Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu .....                     Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub .....                     Xalq artisti Firəngiz Mütəllimova: .....                     ABŞ-dən İrana ŞOK TƏLƏB: .....                     Bazarı bağlanan BƏSTƏKARLAR .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu .....                     "Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" .....                     Türkiyə hərbi xərclərini kəskin artırıb .....                     Sevgilisinin evinə girib ərinin boğazını kəsdi .....                     Erməni nazirdən SENSASİON ETİRAF .....                     Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib .....                     Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş .....                     Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı .....                     “Azeronline”a yeni Baş müdir təyin edilir .....                     Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi .....                     Rusiyanın 1700 km dərinliyinə zərbə: .....                     Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub .....                     “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib .....                     Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb .....                     Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq .....                     Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU .....                     Ermənistanın “yeraltı savaşı” bitmir .....                     Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı .....                     Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar .....                     “Bir aya 6 min qazanmışam...” .....                     Böyrək transplantasiyası xəstələri dərmansız qalıb .....                     Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM .....                     Mayda əfv olmayacaq, ilin sonunda mümkündür .....                     “Gala Olives” MMC fəaliyyətinə xitam verir: .....                     Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? .....                     Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu .....                     “Yelo Bank”da yeni təyinat olub .....                     Şahin... Şagen... və BİZ! .....                     Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı .....                     Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı .....                     Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq .....                     Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar .....                 

"Axı, o, mənə qəhrəman adı verin" deyə bilməz" - Aqil Abbas
Tarix: 7-01-2021, 15:58 | Çap et
"Axı, o, mənə qəhrəman adı verin" deyə bilməz"
Müharibə bitdi. Savaşın dumanı da yavaş-yavaş çəkilməyə başlayır. Cəmiyyətdə savaşdan sonrakı müəyyən məsələlərlə bağlı müzakirələr aparılır. Əsas müzakirə mövzularından çıxan sualları millət vəkili Aqil Abbasla müzakirə etdik. İnsanların sosial şəbəkələrdə, ictimai müzakirələrdə bir-birilərinə ünvanladıqları sualları biz də deputat Aqil Abbasa ünvanladıq.

Deputat Aqil Abbasın Publika.az-a müsahibəsini təqdim edirik:

- Aqil müəllim, müharibə başa çatdı. Ölkəmiz 30 il sonra ərazi bütövlüyünü bərpa etdi. Sizcə, bundan sonra hərbi xərclərimizi azaltmalıyıqmı? Hərbi sahəyə ayrılan xərcləri başqa sahələrə yönəltməliyik, yoxsa ordumuzun arsenalını daha da gücləndirməliyik?

- Heç bir halda hərbi xərclərimiz azaldılmamalıdır. Çünki düşmən qapıdadır və hər an sarsaqlaya, həddini aşa bilər. Son vaxtlar özlərini aparmaqları da bunu göstərir. İstənilən halda hərbi büdcəmizi diqqətdə saxlamalıyıq. Orduya ayrılan vəsaitləri azaltmalı deyilik.

- Müharibə bitsə də Ermənistanın yüksək çinli məmurları, hərbçiləri sülhməramlıların nəzarətində olan Xankəndinə yenə səfərlər edirlər. Sizcə, Azərbaycan tərəfi məsələyə hansı reaksiyanı göstərməlidir?

- Azərbaycan tərəfi yəqin ki, bunun qarşısını alacaq. Hərbi qüvvə gələrsə, buna reaksiya verəcək. Rəsmi Bakı bununla bağlı Rusiya tərəfi ilə, sülhməramlılarla ciddi danışmalıdır. Ermənistan-Azərbaycan dövlət sərhəddindən bu tərəfə silahlı şəxs keçə bilməz. Əgər bu baş verərsə, Azərbaycan bunu zərərsizləşdirməlidir. Bilmirəm, Laçın dəhlizində Azərbaycanın postları varmı, yəqin ki, var. Belə olan təqdirdə, Xankəndinə gedən hər bir erməni Azərbaycan Bayrağının altından keçib getməlidir. Hazırkı durumda bizim sərhədçilərimiz buna nəzarət etməlidir, yəqin ki, bir müddət sonra orada gömrük postlarımız da qurulacaq. Müəyyən məsələlər də rusiyalı sülhməramlıların qarşısına ciddi şəkildə qoyulmalıdır. Əks halda, silahlı adamlar Azərbaycan tərəfindən zərərsizləşdirilməlidir. Çünki artıq o, terrorçudur. Bunu möhtərəm Prezident də deyib.

