|
"Körpələrimizin qidasını oğurlayıb, qanını içib bələkdə ikən qətl edənlər, qadınlarımızı, qızlarımızı çorəyə möhtac qoyub ləyaqətsizləşdirənlər indi də genimizə, rüşeymimizə, bir sözlə, varlığımıza hücuma keçiblər..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında son günlərin əsas müzakirə mövzusuna reaksiya olaraq filologiya elmləri doktoru, professor İdris Abbasov bildirib. O daha sonra fikrini belə davam etdirir: "Dünyada Azərbaycanın heç bir düşməni yoxdur. O düşmən bizim içimizdədir. Dövlətin adından istifadə edərək haqqımızı yeyib qudurmuş, azğınlaşmış çox təhlükəli bir kəsim var. Qətli maksimum sakit reallaşdırmaq üçün şərəf, şöhrət ordenli akademik, deputat, şişirdilmiş xalq yazarı, ünlü jurnalist, şair, kolossal sənət adamı və s. kimi xalqın inanc və duyğularını, zövqünü istismar edən adlar, titullar, görünür, səssiz qətli şərtləndirən vacib amillərdəndir... Biz qüruba gedirik, ancaq təbiətin xoş harmoniyasından ayrılıb bu bəd xəbəri eşitmək və qanımızı qaraltmaq istəmirik, yəni problemin üzərinə yeirməyə ya taqətimiz, ya həvəsimiz yoxdur, ya da qorxuruq. Ən aciz və naqis cəhətimiz də elə budur: təhlükəni görməməzlikdən gəlmək və sabahımıza real zəmanəti itirmək ..."
Geri qayıt
|