Əsas Səhifə > Üst manşet / Güney Press > Müştəri məmnuniyyəti anlayışı SIFIR!

Müştəri məmnuniyyəti anlayışı SIFIR!


Bu gün, 06:48
"Şikayətim "Unibank"dandır". "DİA-AZ" xəbər verir ki, bu barədə Xanım Salah adlı sosial şəbəkə istifadəçisi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Aylar əvvəl bir saytdan xidmət almışam ortalama 10 dollara, pul çıxılan kart "Unibank" kartıdır, maaş kartım olub. Sonra o saytdan xidmət almadım, abunəlik aktivdir, DƏFƏLƏRLƏ HƏMİN SAYT PUL ÇIXMAQ İSTƏYİB BALANS SIFIR OLDUĞU ÜÇÜN ÇIXA BİLMƏYİB.
Dünən kart balansı sıfır olduğu halda o sayt kartdan pul çıxıb, kart  "-20" manat göstərir. Maaş kartı necə mənfi olur? Kartda balans yoxdu deməli istifadə etmirəm, istəmirəm. Maaş kartı necə mənfiyə düşə bilər. Bu taksit kartı deyil!!!
Eləcə də "Leobank" kart blokda olduğu halda aplikasiyalar pul çıxır. Onda belə çıxır blokda olan kartdan çox asanlıqla kiber hücum vasitəsilə pul çıxmaq olacaq. Ümumilikdə götürəndə belə başa düşürəm "Unibank"ın təhlükəsizlik və müştəri məmnuniyyəti anlayışı sıfırdır. Ödənişi ödəyib rədd etmək lazımdır. Hələ məndə "Leo" "vip kart"dı... "Vip" bu gündədi hələ.."

Geri qayıt