- Aqil müəllim, terrorçu demişkən, Ermənistan tərəfi Xocavənd istiqamətində axırıncı silahlı toqquşamalardan sonra tərksilah edilən erməni yaraqlılarının terrorçu kimi həbs olunmamasını, Ermənistana qaytarılmasını tələb edirlər. Sizin bu məsələyə münasibətiniz necədir?

- Belə ola bilər ki, onların bəziləri silahlarını ataraq həm bizim əsgərlərdən qaçıb meşələrdə gizləniblər, həm də döyüşmək istəməyiblər, belələrinin silahı yoxdursa, əliyalındırsa, bu barədə nəsə düşünmək olar. Silahsız adam terrorçu deyil. Amma kimsə müqavimət göstərirsə və təslim olmaq istəmirsə və zərərsizləşdirilirsə, onlar terrorçudur. Belələri ya yerindəcə məhv edilməli, ya da həbs olunamlıdır.

- Müharibədən sonra 90 mindən çox hərbçimiz göstərdikləri şücaətə görə mükafatlandırıldılar, təltif olundular. Bəzi döyüşçülər isə diqqətdən kənarda qaldıqlarını deyirlər... Axı kimsə Vətən üçün döyüş meydanına hansı fəxri ad, sosial imtiyaz üçün getməməlidir...

- Layiq olan heç kəs diqqətdən kənarda qala bilməz. İstəyirlər ki, bir günün içərisində hər şey həll olunsun; yaralıların hamısı sağalsın, onlara qayğı da başqa cür olsun. Görürsünüz, Prezidentin yaralılar, döyüşçülərlə bağlı ard-ard imzaladığı sərəncamlar var, onlar göz önündədir. Burada bir məsələ də var, tutaq ki, kimsə müharibənin bitməsinə 3-4 gün qalmış azad edilmiş torpaqlarda arxa müdafiə xəttində oturub, heç bir döyüşdə də iştirak etməyib. Tutalım, Füzulinin, Ağdamın hansısa kəndində olub, döyüşlərə də qatılmayıb. Axı, "o, mənə qəhrəman adı verin" deyə bilməz. Bu da olmaz. İndi siyahılarda müəyyən nöqsanlar da var, yəni, hərbi hissə komandirləri bəzən müəyyən nöqsanlara yol verirlər. Daha doğrusu, döyüşçülərini düzgün qiymətləndirməyiblər. Həmin döyüşçülər də zaman-zaman öz haqlarını alacaqlar. Təqdimatları verən hərbi hissə komandirləridir. Gərək onlar diqqətli olsunlar, kim nə cür döyüşübsə, o cür də qiymətləri verilsin. Nəticədə bu cür hallar narazılıqlara səbəb olur. Amma Qarabağda döyüşənlərdən heç kəs diqqətdən kənarda qala bilməz və qalmayacaq da...

- Aqil müəllim, bir çox döyüşçülər isə hesab edir ki, onlar üçün ən böyük mükafat elə torpaqlarımızın azad olunmasıdır. Siz necə düşünürsünüz?

- Bilirsiniz, həmin uşaqlar döyüşə gedəndə ağıllarına da gəlmirdi ki, onlara Vətən Müharibəsi Qəhrəmanı, Milli Qəhrəman adları, Qarabağ ordeni və ya hər hansısa bir medal verəcəklər. Onlar torpağı xilas etməyə getmişdilər. Onlar medal uğrunda yox, torpaq uğrunda silaha sarılmışdılar. Amma təbii ki, dövlət də onların qiymətini verməlidir və qiymətləndirir. Döyüşə gedənlərin medal uğrunda müharibəyə getmələrinə inanmıram. Əsgər, zabit torpağını, millətinin namusunu, qeyrətini qorumaq üçün gedib. Babək Səmidli, yaxud Raquf Orucov, Polad Həşimov fikirləşirdi ki, ona Milli Qəhrəman adı verəcəklər?! Onlar torpağını qorumağa gediblər, başqa heç nə fikirləşməyiblər.

