Əsas Səhifə > Üst manşet / Güney Press > Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞI
Təhsil nazirliyinin ŞÜBHƏLİ ORTAĞIBu gün, 07:29 |
|
Qeyd edək ki, bu Elm və Təhsil Nazirliyinin Tikinti Və Təchizat İdarəsi ilə “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” QSC arasında bağlanan ilk müqavilə deyil. Satınalmaların portalına yerləşdirlimiş məlumatlara görə 2021-ci ilin sentyabrından bu yana tərəflər arasında ümumi dəyəri yüz milyonlarla olan 25 satınalma müqaviləsi bağlanılıb. Hamısı da bir sıra təhsil müəssisələrində istilik sistemləri və elektrik təchizat işləri, dam örtüklərinin əsaslı təmiri işləri, orta məktəbinin cari, əsaslı təmiri işləri üzrə. Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” (VÖEN: 2005667751) Qapalı Səhmdar Cəmiyyətinin 04.06.2019-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2010.00 manat olan QSC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU,RAMİZ QULİYEV, ev.15A, qanuni təmsilçisi kimi isə Mahmudlu Eltun Ənvər oğlu qeyd olunub.
Reyestrə edilmiş dəyişikliklərdə Məhdud Məsuliyyətli Cəmiyyət kimi dövlət qeydiyyatına alınıb. 24.02.2022-ci ildə təşkilatı hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Aqayev Fərhad Surəddin oğlu olub. Bəs Aqayev Fərhad Surəddin oğlu kimdir? Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması işlərinin satınalınması üzrə milyonlarla manat dəyərində müqavilə bağladığı “ELEMENT YT” QSC -nin də təsisçisi və ilk qanuni təmsilçisi. Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ELEMENT YT” (VÖEN: 2005410371) Qapalı Səhmdar Cəmiyyətinin 16.01.2019-cu il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2010.00 manat olan QSC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, 8 NOYABR, ev.15, qanuni təmsilçisi kimi isə Paşayev Mətləb Allahverdi oğlu qeyd olunub. Reyestrə edilmiş dəyişikliklərdə Məhdud Məsuliyyətli Cəmiyyət kimi dövlət qeydiyyatına alınıb. 25.01.2022-ci ildə təşkilatı hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Aqayev Fərhad Surəddin oğlu olub. Tikinti Və Təchizat İdarəsinin “ELEMENT YT” QSC ilə işbirliyi də çoxdan başlayıb.Satınalmaların portalına yerləşdirilmiş məlumatlara görə “Element YT” QSC son dörd il ərzində Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi ilə yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması işləri üzrə ümumi dəyəri 75 milyon manatdan çox dəyəri olan müqavilələr bağlayıb. Göründüyü kimi Elm və Təhsil Nazirliyinin Əsasli Tikinti Və Təchizat İdarəsi bir nəfərə bağlı olan “ELEMENT YT” QSC və “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” QSC -lərlə daim işbirliyindədir. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı var. Həmin qərarın 5-ci ( İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının dərc edilməsi) bəndində göstərilir ki, Amma internet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” və “ELEMENT YT” QSC-lərin son illər büdcədən müəyyən səlahiyyətlərin yerinə yetirməsinə baxmayaraq illik maliyyə hesabatları barədə heç bir məlumat aşkar edə bilmədik. Bu şirkətlərin dövlət qeydiyyatına alındıqları tarixlərin, təşkilatı hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrildikləri tarixlərin və hüquqi ünvanlarının yaxınlığı deməyə əsas verir ki, bir nəfər tərəfindən idarə edilir. Açıq mənbələrdə barəsində məlumat olmayan Fərhad Aqayevdən başqa bu şirkətlərin arxasında daha güclü bir nəfərin də olduğu istisna deyil. Valeh Mirzaliyev də məhz o bir nəfərin sifarişlərini həyata keçirir. Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin rəisi Valeh Mirzaliyevdir. O, 2022-ci ilin mart ayından İdarəyə rəhbərlik edir. Daha əvvəllər Elm və Təhsil Nazirliyinin Təhsil Texnologiyaları Mərkəzinin direktoru, Peşə Təhsili üzrə Dövlət Agentliyində direktoru vəzifələrində çalışıb. Medianın yaydığı məlumatlara görə nazir Emin Əmrullayevin yaxın çevrəsinə aid olan şəxslərdəndir. Aktualinfo.net Geri qayıt |