Əsas Səhifə > Üst manşet / Güney Press > Ceyhun Cəlilov rəqiblərini ofsayta salıb
Ceyhun Cəlilov rəqiblərini ofsayta salıbBu gün, 04:36 |
|
O daha sonra fikrini belə davam etdirir: "Nəticədə Krılovun məşhur lətifəsində deyildiyi kimi, hərə bir tərəfə çəkdiyinə görə idarəetmə arabası yerindən tərpənmir, hakimiyyətdaxili rəqabət faydalılıq əmsalını aşır, açıq didişmələrə çevrilir.
Zənnimcə, mərkəzi hakimiyyət Naxçıvana nəzarəti gücləndirmək üçün bu durumun yaranmasına göz yumub. Məqsəd yəqin bu olub ki, hər iki baş digəri üzərində nəzarət gücünü artırsın və əldə etdiyi məlumatları paytaxta ötürsün. Etiraf edim ki, məmurlar arasında bu cür rəqabət mühiti yaratmaq bütün idarəetmə mexanizmlərinin baş vurduqları klassik metodlardandır. Amma Naxçıvan bu cür rəqabətlər üçün olduqca balaca olduğundan sözügedən metodlar faydalı olmur, əksinə daxili ziddiyyətləri dağıdıcı gücə çevirir.
Mənə qalsa, bu durumda ən yaxşı yol “baş”lardan birini kəsmək, arabanın daha rahat irəliləməsinə şərait yaratmaqdır. Daha aydın dillə desək, Naxçıvan iki yürütmə hakimiyyəti üçün olduqca balacadır və ya “Canişin” vəzifəsi, ya da Baş nazirlik postu ixtisara salınmalıdır.
Naxçıvandan aldığım məlumata görə, Muxtar Respublikaya təyin olunan rəhbərliyi nəzarət altında saxlamaq da düşünüldüyü qədər asan deyil. İddialara inansaq, “tendersatan” Ceyhun Cəlilov bir çox nazirlikləri özünün təyin etdiyi kadrlarla tam nəzarət altına götürüb. Hətta öz ailə üzvlərini də bu “müqəddəs” işə cəlb edib. Bildirilir ki, bir zamanlar şəxsən idarə etdiyi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə öz həyat yoldaşı Xumar Cəlilovanı Daxili Nəzarət şöbəsinin rəhbəri vəzifəsinə gətirib. Nazirlikdə kadrların təyinatı və tenderlərin keçirilməsi birbaşa Xumar xanımın nəzarəti altındadır. Ən ciddi korrupsiya faktları da adətən bu nazirlikdə yaşanır.
Digər bir iddiaya görə, Ceyhun Cəlilov hətta Naxçıvan MR-nın Daxili İşlər naziri Süleyman Nemətovla da yola getmir. Süleyman Nemətovu tamamilə ofsayt vəziyyətinə salan “Tendetsatan” bütün işlərini Naxçıvan MR prokurorluğunun rəhbərliyi ilə həyata keçirir.
Maraqlıdır ki, “Tendersatan” əfəndinin adına uyğun olaraq əsas gəlir qaynağının da məhz tenderlər və kadrların yerləşdirilməsi olduğu bildirilir.
Digər bir maraqlı məlumat Ceyhun Cəlilovun Ali Məclisin 3.5 illiyinə bron götürülmüş sədr əvəzi Bəxtiyar Məmmədovu ilə bağlıdır. İddialara inansaq, Ali Məclisi bronluq sədr əvəzi yox, Sədrəddin Həsənov adlı birisi idarə edir. Sədrəddinin vaxtilə Kəmaləddin Heydərovun kadrı olduğu bildirilir. Maraqlıdır ki, bu adam Bakıda hansısa səbəbdən namünasib yerindən bıçaqlanıbmış. Yəni əvvəldən az aşın duzu deyilmiş. Buna baxmayaraq, Ceyhun Cəlilov bu adamı hansısa yalnız özünə məlum xüsusiyyətinə görə öz müavini vəzifəsinə gətirib.
Bildirildiyinə görə, Ceyhun Cəlilov Naxçıvanın Baş naziri Cabbar Musayevi də müxtəlif yollarla ofsayta sala bilib. Bir sözlə, bu adam Naxçıvanın bütün hakimiyyət strukturlarına tam nəzarət edir, bu da istər-istəməz digər hakimiyyət orqanlarının narazılığına səbəb olur. Nəticədə Muxtar Respublika idarəolunmaz vəziyyətə düşür.
Ceyhun Cəlilovun tender işini görən əsas kadrları arasında Xəyal adlı dostunun adı çəkilir. Növbəti yazımızda bu kadr barədə müfəssəl məlumatlar verməyə çalışacağıq..."
Geri qayıt |