Əsas Səhifə > Üst manşet / Güney Press > Bir dəfə də adınızı xeyirliyə çəkək...

Bir dəfə də adınızı xeyirliyə çəkək...


Bu gün, 03:24

"Məğlub Ermənistan su idarəetməsi ilə Sevanın səviyyəsini son 6 ayda 46 sm qaldırıb. Amma biz..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Afət Yaqubova Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin fəaliyyəti ilə bağlı etirazını ifadə edərkən qeyd edib.

Yuxarıdakı fotonu təqdim edən jurnalist daha sonra fikrini belə davam etdirir:

"Biz də ADSEA adını ya sökülüb, aylarla təmir olunmamış yollarda görürük, ya "dəyişən" tariflərdə, ya haradasa suyun nə səbəbdən kəsilməsi xəbərlərində, ya harasa yeni su mənbəyinə sayğac quraşdırılmasında, ya da belə xəbərdarlıqlarda. Qardaş, bir dəfə də xoş xəbərinizi eşidib sevinək də, nolar?!"


Geri qayıt