Qəbələ icra hakimiyyəti XALQA QARŞI .....                     Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər .....                     “Pilgrim Education”un QURBANLAR SİYAHISI .....                     Xalq artistində ağır xəstəlik aşkarlandı .....                     Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır .....                     "Fidan Baby" dövlətə BORCLANDI .....                     "Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" .....                     Adil Kərimlidən yeni təyinat .....                     “Putin NATO-su”ndan Zəngəzur .....                     “Yeməkləri evlərinə aparırlar” .....                     YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı .....                     “Həmin vaxt o dünyanı görüb gəldim” .....                     Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq .....                     Bakını susuz qoyanlar .....                     Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb .....                     Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi .....                     Sənədsiz evlərlə bağlı təklif: .....                     Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil .....                     Bakının bu ərazilərində torpaq qiymətləri .....                     9 ildir aliment ödəməyən kişi .....                     Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? .....                     Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır .....                     Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: .....                     Moskva İrəvanı indi də belə hədələdi .....                     Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır .....                     Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib .....                     Qalibaf Bakıda açıqladı .....                     XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... .....                     Taxta materialları bahalaşdı .....                     Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi .....                     Azərbaycanlılar Tiflis vağzalında qalıb .....                     Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? .....                     Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı .....                     Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... .....                     Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq .....                     Bu icra başçıları yola salına bilər, yerinə isə... .....                     Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş .....                     Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır .....                 

Bakının İrəvana son“ev tapşırığı” - axırıncı konstitusiya günü
Tarix: 8-07-2025, 08:51 | Çap et

İyulun 5-i Ermənistanda konstitusiya günü qeyd edilib. Faktiki mövcud olmayan bir dövlətin konstitusiya günü. Çünki Ermənistan adında dövlətin bərqərar olmasına ən böyük əngəl elə onun indiki konstitusiyasıdır.

Ötən həftəsonu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan isə jurnalistlərə açıqlamasında bildirib ki, yaxın iki həftə ərzində konstitusiya islahatları üzrə şuranın iclası çağırılacaq və ondan sonra geniş ictimai müzakirələr təşkil olunacaq. Onun sözlərinə görə, yeni “Əsas Qanun”un mətni hazır deyil, bu səbəbə nazir indidən detalları açıqlamaqdan imtina edib. Qalyan bildirib ki, şura ilkin mərhələdə əsas prinsipləri müzakirə edəcək.

“Bəzi məsələlər üzrə aydınlıq olsa da, digərləri hələ açıq qalır. İctimai müzakirələrin nəticəsində çox şey dəyişə bilər,” - deyə o diqqətə çatdırıb. Qalyan həmçinin deyib ki, konstitusiya layihəsinin hazırlanması üçün əvvəlcədən müəyyən edilmiş vaxt dəyişməyib - sənəd gələn ilin yazında hazır olacaq. Referendumun vaxtı da hələlik qeyri-müəyyəndir. Buna müzakirələr nəticəsində qərar veriləcək.

Bu ilin yanvarında isə Qalyan bəyan etmişdi ki, Ermənistan Konstitusiyasının yeni mətni 2026-cı il parlament seçkilərinə qədər (iyun) hazır olmalıdır. Jurnalistlərin “Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadın saxlanılıb-saxlanılmayacağı” ilə bağlı sualına cavab olaraq isə nazir bildirib ki, bu məsələyə Konstitusiya İslahatları Şurası qərar verəcək. Yəni bu da istisna deyil.

Məlum olduğu kimi, sözügedən istinadın konstitusiyadan çıxarılmasını rəsmi Bakı sülh müqaviləsinin imzalanması üçün əsas şərt-tələbidir. İnsafən Paşinyan hökuməti bu yöndə səylər göstərir. O sırada “real Ermənistan” narrativi ilə xəstə erməni şüurunu “müalicə etməyə” çalışır. Radikal-revanşist düşərgədəki son həbsləri bu strategiyanın tərkib hissəsi sayanlar da var. 2025-ci ilin aprelində Nikol Paşinyan demişdi ki, konstitusiyanın yeni mətnində “Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır, lakin buna Ermənistan xalqı qərar verəcək”.

İndiki konstitusiyanın son dəfə ildönümünün qeyd edildiyini deyə bilərikmi? Ədliyyə nazirinin yuxarıdakı açıqlaması nədən xəbər verir? Bakının verdiyi əsas “ev tapşırığı”nı Paşinyanın yerinə yetirməyə gücü, zamanı və iradəsi çatacaqmı?

