Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı .....                     "İkiqat mühasibatlıq" qalmaqalı .....                     İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                 

"Mən o mahnını Faiq Ağayevə vermişdim"
Tarix: 23-10-2020, 13:07 | Çap et
"Mən o mahnını Faiq Ağayevə vermişdim"
Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri, şair-bəstəkar və həkim olan Şahin Musaoğlunun “Qafqazinfo”ya müsahibəsi:

- Şahin Musaoğlunun 30-a yaxın vətənpərvərlik mövzusunda mahnısı var. Buna “İgid əsgər, möhkəm dayan”, “Cənab Leytenant”, “Çağırır Vətən” və digərlərini misal çəkə bilərik. Həmin hərbi himnlər illər keçsə də, unudulmur. Tovuz, Aprel döyüşlərində də yada düşüldü. Siz ixtisasca həkimsiz, necə oldu ki, bu cür yaddaşlardan silinməyən mahnıların müəllifi olduz?

- 1-ci Batalyon, yəni Şıxov Batalyonu Şəhidlər Xiyabanında and içib cəbhəyə yola düşmüşdülər. Onların əksəriyyəti Cəmillidə, Daşaltıda müharisəyə düşdü. Demək olar ki, çoxu şəhid oldu. Allah onlara rəhmət eləsin. Az hissəsi indi həyatdadır. Yəni mahnılarım o dönəmin panoraması, müharibə şəraitinin təəssüratları idi. Və “İgid əsgər, möhkəm dayan” mahnısının sözlərini yazdım. Günün birində fikirləşdim ki, bəlkə bu sözlərə bir musiqi bəstələyim? Akkordları bilirdim, musiqidən azdan-çoxdan başım çıxırdı. Azərbaycan muğamlarını da çox gözəl mənimsəmişdim. “İgid əsgər, möhkəm dayan”ın gitarada akkordunu tutdum və özüm üçün ifa elədim. Bundan sonra mənə sakitlik, rahatlıq gəldi. Anlatmaq istədiklərimi sözlərimlə, kəlimələrimlə yox, musiqi ilə demək istəyirəmmiş... Bu mahnıların tarixi belə başlandı.

- Mahnılarınız kimlərəsə həsr olunurmu? Məndə olan məlumata görə, “İgid əsgər, möhkəm dayan” hərbi himni qəhrəman Yusif Mirzəyevə həsr olunub. Bəs başqaları?

- Azərbaycanın milli qəhrəmanı Yusif Mirzəyev mənim ən yaxın dostum olub. O, şəhid düşdü. O vaxt dostlar arasında belə bir qərara gəldik ki, şəhidimizin 40 mərasimi günü yayımlanacaq sənədli bir film ərsəyə gətirək. Layihənin sonunda ilk dəfə “İgid əsgər, möhkəm dayan” mahnısı səsləndirildi. Nə mahnının müəllifi kimi mənim, nə də ifaçı Şəmistan Əlizamanlının adı qeyd olundu. Biz sadəcə dost sevgisindən belə bir layihəni ona hədiyyə etdik. İddiam olmayıb ki, belkə mahnılar yazaraq ad, şöhrət qazanım.

“Cənab Leytenant” sayca 7-ci mahnımdır. “İgid əsgər”dən sonra “Çağırır Vətən”, “Ağ ümid”, “Birinci Batalyon”, “Əsgər Vətən əmanəti”, “Qalx Azərbaycan”ı (İstiqlal marşı) yazdım. Bütün bunlar müharibə təəssüratları idi. Mən Müdafiə Nazirliyinin Tibb İdarəsinin, Sənədli Filmlər Kinostudiyasının əməkdaşı idim. Həmçinin, qəzet-jurnallara material verirdim. Yəni belə bir qızğın iş gedirdi. İstər-istəməz cəbhə bölgəsində olursan, səngər həyatının nə demək olduğunu bilirsən. Həkim olaraq yaralılara ilk tibbi yardım göstərirsən. Əgər ilkin tibbi yardımı doğru edirsənsə, sonrakı etaplarda biz yaralını həyata qaytarırıq. Həkim olaraq bunları görə-görə, o hisslərin sayəsində mahnılar yarandı.

