Əsas Səhifə > Güney Press > Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayır
Fransa “ENGIE”sinə bağlı şirkət Azərbaycandakı filialını bağlayırBu gün, 06:29 |
|
Fransanın enerji nəhəngi ENGIE qrupuna bağlı olan “ENGIE E AND P ABSHERON B.V.” şirkətinin Azərbaycandakı filialı ləğv olunduğunu açıqlayıb. "DİA-AZ" xəbər verir ki, şirkət uzun illər Azərbaycanda fəaliyyət göstərib və ölkənin enerji sektorunda həyata keçirilən Abşeron qaz-kondensat yatağı layihəsində iştirak edib. Elanda qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirə bilərlər. “ENGIE E AND P ABSHERON B.V.” Niderlandda qeydiyyatdan keçmiş və Fransanın enerji şirkəti ENGIE qrupuna məxsus olan xüsusi layihə şirkəti idi. Şirkət Azərbaycanın Xəzər dənizində yerləşən Abşeron qaz-kondensat yatağının işlənilməsi layihəsində pay sahibi olub. ENGIE 2017-ci ildə Abşeron layihəsindəki iştirak payını sataraq layihədən çıxıb. Bundan sonra şirkətin Azərbaycandakı fəaliyyəti əhəmiyyətli dərəcədə məhdudlaşmışdı. Filialın ləğvi də layihədən çıxışdan sonra qalan hüquqi iştirakın yekunlaşdırılması kimi qiymətləndirilə bilər. Geri qayıt |