Deputat Günay Ağamalı "Yeni Müsavat"a bildirdi ki, Ermənistanın mövcud konstitusiyası regionda sülhə və sabitliyə yönəlmiş çağırışlarla birbaşa ziddiyyət təşkil edir: “İyulun 5-də Ermənistanda qeyd olunan "konstitusiya günü" real müstəqil və sülhə hazır olan bir dövlətin hüquqi əsası olmaq deyil. Revanşist və separatçı ideologiyanın hüquqi daşıyıcısına çevrilib. Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərindən biri olan Müstəqillik Bəyannaməsinə istinadın konstitusiyadan çıxarılması tələbi tam hüquqi və siyasi əsaslara söykənir. Çünki həmin istinad Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan yanaşmaları təşviq edir və gələcəkdə təxribatlara zəmin yaradır. Ermənistan ədliyyə nazirinin konstitusiya islahatları ilə bağlı verdiyi son açıqlama göstərir ki, Paşinyan hökuməti daxili müqavimətə baxmayaraq, bu istiqamətdə müəyyən addımlar atmağa çalışır".

Onun fikrincə, hələlik aydın olmayan məqamlar və bu istiqamətdə təşəbbüslər mövcuddur: “Bir məqamı da qeyd etmək istəyirəm ki, tərəflər arasında 6 oktyabr 2022-ci ildə Praqada Almatı bəyannaməsinə əsaslanan qarşılıqlı ərazi bütövlüyünün tanınmasına dair sənəd imzalanıb və bu hüquqi aktla rəsmi İrəvan de-yure olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Amma yaxşı anlayırıq ki, əgər hər hansı bir razılaşma ölkənin əsas qanununa uyğun deyilsə, onun yalnız kağız üzərində qalacağı qaçılmazdır. Məhz bu səbəbdən Ermənistan rəhbərliyinin konstitusiya islahatları keçirməsi zəruridir.

AĞ Partiya başqanının müşaviri Azər Hüseynov isə Ermənistanın indiki konstitusiyasının sadəcə problemlər törətməkdən başqa heç bir işə yaramadığını qeyd etdi: “Ermənistanın indiki konstitusiyası nəinki dövlət quruculuğuna xidmət etmir, əksinə, onun beynəlxalq hüquqda legitim statusunu, qonşularla münasibətlərini və regional sülh səylərini çökdürən bir mətndir. Qısaca desək, Ermənistanın "konstitusiyası" mövcud olan deyil, problem doğuran bir sənəddir. Ermənistanın konstitusiyası təkcə hüquqi sənəd deyil - o, ideoloji bir bəyanatdır. Həm militarist, həm ekspansionist, həm də panerməni bir vəsiyyətnamə funksiyası daşıyır. Təsadüfi deyil ki, sənədin preambulasında Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağla bağlı iddialar açıq şəkildə yer alır. Bundan əlavə, Ermənistanın dövlət rəmzləri - bayraq, gerb və himn başqa bir dövlətin - Türkiyənin ərazisi sayılan Ağrı dağını özündə daşıyır. Bu cür simvollar təkcə şüar deyil, beynəlxalq hüquqa açıq hörmətsizlik və siyasi iddia formasıdır. Ən ciddi məsələ isə odur ki, Ermənistanın aparıcı siyasi partiyalarının proqram sənədlərində, rəsmi bəyanatlarında Azərbaycan və Türkiyəyə qarşı yönəlmiş iddialar bu gün də qüvvədədir. Bu, Ermənistanın daxili hüquqi məkanında sülhə və normallaşmaya zidd olan elementlərin strukturlaşdığını göstərir. Yəni məsələ təkcə konstitusiyaya istinad deyil".

