Əsas Səhifə > Üst manşet / Güney Press > Şahbuzda ötür-ötür OYUNBAZLIĞI

Şahbuzda ötür-ötür OYUNBAZLIĞI


Bu gün, 06:29
"Möhtərəm prezident! Naxçıvanın Şahbuz rayonunda ailəmlə yaşayıram. İki qardaşım müharibə qaziləridir. Bu günədək heç bir dövlət qayğısı filan görməmişik, hiss belə etməmişik". "DİA-AZ" xəbər verir ki, bu sözlər jurnalist Fariz Quliyevin Prezident İlham Əliyevə sosial şəbəkə vasitəsilə etdiyi müraciətində yer alıb.
Müraciətdə daha sonra deyilir: "Öz şəxsi ata həyətimizdə yaşamaq və yaşatmaq üçün dükan tikməyimizə dövlət orqanları imkan vermirlər. Şahbuz rayon İcra Hakimiyyəti, Naxçıvan şəhərsalma komitəsinin, bu da onun üzərinə atır.
Nəticədə, olan bizim ailəmizə olur.
Qeyd edim ki, bu saat Şahbuz tikinti meydançasına bənzəyir. Hər kəs hansısa bir maraq qarşılığında tikir.
Deməli, bu ayrıseçkilik, qadağa tək bizə, iki Qazisi olan ailəmizə tətbiq olunur.
Naxçıvan üzrə səlahiyyətli nümayəndəniz Ceyhun Cəlilov da, problemdən xəbərdardır.
Sizdən xahiş edirəm ki, bu haqq işimizdə, bizə, imtiyazlı ailə olaraq, müvafiq köməklik edəsiniz".

Geri qayıt