|
"Deməli, həmişə insanlar "Kapital Bank"dan şikayət edəndə mən tərifləyirdim, indi peşman olmuşam..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Vəli Məmmədov adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: " "Birmarket"dən ümumi dəyəri 770 manat olan 3 məhsul almışdım. Kredit kartımdan 18 aya bölmüşdüm 390 manatlıq məhsulu...
3-4 gün sonra qaytardım. Mağazaya uyğun olmadı deyə pul kartıma qayıdanda şəxsi vəsait kimi qayıtdı. Mən də o şəxsi vəsaitin 350 manatını eyni karta bağlı olan başqa taksit ödənişinə vurdum ki 770 manatı onsuz da hər ay ödəyəcəkdim. Əsas başqa taksit borcum birdəfəlik bağlansın. Birdən gördüm yazılıb ki 350 manat borcum var... avqustun 1nə gədər ödəməliyəm. Yəni kredit kartından həmin kredit kartına olan borc ödəmişəm, bilirəm ki texniki xətadı, yəni həmin 350 manatı mən başqa şeyə xərcləməmişəm, ödənişə girəndə də birbank/creditpay çıxır, amma buların sistemi bu məbləği güzəştli müddət borcuna yazıblar, yəni avqustun 1-nə kimi o pulu karta vurmasan əlavə borc gəlir... Halbuki o 350 manatı mən özümə ya da nəğdləşdirməyə xərcləməmişəm , eyni karta bağlı olan taksit borcumu ödəmişəm. Çatda oturan operatorlarda adamı yola verməkvüzrə ustadırlar, ayın 1-dən müraciət etmişəm, hər gün yazırlar ki iş günlərində baxılacaq, nəticədə heç baxılmır. İlkin müraciəti ayın 1-i etmişdim, köməyi olmayanda "facebook"da yazdım narahat olub yazdılar "tiket" açdılar ayın 3-ü... amma yola verirlər adamı..."


Geri qayıt
|