Əsas Səhifə > Üst manşet / Güney Press > Naxçıvan TV-yə NİYƏ PUL AYRILIR Kİ?

Naxçıvan TV-yə NİYƏ PUL AYRILIR Kİ?


Bu gün, 08:57

"Naxçıvanın yerli telekanalı bu gün dövlət büdcəsindən səmərəsiz yerə maliyyələşməkdə, demək olar ki, dövlətin ayırdığı büdcə pullarını batırmaqdadır. Ona görə də bu quruma pul ayrılması, izafi xərc, xalqın pulunu boşuna sərf etmək, havaya sovurmaqdır". Bu barədə "DİA-AZ"a yerli sakinlər adından göndərilən müraciətdə deyilir.

Müraciətdə daha sonra bildirilir: "Bir televiziyanın inkişafı və ya çöküşü birbaşa idarəetmənin vizyonu və kadr siyasəti ilə bağlıdır. Naxçıvan Televiziyası peykdə yayımlanır, lakin ekranda sıfır yenilik, sıfır dinamika var. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, islahatlar aparıldığı, hər sahədə böyük quruculuq işləri görüldüyü bir fonda, televiziyanın hazırkı sədr əvəzinin belə qeyri-peşəkar hərəkətləri və idarəçilik üslubu anlaşılan deyil.

Ölkə başçısının apardığı bu nəhəng işlərin fonunda, dövlət televiziyasını rəsmiyyətdən uzaqlaşdırıb hansısa primitiv bir internet kanalı kimi idarə etmək, rəhbərliyin hər fürsətdə dilə gətirdiyi 'çılğın gənclər' bəhanəsi ilə dövlətinə bağlı, televiziyanın ağırlığını dərk edən peşəkar gəncləri arxa plana atıb sıradan çıxarması böyük idarəetmə qüsurudur.

 Efirdə dövlətin xəttinə layiq sanballı layihələrin azlıq təşkil etməsi və gənc kadrların potensialının heçə sayılması mövcud menecmentin zəifliyindən xəbər verir..."


Geri qayıt