Əsas Səhifə > Üst manşet / Güney Press > Feyziyevin aşıb-daşan sərvəti...
Feyziyevin aşıb-daşan sərvəti...Bu gün, 06:56 |
Deputat Cavanşir Feyziyevin 2022-ci ildə Londonda məhkəmə tərəfindən müsadirə olunmuş mülklərinin dəqiq siyahısı ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb. "DİA-AZ" həmin siyahını (QİYMƏTİ, ÜNVANI VƏ ALDIĞI İLLƏR GÖSTƏRİLMƏKLƏ) oxuculara təqdim edir:2008 və 2013-cü illərdə ümumi dəyəri təxminən £4 milyon olan ailə evi
2013-cü ildə Cavendish House-da 2 mənzil (hər biri £318,500)
2016-cı ildə Goldhawk House-da 4 mənzil (ümumilikdə təxminən £1.9 milyon)
2016–2017-ci illərdə Golding House-da 8 mənzil (ümumilikdə £4 milyondan çox)
2018-ci ildə Argent House-da 4 mənzil (təxminən £2.1 milyon)
Ən yüksək dəyərli alqı-satqılar kimi isə qeyd olunur:
2020-ci ildə Whistler Square ünvanında £18.4 milyon dəyərində mənzil
2019-cu ildə eyni ünvanda £8.1 milyon dəyərində digər mənzil
Qeyd edilir ki, sonuncu iki mənzil birbaşa Cavanşir Feyziyevin öz adına rəsmiləşdirilib.
"DİA-AZ" xatırladır ki, 2022-ci ildə Böyük Britaniyada Cavanşir Feyziyevin özünün, oğlu Orxanın və qohumu Elman Cavanşirin Böyük Britaniya bank hesablarındakı 5,6 milyon funt sterlinq (7.56 milyon dollar) çirkli pul hesab edilərək müsadirə olunmuş, sonra isə onların həmin ölkədəki 39,5 milyon funt sterlinq (50 milyon dollar) dəyərində mülkləri qanunsuz yollarla əldə edildiyinə görə əllərindən alınmışdır.
Bununla yanaşı, qarşılıqlı razılaşma yolu ilə onun Londondakı digər daşınmaz əmlakı təftişdən azad edilmişdir. Çox güman ki, Böyük Britaniya Ali Məhkəməsinin sənədlərində yalnız onun Londonda müsadirə edlmiş mülklərinin siyahısı verilmişdir (çünki müsadirə edilmiş mülklərin dəyəri 39 milyon avro olduğu kimi, siyahıdakı mülklərin dəyəri də 39 milyon avrodur), müsadirə edilməmiş mülkləri ilə bağlı məlumatlar isə hələlik bizim üçün əlçatan deyi.
Bizim üçün maraqlı olan isə budur ki, özünü "xeyriyyəçi", "filosof-alim" kimi tanıtdırmaq istəyən bir şəxs, ölkə xaricində, Londonun bahalı yerlərində bu qədər mənzilə sahib olmaqla nə əldə etmək istəmişdir?
Geri qayıt |