"Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." .....                     Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... .....                     Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir .....                     Feysbuk və İnstaqram tamamilə ödənişli olur? .....                     ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi .....                     TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... .....                     "Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... .....                     DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? .....                     Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… .....                     Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI .....                     Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir .....                     Ermənistan sülhə sadiq qalacaq? .....                     Dövlət vəsaiti hara xərclənib? .....                     Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" .....                     Nazirliyə işə düzəlmək istədi və... .....                     Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? .....                     Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər .....                     Qiymət bahalaşıb: Nə alan var, nə satan .....                     Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? .....                     Nazir müavini ilə ASC sədrini nə birləşdirir? .....                     "Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı .....                     "Çox adam deyir ki, məni toya niyə çağırmadınız" .....                     Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... .....                     ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib .....                     İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər .....                     Azərbaycanla yeni müharibə? .....                     Neft 60 dollardan da aşağı düşə bilər .....                     "Qarabağ" daha bir simvolunu .....                     Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı .....                     Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi .....                     Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib .....                     Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi .....                     “Artıq bunu gizlətmək istəmirəm” .....                     ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi .....                     Putin barədə dediklərinə görə axtarılırdı .....                     Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib .....                     Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub .....                     Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib .....                     Xaricdən gətirilən hibrid avtomobillərin .....                     Melonidən Azərbaycan açıqlaması: .....                 

Qarabağ Qazisi 30 ildir ki... - "27 dəfə əməliyyat olunmuşam..."
Tarix: 19-04-2022, 11:41 | Çap et
Qarabağ Qazisi 30 ildir ki...
Şəhid ailələri, qazilərə qayğı hər zaman dövlətin prioritet istiqamətlərindən olub. Müharibə əlillərinin, veteranların sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, Vətən uğrunda canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda şəhid ailələrinin mənzil, veteranların avtomobillərlə təmin olunması bu istiqamətdə görülən işlərdir. Bir sözlə, Prezident İlham Əliyevin sosialyönümlü siyasəti Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində məqsədyönlü addımların atılacağına təminat verir. Bu amil 2022-ci ilin dövlət büdcəsində də öz əksini tapıb.

Təəssüf ki, ölkə rəhbərliyinin xoşməramlı niyyətinə kölgə salan məmurlar da olur. İşin icrasına nəzarət edən vəzifəli şəxslər bir çox hallarda öz yarıtmaz fəaliyyəti ilə görülən müsbət əməllərə kölgə sallmağa çalışırlar.

Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 30, mənzil 7-də kirayədə yaşayan 2-ci qrup Qarabağ müharibəsi əlili Alışov Tofiq Musa oğlu da illərdir mənzil növbəsindədir. Lakin bu şəxsdən sonra növbədə olan şəxslər hansısa yollarla, çox güman ki, səlahiyyətli şəxslərə beş-on min manat arası rüşvət verməklə ev almağa nail olsalar da, Tofiq Alışov hələ də kirayədə yaşamağa məcburdur. Görünür, aidiyyəti qurumları Qarabağ qazlərini evlə təmin edərkən, onların cibinin “kiçik” və ya “böyük”lüyünə daha çox önəm verirlər. Bu səbəbdən də T.Alışanov kimi Qarabağ qazilərinin şikayəti rəsmi qurumlar üçün heç də maraqlı deyil.

Qeyd edək ki, bu kimi rüşvət faktları ilə bağlı geniş araşdırma aparmaqdayıq. Xüsusilə də Sosial Müdafiə Nazirliyinin rəhbərliyində Qarabağ veteranlarından kimlərin hansı məbləğdə rüşvət aldığı haqda dəlilləri tezliklə dəyərli oxucularımıza təqdim edəcəyik. Hələlik, uzun illərdir kirayədə yaşayan Qarabağ müharibəsi əlili Tofiq Alışovun "Hürriyyət" qəzeti vasitəsilə aidiyyatı qurumlara müraciətini təqdim edirik:

"Hazırda kirayədə yaşayıram. 1993-cü ildə Zəngilan rayonundan məcburi köçkün düşmüşəm. 1991-ci ildə könüllü olaraq döyüş bölgəsinə getmişəm və 3 dəfə yaralanmışam. Yaralanandan sonra 27 dəfə əməliyyat olunmuşam, kəllə beyin travması almış, ürək əməliyyatları keçirmiş, əmək qabliyyətimi demək olar ki tamamilə itirmişəm. Ailəliyəm bir oğlum var.

