Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu .....                     Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub .....                     Xalq artisti Firəngiz Mütəllimova: .....                     ABŞ-dən İrana ŞOK TƏLƏB: .....                     Bazarı bağlanan BƏSTƏKARLAR .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu .....                     "Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" .....                     Türkiyə hərbi xərclərini kəskin artırıb .....                     Sevgilisinin evinə girib ərinin boğazını kəsdi .....                     Erməni nazirdən SENSASİON ETİRAF .....                     Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib .....                     Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş .....                     Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı .....                     “Azeronline”a yeni Baş müdir təyin edilir .....                     Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi .....                     Rusiyanın 1700 km dərinliyinə zərbə: .....                     Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub .....                     “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib .....                     Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb .....                     Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq .....                     Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU .....                     Ermənistanın “yeraltı savaşı” bitmir .....                     Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı .....                     Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar .....                     “Bir aya 6 min qazanmışam...” .....                     Böyrək transplantasiyası xəstələri dərmansız qalıb .....                     Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM .....                     Mayda əfv olmayacaq, ilin sonunda mümkündür .....                     “Gala Olives” MMC fəaliyyətinə xitam verir: .....                     Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? .....                     Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu .....                     “Yelo Bank”da yeni təyinat olub .....                     Şahin... Şagen... və BİZ! .....                     Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı .....                     Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı .....                     Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq .....                     Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar .....                 

Hansı partiyadan Vətən müharibəsində iştirak edənlər var? - “Tək oğlum cəbhədə olub; müavinim təzə gəlib...”
Tarix: 5-01-2021, 09:27 | Çap et
Hansı partiyadan Vətən müharibəsində iştirak edənlər var?
Vətən müharibəsində Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların əksəriyyətinin üzvləri də iştirak ediblər.

Bu barədə Modern.az-a partiyalardan məlumat verilib.

Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov əməkdaşımızla söhbətində bildirib ki, həm partiya üzvlərindən, həm də öz doğmalarından müharibədə iştirak edənlər olub:

“Azərbaycan Kommunist Partiyasının Goranboy rayon təşkilatının rəhbəri, Şəmkir rayon təşkilatının bəzi üzvləri, əslən kəlbəcərli olan Taleh Əsədov da döyüşlərdə iştirak ediblər. Birinci Qarabağ Müharibəsində də iştirak edən kommunistlər var. Məsələn, Aydın Şiriyev kimi polkovnik partiyanın sədr müavinidir. Biz komministlər Vətən uğrunda hər hansı müharibədə öndə olmağı özümüzə şərf bilirik.
Əmim oğlanları da, oğlum da döyüşdə iştirak etdi. Gözümün ağı, qarası bir oğlum var, o da vətənin keşiyində durmağı özünə şərəf bildi. Səbirsizliklə yolunu gözləyirik”.

Vətəndaş Həmrəyliyi Partiyasının Sabir Rüstəmxanlının sözlərinə görə, partiyanın 50-dən çox üzvü Vətən müharibəsində iştirak edib:

“Bəziləri hələ də müharibə bölgəsindədir və tərxis olunmağı gözləyirlər. Partiyanın mətbuat katibi Nəsimi Şərəfxanlı da daxil olmaqla qəhrəmanlıqla döyüşən üzvlərimiz var.

Mənim yaxın qohumlarımdan isə iki nəfər şəhid olub”.

Respublikaçı Alternativ Partiyasının icra katibi Natiq Cəfərli söyləyib ki, partiyanın 100-ə yaxın üzvü Vətən müharibəsində iştirak edib:

“Şəhidimiz də var. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik. Onların qəhrəmanlığı nəticəsində bu hərbi qələbəyə nail ola bildik. Bir şəhidimiz var – əslən Zəngilandan olan, Kürdəmirdə məcburi köçkün həyatı sürən Ziya bəy şəhid oldu. Bu yaxınlarda prezidentin sərəncamı ilə medalla da təltif edildi.

Müxtəlif dərəcəli yaralarla qazi olan üzvlərimiz də var. Onların ehtiyacları ilə mütəmadi maraqlanırıq. Dövlət qazilərimizə çox dəstək oldu və mütəmadi maraqlanırlar. Biz isə ictimai, publik resurslarla onlara yardıma çalışırıq.

Müharibədə olan üzvlərimizdən artıq tərxis olunanlar var. Hələ də cəbhədə olan, tərxis olunub, qayıtmağı gözləyən üzvlərimiz də qalır. Hər birini sağ-salamat evinə, ailəsinin yanına qayıtmasını diləyirik”.

Ana Vətən Partiyasının üzvlərində də müharibədə iştirak edənlər var. Bu barədə partiyanın sədri Fəzail Ağamalı danışıb:

“Çoxsaylı üzvlərimiz Vətən müharibəsində iştirak etdi. Hətta şəhidlərimiz, qazilərimiz də var. Biz onlar haqqında ümumiləşmiş və dolğun məlumatları hazırlayıb, ictimaiyyətə təqdim edəcəyik.

Ana Vətən Partiyası olaraq, Vətən Müharibəsində döyüş bölgəsində vuruşduq, yaralandıq, şəhid verdik. Eyni zamanda, informasiya müharibəsində də öndə olub, erməni faşistlərinin ifşasında ön mövqedə fəaliyyətimizi qurduq. İmkanlarımız daxilində əsgərlərimizə, silahlı qüvvələrimizə yardımlarımızı da əsirgəmədik”.

Xalq Partiyasının sədri Pənah Hüseyn:

“Bizim partiyanın bir neçə üzvü həm səfərbərlik xətti ilə, həm də könüllü olaraq, Vətən müharibəsində iştirak edib. O cümlədən məclis üzvlərindən biri müharibədədir”.

Pənah Hüseynin öz oğlu Vaqif Hüseyn də Vətən Müharibəsi başlayanda səfərbərliklə orduya çağırılan ehtiyatdakı hərbçilərədən biridir.

Ümid Partiyasının sədri İqbal Ağazadə Vətən müharibəsində 100-ə yaxın partiya üzvünün qatıldığını söyləyib:

“Şəhidimiz şükür ki, yoxdur. Bu gün də xidmətlərini davam etdirən partiya üzvlərimiz var”.

Müsavat Partiyasının başqanı Arif Hacılı qeyd edib ki, 5 nəfər müsavatçı şəhid olub:

“Üzvlərimizlə bərabər minlərlə partiya üzvünün övladı və yaxınları Vətən müharibəsində fəal iştirak edib. Müsavat Partiyasının üzvü olan 5 nəfər şəhid olub. Onlarla qazi olan Müsavat üzvləri Qarabağ müharibəsində fəal iştirak ediblər. Mənim müavinim Fərəc Kərimli də Qarabağın bir sıra ərazilərinin, o cümlədən Şuşanın azad olunmasında fəal iştirak edən zabitlərdən biri olub”.

Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Şurasının üzvü Əli Oruclu da partiya üzvlərinin müharibədə fəal olduğunu söyləyib:

“Amma dəqiq sayını deyə bilmərəm. Hələlik tərxis prosesi bitmədiyindən dəqiqləşdirmə aparılmayıb. Hətta məndə olan məlumata görə, partiya üzvü olan tibb personalları arasında da Vətən müharibəsində əsgərlərimizin yardımına qaçan bir neçə üzvümüz olub”.

Azərbaycan Demokrat Partiyası üzvlərindən isə müharibədə iştirak edən olmayıb. Bu barədə sədr Sərdar Cəlaloğlu məlumat verib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Bu gün, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Bu gün, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Bu gün, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Bu gün, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Bu gün, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Bu gün, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Bu gün, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Bu gün, 17:33
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Bu gün, 17:29
Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Bu gün, 17:26
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Bu gün, 17:20
Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Bu gün, 17:17
Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Bu gün, 17:14
“Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Bu gün, 17:11
Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Bu gün, 17:03
Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Bu gün, 16:56
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Bu gün, 16:53
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib - ƏMR
Bu gün, 16:51
Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 16:49
Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq - Hasan Oktaydan ŞƏRH
Bu gün, 16:42
Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Bu gün, 16:40
Ermənistanın “yeraltı savaşı” bitmir - sülhə mina basılıb...
Bu gün, 16:35
Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Bu gün, 16:18
Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Bu gün, 16:16
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 16:01
İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Bu gün, 15:58
“Bir aya 6 min qazanmışam...” - “Lotos”dakı qalmaqalın İÇ ÜZÜ
Bu gün, 15:48
Böyrək transplantasiyası xəstələri dərmansız qalıb - 1 aydır ala bilmirlər
Bu gün, 15:39
Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM - “Səviyyəsizlər daha çoxdur…”
Bu gün, 15:28
Mayda əfv olmayacaq, ilin sonunda mümkündür - Komitə sədri
Bu gün, 15:25
“Gala Olives” MMC fəaliyyətinə xitam verir: - “Grand-Agro”ya qoşulur
Bu gün, 15:23
Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Bu gün, 15:22
Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Bu gün, 15:20
“Yelo Bank”da yeni təyinat olub - ƏMR
Bu gün, 15:17
Şahin... Şagen... və BİZ! - AKTUAL
Bu gün, 15:15
Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Bu gün, 15:11
Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Bu gün, 15:04
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Bu gün, 14:26
Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Bu gün, 14:19
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Bu gün, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Bu gün, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Bu gün, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Bu gün, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Bu gün, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Bu gün, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Bu gün, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Bu gün, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Bu gün, 12:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru