|
"Cənab Prezident 2007-ci ilin 30 dekabrında "Təcili Tibbi Yardım stansiyalarında işləyən bütün işçilərinin Vahid Tarif Maaşının 2 (iki dəfə) artırılması haqqında sərəncam imzalamışdı. O zaman müxtəlif bəhanələrlə onu cəmi 50 faiz şəklində ödədilər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış tibb işçisi Faiq Məmmədli qeyd edib. O daha sonra fikrini belə davam etdirir: "2020-ci ilin Mart ayı, Prezident və Nazirlər kabineti qərar qəbul edirlər ki, bir sıra həkimlər kimi təcili tibb yardım həkimləri də COVİD -19 pandemiyasına görə vəzifə maaşının 4 misli qədər əlavə əməkhaqqı ilə təmin edilsinlər. Şəxsən mən nəinki 4 misli, heç iki misli də görmədim, təxminən 3-4 ay 0,5 misli ilə, 2ay da bir misli ilə əlavə maaş aldım COVİD -19 pandemiyasında... İndi deyirsiniz Anar Bayramovun "sərəncamı" düzgün icra olunacaq? Üstəlik də islahat özü bütün tibb işçilərinin cəmi 50 faizini təşkil edir, həkimlərin isə daha çoxu əməkhaqqı artımından kənarda qalır Maliyyə mənbəyi isə işləyən əhalinin aylıq ödədiyi icbari tibbi sığorta haqqıdır,yəni artım dövlət büdcəsindən deyil, belə deyək,ailə büdcəsindən həyata keçirilicək..."
Geri qayıt
|