Əsas Səhifə > Üst manşet / Güney Press > Qoşqar Təhməzliyə güvənib yesəydik...
Qoşqar Təhməzliyə güvənib yesəydik...Bu gün, 06:48 |
|
Bizimesr.com bildirir ki, bu vəziyyət bazarda yeni bir problemin başlandığını göstərir. Əvvəllər daha çox istifadə müddəti bitmiş məhsulların satışda qalması ilə bağlı narazılıqlar səslənirdisə, indi vəziyyət daha da fərqli xarakter alıb. Artıq məhsulun üzərində istifadə müddəti bitmədən onun xarab olması, iylənməsi, kiflənməsi və hətta qurd basması halları gündəmə gəlir. Qeyd olunur ki, bu hallar əsasən yerli istehsal məhsullarında daha çox müşahidə edilir. Bu gün satış şəbəkələrində qurulan sistem belədir ki, hər bir şirkət öz məhsullarını marketlərdə özünə aid hissəyə düzmək, onları nəzarət altında saxlamaq üçün işçilər saxlayır. Həmin işçilərin əsas vəzifəsi vaxtı keçmiş məhsulları satışdan çıxarmaq, rəflərdə səliqəli görünüşü təmin etmək və məhsul dövriyyəsini izləməkdir. Lakin məhsulun üzərində istifadə müddəti bitmədiyi halda problem nə market rəhbərliyinə, nə də həmin şirkətin nümayəndəsinin məsuliyyətinə aid edilir. Market rəhbərliyi bildirir ki, məhsulun istifadə müddəti bitməyib, şirkət işçisi də eyni mövqeni sərgiləyir. Beləliklə, ortada ciddi bir sual yaranır - bu halda günahkar kimdir? Cavab aydırndır, istehsalçı. Əgər məhsul istifadə müddəti bitmədən xarab olursa, bu, ilk növbədə istehsal prosesində, qablaşdırmada və ya saxlanma qaydalarında ciddi problem olduğunu göstərir. Məhsulun keyfiyyətinə nəzarət etməli olan əsas qurum isə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir. Əsas məsələ də məhz budur: məhsulun təmiz və yararlı şəkildə istehsal olunmasına nə dərəcədə nəzarət edilir? Qoşqar Təhməzlinin rəhbərlik etdiyi sistem işləyirmi? Ya məhsulun istifadə müddətini göstərən bildirişlər qanunsuz şəkildə yenilənir, ya da məhsulun özü düzgün istehsal olunmur. Hər iki halda nəticə eynidir - istehlakçı aldadılır, bazara isə keyfiyyətsiz məhsul çıxır. Bu gün marketlərdə yaranan vəziyyət artıq adi bir satış problemi kimi görünmür. Bu, istehsaldan satışa qədər uzanan zəncirdə ciddi nəzarət boşluğunun olduğunu göstərir. Əgər məhsul istifadəyə yararlı tarix bitmədən xarab olursa, bu sistemin haradasa sındığını sübut edir. Nəticədə isə heç kim məsuliyyət daşımır. Market məsuliyyəti istehsalçıya yönəldir, istehsalçı marketi göstərir, Qida Təhlükəsizliyi Agentliyi isə sadəcə gün keçirir. İctimaiyyət isə hər gün xarab qida yeyir. Geri qayıt |