- Məcburi köçkünlərimizin Xankəndi, Ağdərə, Xocavənd, Xocalıya qayıtmaları ilə bağlı cəmiyyətimizdə müəyyən narahatlıqlar var. Ermənistan tərəfi razılaşmaya əməl etməyə, məcburi köçkünlərimizin geri qayıtmasına maneə yarada bilərmi?

- Ermənistan qələt edir. Üçtərəfli razılaşma var və üç ölkə bu sənədə imza atıb. Yavaş-yavaş Xocalıdan olanlar Xocalıya, ağdərəli Ağdərəyə qayıdacaq. Bunun üçün zaman lazımdır. Hələ ki, iş gedir. Ərazilər minalardan təmizlənir. Ağdərənin kəndlərində yaşayan camaat da öz kəndlərinə geri dönəcək. Sırxavəndə, Narışalara, Bağlıpəyəyə, Ağdabana və sair... Hamı öz yurduna qayıdacaq. Bunun üçün şərait və zaman lazımdır. Bu gün camaatı aparıb Xocalıya tökək, nə yeyib-içəcəklər, harada işləyəcəklər, nə əkib-biçəcəklər?! Gərək onlar üçün müəyyən infrostruktur da qurula...

- Bəs siz özünüz Ağdamda evinizi nə zaman tikəcəksiniz?

- Gedib həyətimizi, məhləmizi, küçəmizi minalardan təmizlətmişəm. ANAMA-nın əməkdaşları sağ olsun, təmizləyiblər. Dövlət icazə verən kimi gedəcəyəm. İndi mən gedib partizanlıq edib evimi tikirəm - deyə bilmərəm. Bu olmaz. Hər şeyə dövlət icazə verməlidir. Tikintiyə icazə veriləndə birinci mən gedib öz evimizi tikəcəyəm. Təkcə mən yox, yüzlərlə ağdamlı gedib öz evini tikəcək. Hətta Ağdamda evi olmayanlar, Quzanlıdan, İmamqulubəylidən olanlar... Şahir Rüstəmov var, Konstitusiya Məhkəməsində aparat rəhbəridir, o İmamqulubəylidəndir, onun evi yanmayıb, həmin kənd işğal edilməyib. Xalq artisti Mənsum İbrahimov... Quzanlıdandır, Ağdamın özündə evi yanmayıb. Onlar mənə deyirlər ki, icazə verilən kimi gedib bir dostumuza, imkansıza ev tikək. Bu qəbildən xeyli adlar saya bilərəm. Mənə bununla bağlı xeyli zənglər gəlir. Çünki mən bununla bağlı ağdamlılara müraciət etmişdim.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Bu gün, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Bu gün, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Bu gün, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Bu gün, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Bu gün, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Bu gün, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Bu gün, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Bu gün, 17:33
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Bu gün, 17:29
Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Bu gün, 17:26
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Bu gün, 17:20
Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 17:17
Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Bu gün, 17:14
“Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Bu gün, 17:11
Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Bu gün, 17:03
Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Bu gün, 16:56
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Bu gün, 16:53
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib - ƏMR
Bu gün, 16:51
Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 16:49
Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq - Hasan Oktaydan ŞƏRH
Bu gün, 16:42
Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Bu gün, 16:40
Ermənistanın “yeraltı savaşı” bitmir - sülhə mina basılıb...
Bu gün, 16:35
Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Bu gün, 16:18
Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Bu gün, 16:16
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:01
İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Bu gün, 15:58
“Bir aya 6 min qazanmışam...” - “Lotos”dakı qalmaqalın İÇ ÜZÜ
Bu gün, 15:48
Böyrək transplantasiyası xəstələri dərmansız qalıb - 1 aydır ala bilmirlər
Bu gün, 15:39
Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM - “Səviyyəsizlər daha çoxdur…”
Bu gün, 15:28
Mayda əfv olmayacaq, ilin sonunda mümkündür - Komitə sədri
Bu gün, 15:25
“Gala Olives” MMC fəaliyyətinə xitam verir: - “Grand-Agro”ya qoşulur
Bu gün, 15:23
Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Bu gün, 15:22
Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Bu gün, 15:20
“Yelo Bank”da yeni təyinat olub - ƏMR
Bu gün, 15:17
Şahin... Şagen... və BİZ! - AKTUAL
Bu gün, 15:15
Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Bu gün, 15:11
Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Bu gün, 15:04
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Bu gün, 14:26
Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Bu gün, 14:19
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Bu gün, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Bu gün, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Bu gün, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru