Əsas Səhifə > Üst manşet / Güney Press > "Filiala getdim və nəticə yoxdur..."

"Filiala getdim və nəticə yoxdur..."


Bu gün, 07:00
"22 avqust 2026-cı ildə Kapital Bank taksit kartım əvvəlcədən məlumat verilmədən məhdudlaşdırılıb. 3 sentyabrda mənimlə əlaqə saxlanıldıki filiala gedin sistemdə problemi deyib açacaqlar..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Mirkərim Məmmədov adlı istifadəçi yazaraq gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Filiala getdim və nəticə yoxdur... bank əməkdaşları sistemdə heç nə görmədiyini bildirirlər...
2 dəfə filala getmişəm, 10 dəfədən çox zəng etmişəm... nəticə yoxdur, ancaq deyirlər: Haqlısız araşdırma gedir.
 22 avqustda sorğu açılıb və 3 gün ərzində cavab verilməli idi.
Bu gün isə 5 sentyabr — dəhşət…
Sorğu nömrəsi: 7216603..."

Geri qayıt