Adil Kərimlidən yeni təyinat .....                     “Putin NATO-su”ndan Zəngəzur .....                     “Yeməkləri evlərinə aparırlar” .....                     YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı .....                     “Həmin vaxt o dünyanı görüb gəldim” .....                     Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq .....                     Bakını susuz qoyanlar .....                     Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir .....                     Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub .....                     Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb .....                     Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi .....                     Sənədsiz evlərlə bağlı təklif: .....                     Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil .....                     Bakının bu ərazilərində torpaq qiymətləri .....                     9 ildir aliment ödəməyən kişi .....                     Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? .....                     Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır .....                     Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: .....                     Moskva İrəvanı indi də belə hədələdi .....                     Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır .....                     Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib .....                     Qalibaf Bakıda açıqladı .....                     XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... .....                     Taxta materialları bahalaşdı .....                     Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi .....                     Azərbaycanlılar Tiflis vağzalında qalıb .....                     Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? .....                     Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı .....                     Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... .....                     Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq .....                     Bu icra başçıları yola salına bilər, yerinə isə... .....                     Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş .....                     Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır .....                     "Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     CERT göstərişlərinə əməl etməyən .....                     "Azərbaycan İstehlakçılar Şurası" yaradılıb .....                     “Jurnalist-bloger” həbs edildi .....                     ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? .....                     Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun .....                 

Serj Sarqsyan və dəstəsinin hədəfi: münaqişə, xaos və qarşıdurma - İNCƏLƏMƏ
Tarix: 24-05-2024, 10:00 | Çap et
Serj Sarqsyan və dəstəsinin hədəfi: münaqişə, xaos və qarşıdurma
Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiya prosesinə start verildikdən sonra iki ölkə arasında münasibətlərin normallaşmasının əleyhinə olan bir sıra qüvvələr Baqrat Qalstanyanın simasında “Vətən uğrunda Tavuş” hərəkatı ilə hərəkətə keçdilər. Təsadüfi deyil ki, baş nazir Nikol Paşinyanla xüsusi ədavəti olan, yenidən hakimiyyətə can atan daxili qüvvələr, partiyalar, müxalifət nümayəndələri də ilk gündən uğursuz olan bu hərəkata qoşuldular.

Müxtəlif məlumatların analizi isə sübut edir ki, Ermənistanın ikinci və üçüncü prezidentləri erməni keşişi və onun hərəkatını dəstəkləyirlər. Robert Koçaryan və Serj Sarqsyanın belə təşvişə düşməsinin səbəbi isə aydındır. Çünki demarkasiya prosesi ardınca sülh müqaviləsini gətirəcək. Sülh müqaviləsi isə iki ölkə arasında bir sıra sahələrdə əlaqələrin qurulması, bərpası və inkişafı deməkdir. Məhz belə ssenari eks-prezidentlərin yuxusuna haram qatıb. Hadisələrin belə inkişafı isə sülh müqaviləsindən sonra Azərbaycana qarşı müxtəlif hərbi cinayətlər törətmiş Koçaryan və Sarqsyan barədə cinayət işinin başladılması, hətta onların Bakıya ekstradisiya edilməsi ilə nəticələnə bilər. Arayik Harutyunyan, Bako Saakyan və Arkadi Qukasyanla kamera yoldaşı olmaqdan qorxan Serj və Robert bu səbəbdən bütün qüvvələrini səfərbər edərək Qalstanyanı dəstəkləyir, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması, müvəqqəti keçid hökumətinin yaradılması, yenidən seçkilərin keçirilməsi, konstitusiyaya onların xeyrinə dəyişikliklərin edilməsi kimi xam xəyallara düşüblər.

“Vətən uğrunda Tavuş” hərəkatı isə 26 may tarixinə mitinq elan edib və meydana çoxlu insan toplamaq üçün bir sıra şəxslərlə görüşlər keçirir. Baqrat isə məqsədə nail olmaq üçün nəinki siyasi və ictimai şəxslərlə, hətta mədəniyyət xadimləri və kriminal avtoritet Don Pipo ilə də danışıqlara gedir. Sonuncu ilə görüşdən sonra İrəvan küçələrində Rusiyadan gətirilən erməniləri də görmək mümkün olub. Müğənni spitaklı Haykonun oğlunu da sıralarına cəlb edən keşiş hətta onun həbs edilməsinə də səbəb olub.

