Əsas Səhifə > Üst manşet / Güney Press > "Kartı hansı əsasla blok etmisiniz?"
"Kartı hansı əsasla blok etmisiniz?"Bu gün, 06:39 |
|
" "Kapital bank"dan şikayətim var" "DİA-AZ" xəbər verir ki, bu barədə Fərəcov Elşən Elman oğlu yazır. Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir:
"Müraciətim onunla bağlıdır ki, kartıma 440 AZN mədaxil olub (ilkin olaraq 440 AZN mədaxil olanda 3d secure code gec gəlib ona görə göndərən tərəf əməliyyatı imtina edib pulu hissə hissə göndərib bank şübhəli əməliyyat bilib kartı blok edib (sizin sistem probleminizi niyə əziyyətin müştəri çəkməlidi kod gec gəlibsə o vətəndaşın problemi deyil).
12.06.2026 tarixində Binəqədi rayonu İ.Dadaşov küçəsində yerləşən 8-ci mikrarayon filialına yaxınlaşıb ərizə və göndərən tərəfin çıxarış və əməliyyatın sənədlərin kapital banka təqdim olunub və məlumat verildi ki 3 iş günü araşdırılacaq.
18.06.2026 tarixində 196 çağrı mərkəzi ilə əlaqə saxlanıldı, çağrı mərkəzindəki xanım deyir 30 iş günü ərzində bu məsələyə baxılır və sizdə (yəni vəsait alan tərəfdə çıxarış verməlidir).Məndə bildirdimki filial əməkdaşı başqa söz deyir siz başqa söz, zəhmət olmasa dəqiqləşdirin və bu çıxarışı hansı təlimata uyğun olaraq istəyirsiz onu mənə bildirin və zəhmət olmasa göstərin heç bir cavab verə bilmir bu barədə.
pul karta ölkə daxilindən ölkə daxilinə yollanılıb alan adam bəlli göndərən adam bəlli bu məsələni araşdırmaq məgər bu qədər çətindir?
Ortada şikayətçi yox, hansı əsasla blok etmisiniz?"
Geri qayıt |