Əsas Səhifə > Üst manşet / Güney Press > Artıq açıq oğurluğa keçiblər

Artıq açıq oğurluğa keçiblər


Bu gün, 02:19

"Bu ölkədə hər addımbaşı insanların haqqına girirlər. Onların arasında banklar da var. "Kapitalbank" bu qəbildəndir. Səbəbini dediklərinə görə 3 aya deyəcəklər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Fadil Paşayev qeyd edib.

O daha sonra başına gələnləri belə nəql edir: ""Fəzl dözməz bu dərdə" deyibən bankın kartından imtina etdim. Çünki bu banka etibarım ciddi surətdə zədələndi. “WWW.USE.AI/US abunəliyi” adı ilə kartımdan 29,99 ABŞ dolları tutuldu. Bizim pulla 60 manat, quyruğunda qəpik də var. 196 qaynar xəttinə zəng etdim. Çarəsiz görünürlər. Görünən odur ki, ya bankın təhlükəsizlik sistemi bərbad vəziyyətdədir, ya qlobal fırıldaqçılar qarşısında acizdirlər, ya da... Başqa iddialar da var. Bunların üzərində dayanmağa vaxtım yoxdur. Gilənar nənəmin sözü olmasın, burnunuzdan plitə-piltə gəlsin. Haram xoşunuz olsun..."


Geri qayıt