Kirayə yaşadığımız mənzil 1 otaqlı olduğu üçün uzun illərdir ki, ağır mənzil şəraitsizliyindən əziyyət çəkirik. Eyni zamanda 1-ci qrup əlil olan, hərəkət qabliyyətini itirmiş 64 yaşlı qardaşım da bizim himayəmizdədir. Dəfələrlə mənzil problemi ilə bağlı bütün dövlət orqanlarına müraciətlər göndərmişəm. Lakin problem öz həllini tapmamışdır.

Bu isə o deməkdir ki, mən və ailə üzvlərim hələ də kirayədə yaşayırıq. Halbuki hazırda məcburi köçkünlər üçün Sumqayıt və digər şəhərlərdə inşa edilmiş evlərin Qarabağ şəhid ailələrinə və Qarabağ əlillərinə paylanılması ilə bağlı tapşırıq verilmişdir.

İkinci qrup Qarabağ müharibəsi əlili kimi sizə müraciət edərək xahiş edirəm ki, ağır mənzil şəraitsizliyimi, mənzilimin olmamasını və Qarabağ döyüşlərində yaralandığımı nəzərə alasınız. Qarabağ əlili kimi imtiyazlı əsaslarla mənzillə təmin olunmağıma köməklik göstərəsiniz. Öncədən sizə minnətdarlığımı bildirirəm".

Məsələylə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Murad Haşımov "Hürriyyət"ə bildirdi ki, Tofiq Alışov məcburi köçkün olduğuna görə, işğaldan azad edilmiş doğma yurd yerlərində aidiyyəti qurum tərəfindən evlə təminatı həyata keçiriləcək:

"Bildiririk ki, şəhid ailələri və müharibə əlilləri qeydiyyatda olduqları şəhər və rayonlarda dövlət tərəfindən mənzil və ya fərdi evlə təmin olunurlar.

Tofiq Musa oğlu Alışov Sumqayıt şəhərində yaşasa da, keçmiş məcburi köçkün olaraq Zəngilan rayonunda qeydiyyatdadır. Qanunvericiliyə uyğun olaraq həmin rayonda, yəni işğaldan azad edilmiş doğma yurd yerlərində də ailənin aidiyyəti qurum tərəfindən evlə təminatı həyata keçiriləcək".

Daha sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Qurumdan "Hürriyyət"ə deyildi ki, məcburi köçkünlər üçün yaşayış yerləri bundan sonra işğaldan azad edilmiş ərazilərdə tikiləcək: "Bildiririk ki, Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahələri yoxdur, eyni zamanda məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilmir. Onlar üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək. Məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə mərhələli qaydada qayıdışı zamanı ilk növbədə ən ağır vəziyyətdə yaşayanlar yeni yaşayış sahələri ilə təmin olunacaqlar".
Hurriyyet.az