Mənə bir şəhid ailəsi yaxınlaşıb soruşdu ki, “Cənab Leytenant” mahnısını bizim şəhidə həsr etmisiz? İnsandır, həmin vaxt susmuşam, həqiqəti ona danışmamışam. Amma mənim mahnılarımın hamısı bütün əsgər, zabit, qazi və şəhidlərimizin hər birinə həsr olunub.

İlk dəfə “İgid əsgər, möhkəm dayan”ı yazmışam. Çox populyar olmuşdu. Günlərin bir günü “Salyanski kazarma”nın (indiki Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzi) yanından bir qrup əsgər həmin mahnını oxuya-oxuya yolu keçirdilər. Hərəkət dayanmışdı. Yolu keçən insanlar İlk Azərbaycan Ordusuna fəxr, qüsur hissi ilə tamaşa edirdi. Mən də onların arasında idim. Birdən yanımda olan ağsaqqaldan söz almaq, mahnı barədə fikrini soruşmaq istədim. Deyə də bilmirəm ki, marşın müəllifi özüməm.

Soruşdum ki, ağsaqqal necədir?

Çevrilib mənə acıqlı baxdı, dedi ki, yaxşıdır. Amma burada veyil-veyil gəzməkdənsə, onlara qoşulsan daha yaxşı olar (gülür).

- Əksər mahnılarınızı Şəmistan Əlizamanlı ifa edib. Onunla ilk tanışlığınız necə yarandı?

- Mənim Şəmistan Əlizamanlı ilə ilk tanışlığım Müdafiə Nazirliyinin Tibb İdarəsinin əməkdaşı olduğum vaxtlarda baş verib. Ş. Əlizamanlı o vaxt hərbi diktor idi. Qəhrəman Yusif Mirzəyev bizim münasibətlərimizin formalaşmasına vəsilə oldu. Çalışdığım xəstəxanada Yusif Mirzəyev müalicə alırdı. Və Şəmistan Əlizamanlı onun yanına gəlirdi. Dedi ki, mənim də səhhətimdə problemlər var. Yusif Mirzəyevlə bir palatada yatmalı oldular. Daha sonra “İgid əsgər, möhkəm dayan” mahnısını da Yusif Mirzəyevin istəyi ilə Şəmistan Əlizamanlı oxudu. Halbuki mən o mahnını Faiq Ağayevə vermişdim. Faiq həmin vaxt ya Yalta, ya da Sankt-Peterburqda müsabiqəyə qatılmışdı. Demişdi ki, 20 gün sonra qayıdacaq və həmin mahnını ifa edəcək. Lakin alınmadı.

- İndi münasibətləriniz necədir?

- Şəmistan Əlizamanlı ilə arada tədbirlərdə görüşürük, bir yaradıcılıq layihəmiz də var. İnşallah, sağlıq olsun, reallaşdıracağıq. Əvvəlki sıx təmasımız yoxdur, amma münasibət davam edir.

- “Cənab Leytenant”​ mahnısının girişində bir xanım ifa edir. O ifaçı kimdir? Əksəriyyəti bu barədə məlumatsızdır.

- “Cənab Leytenant” mahnısı üçün bir xanım səsi lazım idi. Biz Nəsibə xanımın üzərində dayandıq. Çox da gözəl alındı. Nəsibə Bədəlbəyli hazırda da xorda fəaliyyətini davam etdirir. Şəmistan Əlizamanlı mahnını tək də, daha sonra Nuriyyə xanımla da ifa edib. Amma mənə elə gəlir ki, Nəsibə ilə olan duet daha orijinaldır.

