Əsas Səhifə > Üst manşet / Güney Press > "Hər ay qrafik üzrə vaxtında ödəmişəm..."
"Hər ay qrafik üzrə vaxtında ödəmişəm..."Bu gün, 04:14 |
|
"Şikayətim “İdeal Kredit” BOKT-dandır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Elmar Mənsumov adlı istifadəçi yazır.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "6 aylıq mebel kreditimi hər ay qrafik üzrə vaxtında ödəmişəm. Son ödəniş zamanı sistemdə göstərilən məbləği tam ödəməyimə baxmayaraq, sonradan məlum olub ki, adıma 14 qəpik borc qalıb. Ən maraqlısı isə budur ki, bu barədə mənə heç bir SMS, zəng və ya bildiriş edilməyib.
Nəticədə, cəmi 14 qəpiyə görə mənə 31 gün gecikmə qeyd olunub və bunu yalnız Findoc-dan gələn e-mail vasitəsilə öyrənmişəm. Hazırda bu gecikmə səbəbindən bank müraciətlərimdə problem yaşayıram.
Üstəlik, artıq 2 həftədir hər gün zəng edib məsələ ilə bağlı köməklik göstərilməsini xahiş edirəm. Bəlkə gecikməni sistemdən silə bilməzlər, bunu başa düşürəm və bu barədə artıq Mərkəzi Banka da şikayət etmişəm. Amma heç olmasa məndən asılı olmayan texniki problem səbəbindən yarandığını göstərən rəsmi arayış təqdim etmələrini istəyirəm.
Təəssüf ki, 2 həftədir sadəcə yola verirlər, konkret cavab və ya həll təqdim olunmur.
Mən başa düşmürəm,Müştəriyə borc barədə niyə məlumat verilmir?14 qəpik kimi texniki qalığa görə niyə dərhal gecikmə tarixçəsi formalaşdırılır?Vaxtında ödəniş edən müştərinin kredit tarixçəsi niyə bu qədər asan şəkildə zədələnir?Müştəri həftələrlə müraciət etdiyi halda niyə normal dəstək göstərilmir?
Bu vəziyyətlə qarşılaşan başqa şəxslər olub? Tövsiyəsi və ya hüquqi məlumatı olan varsa, yazsın zəhmət olmasa..."
Geri qayıt |