Əsas Səhifə > Üst manşet / Güney Press > Ceyhun Cəlilovun məmurları HOQQA VERİR

Ceyhun Cəlilovun məmurları HOQQA VERİR


Bu gün, 06:36

Naxçıvanda əcaib alış-verişi artırma tədbirləri icad olunub. "DİA-AZ" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşılan məlumatda iddia olunur. Sən demə, həm də məişət texnikası alveri ilə məşğul olan yerli məmur şəbəkəsi bizneslərini inkişaf etdirmək üçün qəribə üsul tapıblar.
Məlumatda deyilir: "Naxçıvanda evlərə sabit elektrik enerjisi verilmir. Xüsusilə gecələr elektrik enerjisinin gücü 270 volta qaldırılıb dərhal yenidən 220-yə endirilir.
Əksər Naxçıvan sakinləri qeyri-sabit enerji axını nəticəsində elektronik avadanlıqlarının yandığından şikayət edirlər.
Bildirildiyinə görə, Naxçıvanda son zamanlar xeyli sayda elektronika mağazaları açılıb. Mümkündür ki, mağaza sahiblərinin himayədarları olan Muxtar Respublikanın oliqarx məmurları alış-veriş potensialını artırmaq üçün bu metoda baş vururlar..."
Hər halda, cənab Ceyhun Cəlilovun bu məsələyə xüsusi diqqət ayırması vacibdir. 

Geri qayıt