Əsas Səhifə > Üst manşet / Güney Press > "Səni deyirlər, ay İlqar müəllim..."

"Səni deyirlər, ay İlqar müəllim..."


Bu gün, 08:12
"Əgər bir dövlət qurumu sosial şəbəkə hesablarında durmadan reklama üstünlük verirsə, deməli daha böyük problemləri və başqa səbəblər var..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Ədil Hüseynli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Bunlardan biri də Peşə Təhsili üzrə Dövlət Agentliyidir.
Bu qurumun nəzarətindəki müəssisələrdə və elə Agentliyin özündə o qədər nöqsan və problem var ki, nəfəs almaq belə çətinləşir...
Bu, reklamla olmur, yoldaş Bayramlı.
Bir fakt deyim, qulağın bir fərqli söz eşitsin.
Deməli, bu günlərdə oxudum ki, hansısa rayonda peşə məktəbində emalatxana açıblar. Gözəl xəbərdir, bol olsun.
Bilgəhdə peşə məktəblərindən birinin direktoru o sexlərdən birini həyətində açıb. Villasının birinci mərtəbəsini pişir-düşür sexinə çevirib. Bəli, düz eşitdiniz, dövlətin avadanlığı ilə həyətində sex açıb. Biznes kimi, yəni. Qəşəng də pul qazanır...
Səni deyirlər, ay İlqar müəllim... Xəbərin yoxdu, xəbərdən..."

Geri qayıt