Əsas Səhifə > Ana xəbər / Güney Press > SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlar
SSRİ bayrağı, “Georgi lenti” və milyonluq ittihamlarBu gün, 11:00 |
|
Bu gün, mayın 20-də İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək. Həmin görüntülərin kamera qeydlərində əks olunduğu bildirilir. Bu hadisədən sonra İmişli Rayon Polis Şöbəsinin rəisi polkovnik Azər Tağıyevin təkidi ilə materiallar məhkəməyə göndərilib və Saleh Səmədov 30 sutkalıq inzibati həbs cəzası alıb. Daha sonra apellyasiya şikayəti nəticəsində cəza müddəti 15 sutkaya endirilib. İddialara görə, həmin dövrdə Saleh Səmədov əlaqələrindən istifadə edərək cəzanın yüngülləşdirilməsinə və ya faktiki olaraq həbsdə saxlanılmamasına çalışıb. Onun yaxın münasibətdə olduğu deyilən bəzi nüfuzlu şəxslərin də prosesə müdaxilə etməyə cəhd göstərdiyi bildirilir. Lakin nəticədə Səmədov cəzasını tam şəkildə çəkdikdən sonra azadlığa buraxılıb. Hazırda Saleh Səmədova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Həmin maddələrin sanksiyasında 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Geri qayıt |