Əsas Səhifə > Üst manşet / Güney Press > Boylarından yuxarı niyə tullasınlar ki...

Boylarından yuxarı niyə tullasınlar ki...


Bu gün, 09:28

"Bu restoranda lotoreya ilə 2 nəfərlik 3 günlük Dubaya səyahət bileti qazansaq da, restoran rəhbərliyi bileti aylardı vermək istəmir..." "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabınd ayazan Rustam Arifoglu adlı istifadəçi "Volta Terrace" resatoranını icra edə bilməyəcəyi kampaniya keçirməkdə ittiham edir.

Narazı vətəndaş daha sonra başına gələnləri belə yazır: "Mesajlara da cavab vermirlər. Anlamıram ki, nə vacibdi sözlərini tuta bilməyəcəyi kampaniyaları paylaşmaq?

Dəli şeytan deyir, bir dəfə də belə reklamlı tədbir keçirəndə... gedəsən, camaat içində çıxıb yalanlarını hər kəsə deyəsən..."


Geri qayıt