- Təbiidir ki, bu cür mahnıların səsləndirilməsi insan psixologiyasına təsir edir. Müharibə dövründə, qələbəyə bu qədər yaxın olduğumuz bir vaxtda isə ümumiyyətlə ruh yüksəkliyi yaradır.

- Qədim dövrdə döyüşlər belə deyildi. Keçmişdə əlbəyaxa, qılınc, ox döyüşləri idi. Hər iki tərəf bir-birinə girirdi, aləm qarışırdı. Ancaq bayrağa baxırdılar, o yuxarıda idisə, demək qalib tərəfdirlər. Əgər əksi olarsa, məğlubiyyətlərinin şahidi olurdular.

Türklər maraqlı bir şey fikirləşdi, musiqiçiləri bayraqla bir tutdular. Belə ki, döyüş başlamamışdan qabaq insanları vahiməyə salacaq zərb və nəfəs alətləri ilə musiqi səsi eşidilirdi. Atlarının səsi gəlməmiş musiqini düşmən eşidib lərzəyə gəlirdi. Daha sonra döyüşdə də musiqi çalınırdı. Əgər musiqi döyüş boyu davam edirdisə, demək ki, həmin ordu udur və qalib gələcək. Musiqi eyni zamanda savaşın özünə savaş açmaqdır. Yəni savaşmayın, sülh yaradın.

Dünyanın hansı yerində görə bilərsiz ki, insanlar bizdəki kimi həvəslə cəbhəyə gedirlər? Valideynlər də toy-bayramla, musiqi ilə onları yola salırdılar.

Son döyüşdə biz özümüzü tanıdıq. Bu gün Ordumuzun igidlik göstərməsinin əsas səbəbi budur. İnsanlar bildilər ki, bu, problem bizimdir. Biz bundan sonrakı nəslə bu problemləri qoyub gedə bilmərik.

Mən 10 il musiqidən uzaqlaşdım, sadəcə həkimlik peşəmlə məşğul oldum. Meydanı digər bəstəkarlara verdim. Amma gördüm ki, əsərlərimə ehtiyac var, geri qayıtdım.

- Son döyüşlər, Aprel və Tovuz döyüşləri barədə nələrsə yazmaq niyyətiniz var?

- Çox hörmətli şəhid Generalımız Polad Həşimovla bağlı hətta məşhur simalar, şairlər müraciət etdi ki, mahnı yazaq. Açığı, özümü buna hazır hiss etmədim. Bir general bir orduya bərabərdir. Amma Polad bir neçə orduya bərabər general imiş. Biz onu şəhid düşəndən sonra anladıq. Mənim içimdə o gücü tapıb onun qəhrəmanlığını, rəşadətini, bir insan olaraq şəxsiyyətini ortaya qoya biləcək əsər yazmağa əlim gəlmədi. Qorxdum ki, layiqincə təsvir edə bilmərəm. İçimdə var, zaman gələcək, Polad Həşimov barədə musiqi əsəri yaradacam. Eləcə də digər şəhidlər barədə...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – Şok detallar
Dünən, 20:54
"İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Dünən, 20:52
İcra başçısının köməkçisi vəfat etdi
Dünən, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Dünən, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Dünən, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Dünən, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Dünən, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Dünən, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Dünən, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Dünən, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Dünən, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Dünən, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Dünən, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Dünən, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Dünən, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Dünən, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Dünən, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Dünən, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Dünən, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Dünən, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Dünən, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Dünən, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Dünən, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Dünən, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Dünən, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Dünən, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Dünən, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Dünən, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Dünən, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Dünən, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Dünən, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Dünən, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Dünən, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Dünən, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Dünən, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Dünən, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Dünən, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Dünən, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Dünən, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Dünən, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Dünən, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Dünən, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Dünən, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Dünən, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Dünən, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Dünən, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Dünən, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Dünən, 12:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru