Əsas Səhifə > Üst manşet / Güney Press > AAYDA-da rəhbər dəyişib, BAŞ YOX!
AAYDA-da rəhbər dəyişib, BAŞ YOX!Bu gün, 04:50 |
|
O daha sonra fikrini belə davam etdirir: "İndi hansısa "ağıllı", yaxud AAYDA-nın (Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) mətbuat xidməti, ya da yol trolları gəlib yazacaq ki, "İranda hərbi vəziyyətdir, ona görə kosmetik işlər görülüb, bizdə isə əsaslı yenidənqurma işləri aparılır".
İnternetdə axtarış edərkən AAYDA-nın məlumatında diqqətimi çəkən bir məqam oldu. Qeyd edirlər ki, körpü 1980-ci ildə istifadəyə verilib və ekspertiza aparılandan sonra məlum olub ki, artıq yararsız vəziyyətdə imiş. Burada haqlı suallar ortaya çıxır: Bu qurum, sel olmasaydı, ümumiyyətlə maraqlanmayacaqdı ki, o körpü yararsız vəziyyətdədir, ya yox? İkinci sual: Paytaxtın cənub istiqamətindən girişindəki körpü uçub və yararsız haldadırsa, bəs elə həmin yerdə, paytaxtın çıxış hissəsindəki körpü yararlıdır? Axı hər iki körpü eyni vaxtda tikilib!
Biz bu hadisəyə sıravi bir yol və ya körpü tikintisi kimi baxırıq. Paytaxtın giriş-çıxış yolları həm də milli təhlükəsizlik məsələsidir. Təhlükəsizlik aspekti haqqında uzun-uzun yaza bilərəm: fövqəladə və ya hərbi vəziyyətdə necə olmalıdır, təxliyə zamanı hansı işlər görülməlidir... Ancaq buna ehtiyac görmürəm.
Nə yalan deyim, dünən həmin yerdə düz 3 saat tıxacda qaldım. Bu əsəblə də oturub məsələni araşdırdım. Dünyada paytaxtların giriş-çıxış yollarının necə tənzimləndiyi, necə qurulduğu və problem yarananda necə operativ davranıldığı haqqında xeyli material oxudum. Bir onlara baxdım, bir də özümüzə... Və anladım ki, biz sadəcə Allahın ümidinə yaşayırıq..."
Diqqət: YAZINI OĞURLAYARKƏN istinad edin...
Geri qayıt |