Serj isə demarkasiya prosesindən narahat olduğu üçün bir sıra açıqlamalar verib. Ermənistanın üçüncü prezidenti bildirib ki, onlar demarkasiya prosesinin yox, bu prosesin həyata keçirildiyi üsulların əleyhinə çıxış edirlər. Maraqlıdır ki, eks-prezidentlə paralel olaraq, müxalifətçi Suren Petrosyan, eks-ombudsman Arman Tatoyan və “Keçmiş MTN zabitləri ittifaqı” da bənzər açıqlamalar veriblər. Qeyd etmək yerinə düşər ki, həm Petrosyan, həm də Tatoyan Sarqsyana yaxınlığı ilə tanınırlar. MTN zabitlərinə gəldikdə isə bu şəxslər əsasən Serjin hakimiyyətdə olduğu dövrdə təhlükəsizlik strukturlarında müxtəlif vəzifələrə, rütbələrə nail olan şəxslərdir. Keçmiş ağalarına sadiqlik nümayiş etdirmək üçün isə belə bəyanatlara tez-tez yol verirlər.

Sarqsyan isə açıqlamalarında iddia edir ki, Alma-Ata bəyannaməsindən imtina etmək lazımdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla beynəlxalq aktorların vasitəçiliyi olmadan birbaşa danışıqlar aparması da eks-prezidenti məmnun etməyib. O bildirib ki, hakimiyyəti dəyişməklə, vasitəçilərin nəzarət funksiyasını bərpa etmək olar. Göründüyü kimi, Sarqsyan açıqlamaları ilə əsl məqsədini büruzə verib. Bu iki cümlə ilə Suren Petrosyan, keçmiş diplomatlar, keçmiş zabitlərin demarkasiya prosesinə niyə qarşı çıxdıqları üzə çıxır.

Məlum olduğu kimi, hələ ötən il Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla danışıqların birbaşa olması ilə bağlı çıxış etmişdi. Ölkə başçısı artıq vasitəçilərə ehtiyac qalmadığını, iki ölkə arasında vasitəçisiz görüşlərin daha yaxşı nəticə verəcəyinə işarə etmişdi. Elə erməni mətbuatının yazdığı kimi, “İlham Əliyev deyir və edir” prinsipi bu dəfə də öz effektini göstərdi. Məhz son dövrlər rəsmi Bakı ilə İrəvan arasında keçirilən ikitərəfli görüşlər və müzakirələr öz bəhrəsini verməyə başlayıb. İstər demarkasiya prosesinin başlanması, istər kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı bəyanatlar, istərsə də sülh müqaviləsinə yaxınlaşma sezintiləri bu fikri daha da gücləndirir. Serj və dəstəsinin fikri isə yenidən beynəlxalq aktorları vasitəçi kimi danışıqlara calaq etmək, əldə edilən nəticələrə kölgə salmaq, imzalanacaq sülh müqaviləsinin vaxtını ləngitməkdir.

Bununla da Ermənistan yenidən münaqişə dövrünə qayıdacaq və yenidən Rusiya əsarətinə, asılılığına, boyunduruğuna geri dönəcək. Hadisələrin bu tendensiyada inkişafı isə yuxarıda adıçəkilən quldur dəstəsinin işinə yarayır. Danışıqlara yenidən vasitəçiləri cəlb etmək isə prosesi ləngitmək mənasına gəlir. Təsadüfi deyil ki, Suren Petrosyan sərhədlərin demarkasiya prosesi ilə bağlı ATƏT-in adını hallandırıb. 30 il heç bir işə yaramayan ATƏT keçmiş Minsk qrupunu yenidən diriltmək görəsən kimin işinə yarayar?

