Rusiyanın Yaroslavl şəhərində neft obyekti vurulub.
"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə məlumat verib.
"Yaroslavl - Ukraynanın dövlət sərhədindən 700 kilometrdən artıq məsafə. Neft obyekti...", – o bildirib. Zelenski hansı obyektin vurulduğunu açıqlamayıb.









