Əsas Səhifə > Üst manşet / Güney Press > ADY-də pulu bax, belə qazanırlar...

ADY-də pulu bax, belə qazanırlar...


Bu gün, 06:48

"ADY fəaliyyətində müsbət dəyişikliklər olsa da, qurumun işində hələ də çoxsaylı problemlər mövcuddur. Onların bir çoxunun süni şəkildə yaradıldığı və dövlət şirkətinə heç yaraşmadığı qənaətindəyəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Samir İsmayıl qeyd edib.

O daha sonra fikrini belə davam etdirir: "Yazıram, siz də tanış olun. Dünən sürətli qatarla Qəbələyə gedirdim. Bir sərnişinə bildirdilər ki, biletdə ata adını yazmadığı üçün qatara buraxıla bilməz. Lakin dərhal əlavə etdilər ki, məsələnin çarəsi var: əgər 5 manat ödəsə, sistemdə müvafiq düzəliş edilər və o, minikə buraxılar. Sərnişin haqlı olaraq soruşdu: "Əgər mən səhv etmişəmsə, sizin onlayn bilet sisteminiz niyə bu biletin satışını qəbul edib?". Nəzarətçi isə cavabında bildirdi ki, ata adı yazmadan yalnız xarici vətəndaşlar minikə buraxıla bilərlər. Onlayn bilet sisteminin düzgün qurulmaması və sərnişinlərin haqsız yerə incidilməsinə dair daha bir misal çəkim. Bir neçə ay əvvəl Ağstafa - Bakı qatarının nəzarətçisi bir sərnişini qatara buraxmadı. Onlar dörd nəfərdən ibarət ailə idi: valideynlər və iki azyaşlı uşaq. Onlayn alış zamanı biletlərdən birində şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi əvəzinə FİN kodu yazmışdılar. Belə bir "səhvə" görə bütöv bir ailə vağzalda qaldı. Əslində, onlayn bilet sistemi düzgün qurulsaydı, FİN kodu qəbul etməməli idi. Həm də dünya dağılmamışdı, sərnişin öz FİN kodunu yazmışdı..."


Geri qayıt