Bundan əlavə, tərəflərin Alma-Ata bəyannaməsindən imtina kimi fikirləri də prosesi baltalamaq məqsədinə hesablanıb. Bununla da Ermənistanın dəqiq sərhədləri bilinməyəcək və sərhəd müəyyənləşdirilməsi prosesi dalana dirənəcək, proses uzun illər çəkəcək. Bu isə eks-prezidentlərin işinə yaraya bilər. Buna paralel olaraq isə müvəqqəti hökumət məsələsi də konkret olaraq Sarqsyan tərəfindən yenidən gündəmə gətirilir, Ermənistanın xilası kimi göstərilir. Müvəqqəti hökumətlə bağlı açıqlamalarında Serj bildirib ki, Baqratı tam dəstəkləyir və onun təklif edəcəyi namizədi o da dəstəkləyəcək. Bu isə o deməkdir ki, Qalstanyan 1 il müddətinə müvəqqəti hökumətə rəhbərlik edəcək, sonra isə sükanı bütün tərəflərin razılaşdığı şəxsə ötürəcək. Əslində bir müddət əvvəl də vahid namizədlə bağlı hərəkat və tərəfdarlarının ciddi problem var idi. Müxtəlif açıqlamaların analizi də sübut edir ki, hazırda bu problem davam edir və tərəflər vahid namizəd məsələsində ortaq fikrə gələ bilmirlər. Təsadüfi deyil ki, erməni keşiş də məsələ ilə bağlı açıqlama verəndə, 1 illik müvəqqəti hökumətdən sonra yenidən bu posta seçilə biləcəyinə işarə etmişdi.

Ermənistanın üçüncü prezidenti açıqlamalarında isə hər nə qədər hərəkatı sadəcə ölkənin xilası üçün dəstəklədiyini bildirsə də, yenidən siyasi arenaya qayıtmaq həvəsi ilə alışıb-yandığı görünür. Jurnalistin tribunadan çıxışla bağlı sualına keçmiş siyasətçi bildirib ki, ehtiyac yaransa, bu işi görə bilər. Bununla da Serj opponentlərinə artıq tribunadan gurultulu çıxışlar etmək üçün darıxdığına işarə edib. Eyni zamanda, Qalstanyanla görüşü barədə belə bir dəvət almadığını, amma onunla dəfələrlə görüşdüyünü qeyd edib. Bu isə hərəkata əvvəldən maraqlı olduğunu, yol xəritəsi çəkənlərdən biri olduğunu etiraf etmək mənasına gəlir.

Bununla belə, müxalifət və hərəkat 26 may tarixinə ümid edir və meydana insanları toplayacaqlarını düşünürlər. Serjdən fərqli olaraq, Robert Koçaryan hadisələrə oğlu vasitəsilə müdaxilə edir, küçə yürüşləri və təxribatları koordinasiya edir. Amma həm keçirilən sorğular, həm parlament iclasları, həm də millət vəkillərinin açıqlamaları deməyə əsas verir ki, ekslərin və keşişlərin planı bu dəfə də iflasa uğrayacaq. Robert və Serjin qorxulu yuxusu isə sülh müqaviləsi imzalandıqdan sonra baş verəcək.

