün, 15:22 |
|
|
|
| • Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Bu gün, 15:19 |
|
|
|
| • Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Bu gün, 15:09 |
|
|
|
| • Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Bu gün, 15:01 |
|
|
|
| • Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:55 |
|
|
|
| • ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Bu gün, 14:52 |
|
|
|
| • Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Bu gün, 14:39 |
|
|
|
| • “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Bu gün, 14:37 |
|
|
|
| • AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Bu gün, 14:36 |
|
|
|
| • AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Bu gün, 14:30 |
|
|
|
| • Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Bu gün, 14:28 |
|
|
|
| • Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Bu gün, 14:05 |
|
|
|
| • "Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Bu gün, 13:59 |
|
|
|
| • Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Bu gün, 13:56 |
|
|
|
| • Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Bu gün, 13:54 |
|
|
|
| • Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Bu gün, 13:48 |
|
|
|
| • Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Bu gün, 13:36 |
|
|
|
| • Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Bu gün, 13:00 |
|
|
|
| • Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Bu gün, 12:59 |
|
|
|
| • Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Bu gün, 12:57 |
|
|
|
| • 300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Bu gün, 12:54 |
|
|
|
| • Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Bu gün, 12:50 |
|
|
|
| • Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 12:48 |
|
|
|
| • Azərbaycanlı politoloqlar İrəvana getdi - “News.am” portalı
Bu gün, 12:44 |
|
|
|
| • “NEQSOL Holding” Teymur Tağıyevi baş əməliyyat direktoru təyin edib - FOTO
Bu gün, 12:42 |
|
|
|
| • Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi -FOTO
Bu gün, 12:22 |
|
|
|
|