Əsas Səhifə > Üst manşet / Güney Press > ""Xalq Sığorta"dan CANINIZI QURTARIN!"
""Xalq Sığorta"dan CANINIZI QURTARIN!"Bu gün, 06:24 |
|
Narazı vətəndaş daha sonra fikrini belə davam etdirir: "Mənim "Nissan Qashqai" markalı avtomobilimi vurublar. "Xalq Sığorta" şirkəti icbari sığorta haqqında qanunu açıq-aşkar pozmağa çalışır. Əvvəlcə sığorta şirkətinin qiymətləndiricisi (qiymətqoyan) məni Keşlədəki maşın ölüxanasına (təzə olmayan, işlənmiş detallar satılan yerə) göndərdi və bildirdi ki, orada guya 150 manata işlənmiş güzgü tapıb! Bu, tamamilə rüsvayçılıqdır!İndi isə maşının qırılmış orijinal güzgüsünün əvəzinə mənə utanmadan cəmi 200 manat kompensasiya sırımaq istəyirlər. Bu məbləğə ancaq ucuz Çin dublikatı almaq olar. Hadisəyə qədər maşının üstündə zavod istehsalı ORİJİNAL güzgü olub və qanunla onlar orijinalın real bazar qiymətini ödəməlidirlər.Bu azmış kimi, rəsmi şikayətdən artıq yarım aydan çox vaxt keçib. Sistem tərəfindən müstəqil ekspert təyin olunsa da, şirkət onun nömrəsini gizlədir, ekspertin özü isə yoxa çıxıb, heç kim zəng eləmir, heç bir iş görülmür! İnsanların əsəbləri dözməyib 200 manatla razılaşsın deyə qəsdən vaxtı uzadırlar və saymazyana yanaşırlar.Azərbaycan Respublikasının Mərkəzi Bankına və İcbari Sığorta Bürosuna rəsmi şikayətlər artıq göndərilib. Bir daha heç vaxt maшınımı bu şirkətdə sığorta etmərəm və hamıya "Xalq Sığorta"dan qaçmağı məsləhət görürəm!" Geri qayıt |