Kamil Məmmədov
Report.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Adil Kərimlidən yeni təyinat - ƏMR
Bu gün, 18:03
“Putin NATO-su”ndan Zəngəzur XƏBƏRDARLIĞI
Bu gün, 17:58
“Yeməkləri evlərinə aparırlar” - İTTİHAM VAR...
Bu gün, 17:56
YAP-çı deputatlardan Elçibəylə bağlı maraqlı AÇIQLAMALAR
Bu gün, 17:49
“Həmin vaxt o dünyanı görüb gəldim” - Xalq artisti
Bu gün, 17:42
Uğurlu olacağını görsək, küçə mübarizəsinə başlayacağıq - Köçəryan
Bu gün, 17:40
Bakını susuz qoyanlar CƏZALANDIRILACAQ?
Bu gün, 17:38
Əsas mübarizə artıq döyüş meydanında deyil, danışıqlar masasında gedir - Siyasi şərhçi
Bu gün, 17:32
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub - BUNDAN SONRA...
Bu gün, 17:29
Son 10 ildə Türkiyəyə 100 minə yaxın azərbaycanlı qadın köçüb - SİYAHI
Bu gün, 17:26
Beynəlxalq axtarışda olan şəxs Bakıda həbs edildi - Ölkəsinə təhvil verildi
Bu gün, 17:16
Sənədsiz evlərlə bağlı təklif: - Evin qiymətinin 3 faizini ödə, “kupça” al
Bu gün, 17:12
Moskva, Pekin və Tehranın susqunluğu təsadüfi deyil - Matevosyan
Bu gün, 17:10
Bakının bu ərazilərində torpaq qiymətləri kəskin bahalaşacaq
Bu gün, 15:21
9 ildir aliment ödəməyən kişi - 9 aylıq həbs edildi
Bu gün, 15:18
Rəşad müəllimin bu işçilərindən XƏBƏRİ VARMI? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 14:45
Ermənistan və Aİ Azərbaycanla yeni yol layihələri hazırlayır - KİV
Bu gün, 14:32
Lavrov Ukrayna böhranının diplomatik həllindən danışıb: - Top Rusiyada deyil..
Bu gün, 14:30
Moskva İrəvanı indi də belə hədələdi – Simonyan elə şey TƏKLİF etdi ki...
Bu gün, 13:19
Naxçıvan Qaz İstismar Xidmətinin sabiq rəisi külli miqdarda mənimsəmədə ittiham olunur, məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:16
Bakı–Naxçıvan aviareysləri ildırımlı hava şəraiti səbəbindən ləğv edilib - DİQQƏT
Bu gün, 13:05
Qalibaf Bakıda açıqladı - “İran buna hazırdır”
Bu gün, 12:10
XARİCDƏ TƏHSİLİN ƏSAS PROBLEMİ... - Diplomlar hansı səbəblərdən tanınmaya bilər?
Bu gün, 12:05
Taxta materialları bahalaşdı – YENİ QİYMƏTLƏR
Bu gün, 12:03
Dilqəm Əhmədliyə Qarabağ Universitetində vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:00
Azərbaycanlılar Tiflis vağzalında qalıb – Bilet tapılmır
Bu gün, 11:49
Bakı-Tiflis-Bakı qatarına bilet niyə tapılmır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:44
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı - FOTO
Bu gün, 11:40
Ermənistan seçkilərinin təhrif edilmiş sədaları... - AKTUAL
Bu gün, 11:34
Dondurmanın kiloqramını Ukrayndan 3,2, Fransadan 48,8 dollara alırıq - SİYAHI
Bu gün, 11:31
Bu icra başçıları yola salına bilər, yerinə isə... - AÇIQLAMA
Bu gün, 11:28
Bakı-Tehran xəttində MÜHÜM irəliləyiş – Qalibafın səfərinin PƏRDƏARXASI
Bu gün, 11:25
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır - MƏQALƏ
Bu gün, 11:12
"Yoxlamalar başlayan kimi Salman Məmmədli bahalı evini satışa çıxarıb" - İLGİNC İDDİA
Bu gün, 11:10
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb - DİQQƏT!
Bu gün, 11:02
CERT göstərişlərinə əməl etməyən “.az” saytları bağlana bilər
Bu gün, 11:00
"Azərbaycan İstehlakçılar Şurası" yaradılıb
Bu gün, 10:59
“Jurnalist-bloger” həbs edildi - 10-dan çox şikayətçi var
Bu gün, 10:54
ABŞ Konqresində Azərbaycanla bağlı “xüsusi düzəliş” nədir? - Bred Şerman yenə yalanları sıralayıb
Bu gün, 10:18
Barelyefi baxımsız vəziyyətdə qalan Səməd Vurğun – Onu Quba ilə nə bağlayırdı?
Bu gün, 10:10
“TikTok”un canlı yayımında başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - 4 il həbs cəzası
Bu gün, 10:05
Ermənistanda həbslər davam edir, "Ayakve"nin koordinatoru Avetik Çalabyan saxlanılıb
Bu gün, 09:59
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib
Bu gün, 09:48
Azərbaycan nefti 79.76 dollara ticarət olunur
Bu gün, 09:45
”TikTok”un canlı yayımında qeyri-etik ifadələr işlədən şəxs həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 09:33
Rusiyanın Afrikada hədəfi nədir? - Kəşfiyyat açıqladı
Bu gün, 09:28
400 illik pivə şirkəti müflis oldu - «Bild»
Bu gün, 09:20
ABŞ-İran razılaşmasında Zəngəzur dəhlizinə qarşı bənd - “Tramp yolu”nda kimlər olacaq?
Bu gün, 09:10
ABŞ-nin hərbi katibi yeni silahların sınaqlarında iştirak edib
Bu gün, 09:05
Məhəmməd Baqer Qalibaf Azərbaycana səfərə gəlib - FOTO
Bu gün, 09:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru