Əsas Səhifə > Üst manşet / Güney Press > Babək Hüseynov dövlətə necə ZİYAN VURUR
Babək Hüseynov dövlətə necə ZİYAN VURURBu gün, 06:17 |
|
"Ölkəmizdə iri neft layihələri reallaşdırılmağa başlayanda, həmin layihələrə xaricdən işçi (Pakistan, Hindistan və s) qüvvəsinin, ölkəmizdə kifayət qədər mütəxəsis olduğu halda, sahəyə bələd olmayan xarici mütəxəsisilərin cəlb olunmasının, əmək qanunvericiliyinin əməl olunmasının və s. monitorinq və qiymətləndirmələrini aparmış, hesabatlar tərtib etmiş, iradlarımızı Avropa Yenidənqurma və İnkişaf Bankının, Dünya Bankının icraçı direktorlarının İllik görrüşləri zamanı problemləri qaldırıb, nəticələr əldə etmişdik. İndi isə..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında yazan tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı yeni şok məlumatları ictimailəşdirib.
NHMT sədri SOCAR işçisi Teymur Ağayevə istinadla yazır:
"Bir dövlət şirkəti o zaman xarici mütəxəssis gətirə bilərki orqanlara sübut eləsin ki burada, doğma ölkəmizdə o işləri görə biləcək, savadlı, bilikli bir kadr yoxdur, ona görə məcbur qalıb xaricdən mütəxəssis gətizdiribdir ona yüz minlərlə əməkhaqqı verilir. BEOC (Bahar Enerji Əməliyyat Şirkəti)-un və şirkətin vitse-prezidenti cənab Sean Werner -in halında isə bu açıq aydın yalandır. BEOC , BP, Schlumberger, Baker kimi xarici şirkət deyil ki istədikləri xarici vətəndaş olanları ölkəmizə işə göndərsin. Öz doğma ölkəmizdə minlərlə savadlı, ixtisaslı, bilikli və təcrübəli yerli kadr ola ola dövlət şirkəti xalqın pulunu finansist Babək Hüseynovun sadəcə dostu olduğuna görə, yedirtməməlidir.
ÖZ KADRLARIMIZI İŞƏ GÖTÜRÜN.
Belə hal başqa yerli və dövlət, SOCAR şirkəti olan Ümid Babək Operating Company-də də baş verib. Xeyli pullar verib dostları olan xarici vətəndaşları işə götürüblər. Sizcə kimin kurasiyasındadır UBOC? Əlbəttə ki finansist, hasilatımızı gorbagor qoyan hasilat üzrə vitse-prezident Babək Hüseynovun. Ümid Babək Operating Company-dən Babəki niyə BP-yə verdilər? BP dəli deyildi ki xeyir olmayan yatağı götürsün. Çünki oranı da gorbagor ediblər, işlədə bilmirlər Əziz finansit Babək Hüseynov və özü kimi komandası.
BEOC və UBOC-da Babək Hüseynovun başqa dostu olan Rüstəm adında bir yoldaş var, hər iki şirkətdə direktorlar şurasının üzvüdür. Bir sual verin Rüstəm müəllimə görün doğma dilimizdə danışa bilirmi? Azneft İB rəhbər gətirmişdilər başqa bir yoldaşı, yanında tərcüməçisi ilə gəlmişdi, rus dilindən azərbaycan dilinə.
Görün, baxın, milli sərvətimiz olan neftimizi kimlər idarə edir, gorbagor qoyur. 15 milyard dollar ziyan vurublar xalqımıza, dövlətimizə, veclərinədi heç? Reklama işləyib yalandan özlərini tərifləməkdən başqa işləri yoxdur...
Bir daha qeyd edək ki , Bahar Energy səhmləri 100% SOCAR-a dövlət şirkətidir və neft hasilatı sözün əsl mənasında hal-hazırda sıfırdır. Amma SOCAR büdcəsindən mənasız mənasız “Bahar Fest” keçirməyə pulları tapılır... Cənab Finansist Babək Hüseynovun əziz dostu olan Bahar Enerjidə vitse-prezident olan amerika vətəndaşı cənab Sean Werner-i büdcə hesabına gəzdirməklə məşğuldurlar..."
Geri qayıt |