Əsas Səhifə > Üst manşet / Güney Press > Məhkəmə Hicran Əyyubovaya qarşı...
Məhkəmə Hicran Əyyubovaya qarşı...Bu gün, 06:16 |
|
Bu barədə Faktinfo.az-a göndərilən məlumatda bildirilir ki,məhkəmə Afaq Malıyevanın işinə bərpa olunması barədə qərar çıxardıb. Qeyd edək ki,İqtisadiyyat və Humanitar Kollecinə Hicran Əyyubova müvəqqəti direktor təyin edildikdən sonra bu təhsil müəissəsinin baş mühasibi Vəliyevə Rəfiqə və Qeydiyyat,Qiymətləndirmə və Monitorinq bölməsinin müdiri Afaq Malıyeva əmək məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxardılıb,Dəftərxana müdiri Nigar Haşımlının isə ştatı ləğv olunub.Bundan sonra hər üç şəxs məhkəməyə müraciət edib.Hazırda işdən çıxardılmış digər iki şəxsə dair də məhkəmə prosesinin keçiriləcəyi gözlənilir. Onu da xatırladaq ki,Hicran Əyyubova bir müddət əvvəl Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin də direktoru olub.Orada da bir sıra şəxslər işdən çıxardılıb,onların yerinə başqa müəllimlər kollecə götürülüb.İşdən kənarlaşdırılan müəllimlərdən üçü məhkəməyə müraciət edib,Tovuz rayon məhkəməsi həmin şəxslərin işdən çıxardılmasını qanunsuz hesab edib.Məhkəmə hər üç müəllimin işə bərpa olunmasına dair qərar çıxardıb və onların işdən çıxarıldıqları aylara görə,məvaciblərinin ödənilməsini hüquqi cəhətdən təsdiqləyib. Faktinfo.az Geri qayıt |