Onun fikrincə, dəyişikliklər mərhələli aparılır, çünki birbaşa cəhd Paşinyanın siyasi sonunu gətirə bilər: “Unudulmamalıdır ki, Paşinyan artıq bir dəfə - 2020-ci ildə 44 günlük müharibədə məğlubiyyətə baxmayaraq yenidən xalqdan mandat alıb. Bu, erməni cəmiyyətində də dönüş yaşandığını göstərir. İndi Ermənistan əhalisinin əhəmiyyətli bir hissəsi anlayır ki, "böyük Ermənistan" uydusu ilə yaşamaq mümkün deyil. Ermənistan reallığa qayıtmalı, qonşularla münasibətlərini normallaşdırmalı, regionda mövcud olmaq üçün hüquqi və siyasi doktrinasını dəyişməlidir. Əgər bu baş verməsə, Ermənistan növbəti onillikləri də iqtisadi blokada, geosiyasi təcrid və sosial çöküş içində keçirəcək. Sülh müqaviləsinin imzalanması yalnız sərhədlərin tanınması deyil. Bu, Ermənistanın gələcəyini seçməsi anlamına gəlir. Yəni konstitusiya dəyişməzsə, Ermənistan da dəyişməyəcək. Əgər dəyişmək istəyirsə, ilk addımını konstitusiyadan atmalıdır. Bəli, bu, Bakının verdiyi “ev tapşırığıdır”. Amma bu tapşırığın yerinə yetirilməsi təkcə Azərbaycanın yox, Ermənistanın da gələcəyi üçün vacibdir. Əks halda, “konstitusiya günü” bayram yox, faciə gününə çevriləcək".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qəbələ icra hakimiyyəti XALQA QARŞI - NARAZILIQ VAR...
Bu gün, 06:47
Bakıda su qıtlığı: Sakinlər ADSEA-nı kütləvi məhkəməyə verə bilər - AKTUAL
Bu gün, 06:35
“Pilgrim Education”un QURBANLAR SİYAHISI - bunu bir araşdıran olsa...
Bu gün, 06:33
Xalq artistində ağır xəstəlik aşkarlandı - “Müalicə olunmasam daha da pisləşə bilər”
Bu gün, 06:28
Hər şey yenicə başlayır və ən maraqlı hadisələr qabaqdadır - GƏLİŞMƏ
Bu gün, 06:26
"Fidan Baby" dövlətə BORCLANDI - Sahibini "QAÇQINKOM" ilə nə bağlayır?
Bu gün, 06:24
"Qoy mahnılarımı hamı oxusun, mən buna qarşı deyiləm" - Əməkdar artist
Bu gün, 06:20
Adil Kərimlidən yeni təyinat - ƏMR
Dünən, 18:03
“Putin NATO-su”ndan Zəngəzur XƏBƏRDARLIĞI
Dünən, 17:58
“Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Dünən, 17:56
YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı AÇIQLAMALAR
Dünən, 17:49
“Həmin vaxt o dünyanı görüb gəldim” - Xalq artisti
Dünən, 17:42
Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq - Köçəryan
Dünən, 17:40
Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?
Dünən, 17:38
Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir - Siyasi şərhçi
Dünən, 17:32
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Dünən, 17:29
Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb - SİYAHI
Dünən, 17:26
Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi - Ölkəsinə təhvil verildi
Dünən, 17:16
Sənədsiz evlərlə bağlı təklif: - Evin qiymətinin 3 faizini ödə, “kupça” al
Dünən, 17:12
Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil - Matevosyan
Dünən, 17:10
Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Dünən, 15:21
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Dünən, 15:18
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Dünən, 14:45
Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır - KİV
Dünən, 14:32
Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: - Top Rusiyada deyil..
Dünən, 14:30
Moskva İrəvanı indi də belə hədələdi – Simonyan elə şey TƏKLİF etdi ki...
Dünən, 13:19
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:16
Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib - DİQQƏT
Dünən, 13:05
Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Dünən, 12:10
XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Dünən, 12:05
Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Dünən, 12:03
Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 12:00
Azərbaycanlılar Tiflis vağzalında qalıb – Bilet tapılmır
Dünən, 11:49
Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:44
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTO
Dünən, 11:40
Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... - AKTUAL
Dünən, 11:34
Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq - SİYAHI
Dünən, 11:31
Bu icra başçıları yola salına bilər, yerinə isə... - AÇIQLAMA
Dünən, 11:28
Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş – Qalibafın səfərinin PƏRDƏARXASI
Dünən, 11:25
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır - MƏQALƏ
Dünən, 11:12
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
Dünən, 11:10
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - DİQQƏT!
Dünən, 11:02
CERT göstərişlərinə əməl etməyən “.az” saytları bağlana bilər
Dünən, 11:00
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Dünən, 10:59
“Jurnalist-bloger” həbs edildi - 10-dan çox şikayətçi var
Dünən, 10:54
ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? - Bred Şerman yenə yalanları sıralayıb
Dünən, 10:18
Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun – Onu Quba ilə nə bağlayırdı?
Dünən, 10:10
“TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - 4 il həbs cəzası
Dünən, 10:05
Ermənistanda həbslər davam edir, "Ayakve"nin koordinatoru Avetik Çalabyan saxlanılıb
Dünən, 09:59
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib
Dünən, 09:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru