|
7 ilə yaxındır ki, əməkhaqları artmayan SOCAR Azəriqaz İstehsalat Birliyinin işçiləri indi də yeni problemlə üz-üzə qalıblar. "DİA-AZ" xəbər verir ki, bu dəfə AzəriQaz-da maaşların verilməsi günlərlə yubadılır, bu isə onsuz da sosial durumu ağır olan işçilər üçün əlavə çətinliklər deməkdir.
Bunu vurğulayan AzəriQaz işçiləri dünən sosial şəbəkə vasitəsilə qurumun rəhbəri Azər Məmmədova müraciət ünvanlayıblar. Həmin müraciəti təqdim edirik:
"Hörmətli Azəriqaz İB -nin Direktoru Azər Müəllim! Sizdən xahiş edirik ki, aylıq əməkhaqlarımızın vaxtında ödənilməsini təmin edəsiniz. Əmək haqqlarının gecikməsi əməkdaşların gündəlik tələbatlarını qarşılamaqda ciddi çətinliklər yaradır. Hazırda elə bir vəziyyət yaranıb ki, çörək almaq və ailəmizin əsas ehtiyaclarını ödəmək üçün cənab Rövşən Nəcəfdən borc istəməyə məcbur qalacağıq..."
Geri qayıt
|