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Yay bitir, amma gəlib çıxmadı sifarişimiz..." - GİLEY
Bu gün, 08:26
Bu qurumdan elektron şəkildə şikayət MÜMKÜN DEYİL... - BU NƏDİ BELƏ?
Bu gün, 08:15
Lənkəran Balıq Kombinatı batdı: Həm bağlandı, həm də borc içindədir - TƏFƏRRÜAT
Bu gün, 08:11
Feysbuk və İnstaqram tamamilə ödənişli olur? – Vacib açıqlama
Bu gün, 08:08
ABŞ-nin bütün raketləri belə Ukraynanın ehtiyaclarını qarşılaya bilməzdi - Vens
Bu gün, 08:06
TƏBİB-in yeni şefi də ginekoloqları qoruyacaqsa... - GƏLİŞMƏ
Bu gün, 08:05
"Son zəng"in "dumanlı təbrik"i Bakıdakı 244 nömrəlı məktəbdə oldu... - BU NƏDİ BELƏ?
Bu gün, 07:42
DSMF sosial MÜDAFİƏ fondudur, yoxsa MƏNİMSƏMƏ? -Normativ aktlar “məmur işğalı”ndan nə vaxt qurtulacaq?
Bu gün, 07:38
Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar… - Bu, bir ATA HARAYIDIR...
Bu gün, 07:32
Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI - bunu bir araşdıran olsa...
Bu gün, 07:29
Müsavat Partiyası “Dostcasına razılaşma” iddialarını təkzib edir - AÇIQLAMA
Bu gün, 07:20
Ermənistan sülhə sadiq qalacaq? - Görünəni odur ki...
Bu gün, 07:16
Dövlət vəsaiti hara xərclənib? – Həsənrizdə təmir qalmaqalı
Bu gün, 07:15
Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" - “Bu videonun bizimlə heç bir əlaqəsi yoxdur"
Bu gün, 07:05
Nazirliyə işə düzəlmək istədi və... - İTTİHAM VAR...
Bu gün, 07:00
Pulları yastıq altından çıxaracaq bank Azərbaycana nə vaxt gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:51
Ermənistan seçkisindən sonrakı geopolitik gözləntilər - İNCƏLƏMƏ
Bu gün, 06:49
Qiymət bahalaşıb: Nə alan var, nə satan - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
Azərbaycandan Ermənistana qaz tədarükü: Reallıq, yoxsa siyasi gediş? - AKTUAL
Bu gün, 06:44
Nazir müavini ilə ASC sədrini nə birləşdirir? - İLGİNC FAKTLAR
Bu gün, 06:42
"Xəzərbalıq" çökdü: Şirkət fəaliyyətini dayandırdı, borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 06:33
"Çox adam deyir ki, məni toya niyə çağırmadınız"
Bu gün, 06:30
Bu, o demək deyil ki, Mehdiyevlər bank sektorundan tam çəkilir... - ŞƏRH
Bu gün, 06:25
ABŞ Sakit Okeanda daha bir gəmiyə zərbə endirib - SOUTHCOM
Bu gün, 06:21
İran sazişini tənqid edənlər ABŞ üçün sonsuz müharibə təklif edirlər - Vens
Bu gün, 06:19
Azərbaycanla yeni müharibə? – Erməni xalqı qərar verdi
Dünən, 17:25
Neft 60 dollardan da aşağı düşə bilər - AKTUAL
Dünən, 17:07
"Qarabağ" daha bir simvolunu İTİRDİ
Dünən, 17:04
Anar Bayramovun “islahat”ı qaziləri narazı saldı - GİLEY
Dünən, 17:01
Lavrov Fidanla Azərbaycan-Ermənistan sülhünü müzakirə etdi
Dünən, 16:59
Üç ay ərzində Azərbaycandan bu ölkələrə 104 milyon dollar göndərilib - SİYAHI
Dünən, 16:44
Zelenski Putinlə Moskvada görüşməkdən imtina etdi
Dünən, 16:41
“Artıq bunu gizlətmək istəmirəm” – Paşinyan ETİRAF ETDİ
Dünən, 16:39
ABŞ, Fransa və Yunanıstan Ermənistan təlimində: Rusiyaya mesaj verildi - RƏY
Dünən, 16:31
Putin barədə dediklərinə görə axtarılırdı - İrəvan Moskvaya yox, Təl-Əvivə göndərdi
Dünən, 16:28
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTO
Dünən, 16:24
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTO
Dünən, 16:21
Paşinyan müxalifəti parlamentə qanunsuz yolla düşməkdə ittiham edib
Dünən, 16:19
Xaricdən gətirilən hibrid avtomobillərin sayı 2,1 dəfə azalıb, dəyəri isə 7,6% artıb
Dünən, 16:02
Melonidən Azərbaycan açıqlaması: - Bu məsələdə bizə güvənin
Dünən, 16:01
Qubadakı “Gənclər Mərkəzi”nin binası yarım milyona təmir olunacaq - “Azəridmanservis”
Dünən, 15:58
Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq - AZAL
Dünən, 15:55
Bu il xam nefti Tailanda 103, Rumıniyaya isə 73 dollara satmışıq - SİYAHI
Dünən, 15:52
Azərbaycanlı fəhlə Rusiyada binadan yıxılaraq ölüb - FOTO
Dünən, 15:49
Rasim İldırımzadə məhkəmə zalında həbs edildi - DETALLAR
Dünən, 15:43
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib - DİQQƏT
Dünən, 15:41
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
Dünən, 15:23
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli olub
Dünən, 15:10
“Əcəmi” metrosu, Binəqədi “Çentralnı”: Anar Quliyevlə anlaşıb Bakını "işğal" edən oliqarx kimdir? – VİDEO+FOTOLAR
Dünən, 13:12
MEDİAYA VAHİD YANAŞMA... - Media və Yayım Şurası nə üçün yaradılır?
Dünən, 13:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru